Məhkəmə qərarları › İş №3(020)-275/2025

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-275/2025

14.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-275/2025 14.05.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Beyləqan rayon PŞ-nin İTB-nin sahə rəisi polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1959-cu il tarixdə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Beyləqan şəhəri, Koroğlu küçəsi ev 36-da qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə, saat 19 radələrində beyləqan rayon PŞ-nin inzibati binasında ünvansız nalayiq ifadələr işlətmiş, polisin qanuni tələbinə qəsdən tabe olmayaraq PŞ-nin iş fəaliyyətinin pozulmasına səbəb olmuşdur. Buna görə də, Beyləqan rayon PŞ-nin İTB-nin sahə rəisi polis leytenantı X2 tərəfindən Şəxs barəsində xx.xx.2025-ci il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Beyləqan Rayon Məhkəməsinə təqdim olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Beyləqan rayon PŞ-nin İTB-nin sahə rəisi polis leytenantı X2 protokolu müdafiə edərək izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, Beyləqan rayon PŞ-nin TB-nin təhqiqatçısı polis mayoru X7 rayon PŞ-nin rəisinə raportla müraciət edərək xx.xx.2025-ci il tarixdə Zərdab rayon Gödəkqobu kənd sakini hazırda Beyləqan rayonu, Sarı Su qəsəbəsi ərazisində Şəxs məxsus fermada çoban işləyən X3 fermanın sahibinin oğlu X4 tərəfindən döyülməsi barədə rayon polis şöbəsinə müraciəti daxil olmuş və həmin müraciət əsasında Şəxs izahatının alınması zərurəti yarandığından o, Əli Hacıyev tərəfindən RPŞ-nə izahat verməsi üçün dəvət edilmişdir. Şəxs rayon PŞ-nin inzibati binasına Əli Hacıyevin xidməti otağına gələn zaman şikayətçi X12 Hacıyevin xidməti otağında görüb R.İsayevanın ünvanına nalayiq ifadələr işlətməyə başlamış, bu zaman polis əməkdaşı Ə.Hacıyev Şəxs nizam-intizama dəvət edərək sakit olmasını bildirsə də, Şəxs polisin qanuni tələbinə məhəl qoymamış və PŞ-nin inzibati binasında uca səslə ünvansız nalayiq ifadələr işlətməyə davam etmişdir. Bu səbəbdən də Şəxs PŞ-nin inzibati binasında ünvansız nalayiq ifadələr işlətdiyi, polisin qanuni tələbinə tabe olmadığı və PŞ-nin iş fəaliyyətini pozduğu üçün hadisə yerində olan polis əməkdaşlarının izahatlarını almış və Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib edərək məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə özünü təqsirli bilmədi və izahatında göstərmişdir ki, Beyləqan rayonu Sarı Su qəsəbəsi ərazisində ona məxsus mal-qara ferması vardır. Həmin fermada Zərdab rayonundan çoban işlədir. Fermada çobanı ilə aralarında münaqişələri olduğu üçün təhqiqatçı Əli Hacıyev onu rayon PŞ-nə dəvət etmiş, polisin dəvəti ilə Əli Hacıyevin xidməti otağına gedərək içəri daxil olmaq istəyərkən fermasında çoban işləyən Rubə İsayevanı təhqiqatçı Əli Hacıyevin otağında görmüşdür. Bu zaman təhqiqatçı onun üstünə qışqırmış və ona çöldə gözləməyi bildirərək onu itələmişdir. Həmin vaxt onun ayağı ilişmiş və yerə yıxılaraq başı yerə dəymişdir. Lakin xəsarət almamışdır. Əli Hacıyevin qışqırığını eşidən öz xidməti otağında olan bir neçə polis əməkdaşı koridora çıxmışdır. Hadisə zamanı o, ünvansız söyüşlər söyməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Beyləqan rayon PŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı X7 ifadə verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Zərdab rayon Gödəkqobu kənd sakini hazırda Beyləqan rayonu, Sarı Su qəsəbəsi ərazisində Şəxs məxsus fermada çoban işləyən X3 fermanın sahibinin oğlu X4 tərəfindən döyülməsi barədə rayon polis şöbəsinə və DİN-nin 102 xidmətinə müraciəti daxil olmuş və həmin müraciət əsasında Şəxs izahatının alınması zərurəti yarandığından onu RPŞ-nə izahat verməsi üçün dəvət etmişdir. Şəxs rayon PŞ-nin inzibati binasına onun xidməti otağına gələn zaman şikayətçi Rubə İsayevanı onun xidməti otağında görüb R.İsayevanın ünvanına nalayiq ifadələr işlətməyə başlamış, bu zaman o, Şəxs nizam-intizama dəvət edərək sakit olmasını bildirsə də, Şəxs onun qanuni tələbinə məhəl qoymamış və PŞ-nin inzibati binasında uca səslə ünvansız nalayiq ifadələr işlədərək şöbənin iş fəaliyyətini pozmuşdur. Bu səbəbdən Şəxs barəsində tədbir görülməsi üçün rayon PŞ-nin rəisinə raportla müraciət etmişdir. Məhkəmə iclasında şahid Beyləqan rayon PŞ-nin TB-nin təhqiqatçısı polis baş leytenantı X6 şahid qismində ifadə vermiş Beyləqan rayon PŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı X7 ilə eyni məzmunda ifadə verərək Əli Hacıyevin ifadəsində göstərdiyi xüsusatların düzgünlüyünü təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Beyləqan rayon PŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı X5 Beyləqan rayon PŞ-nin rəisinə ünvanladığı xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə Zərdab rayon Gödəkqobu kənd sakini hazırda Beyləqan rayonu, Sarı Su qəsəbəsi ərazisində Şəxs məxsus fermada çoban işləyən X3 fermanın sahibinin oğlu X4 tərəfindən döyülməsi barədə rayon polis şöbəsinə və DİN-nin 102 xidmətinə müraciəti daxil olmuş və həmin müraciət əsasında Şəxs izahatının alınması zərurəti yarandığından onu RPŞ-nə izahat verməsi üçün dəvət etmişdir. Şəxs rayon PŞ-nin inzibati binasına onun xidməti otağına gələn zaman şikayətçi Rubə İsayevanı onun xidməti otağında görüb R.İsayevanın ünvanına nalayiq ifadələr işlətməyə başlamış, bu zaman o, Şəxs nizam-intizama dəvət edərək sakit olmasını bildirsə də, Şəxs onun qanuni tələbinə məhəl qoymamış və PŞ-nin inzibati binasında uca səslə ünvansız nalayiq ifadələr işlədərək şöbənin iş fəaliyyətini pozmuşdur. İnzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli, protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 19:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi onun izahatı, şahid ifadələri, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXMin 535.1-ci maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə, Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə Şəxs törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi və onun 66 yaşının olması məsuliyyətini yüngülləşdirən haldır. Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə əsasən altmış beş yaşına çatmış kişilər barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İXM-in 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmçinin məhkəmə qeyd edir ki, araşdırma zamanı onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göründüyü kimi, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu əsasında Şəxs əməlində İXM-nin 535.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyi sübuta yetirilmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə onun məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır:..inzibati tənbeh vermə haqqında... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, 150 (bir yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protesti verilə bilər. Hakim Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar