Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-276/2025 14.05.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Beyləqan rayonu İmamverdilər kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X2 izahat verərək bildirmişdir ki, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(020)-584/2024 saylı icra sənədinə əsasən Şəxs xx.xx.2021-ci il tarixli ZBK5994543-O saylı kredit müqaviləsinə əsasən 744 manat əsas, 200 manat faiz olmaqla cəmi 944 manat kredit borcu və dövlət rüsumuna görə ödənilmiş 30 manat pul alınıb "xxxx" MMC-yə verilməlidir. İcra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və Şəxs tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Bundan başqa Beyləqan rayonu 1 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 8İ-7738 №-li icra qeydinə əsasən borclu Şəxs vaxtında ödənilməmiş 378.47 manat məbləğində pul vəsaiti və 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 403.47 manat məbləğində pul vəsaiti tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İcra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və Şəxs tələbin könüllü icrası haqqında bildiriş qeydiyyat ünvanına göndərilmişdir. Beyləqan rayonu 1 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 8İ-7740 №-li icra qeydinə əsasən borclu Şəxs vaxtında ödənilməmiş 496.15 manat məbləğində pul vəsaiti və 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 521.15 manat məbləğində pul vəsaiti tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İcra sənədləri üzrə yaranmış borcların ödəməsi üçün qanuni icra tədbirləri görməsinə baxmayaraq Şəxs icra sənədi üzrə borcunu icra etmədiyi və icra məmurunun qanuni tələblərinin yerinə yetirmədiyi üçün barəsində axtarış qərarı verilmişdir. Bu gün ilk dəfəfə İcra Şöbəsində olsa da, ona SMS vasitəsilə icra işi barədə məlumat verilmişdir. Odur ki, yev Elgün Süleyman oğlu barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, onun barəsində olan icra sənədlərindən məlumatı olmamış, könüllü icra barədə bildirişləri almamış və bu gün ilk dəfə icra məmurunun yanında olmuşdur. Bu gün İcra Şöbəsində olan zaman isə hal-hazırda maddi imkanı zəif olduğuna görə icra sənədləri üzrə borclarından ödəniş edə bilməmişdir. Ona heç bir SMS gəlməmişdir. Ona görə də qeyd olunanları nəzərə alaraq, məhkəmədən barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(020)-584/2024 saylı icra sənədinə əsasən Şəxs xx.xx.2021-ci il tarixli ZBK5994543-O saylı kredit müqaviləsinə əsasən 744 manat əsas, 200 manat faiz olmaqla cəmi 944 manat kredit borcu və dövlət rüsumuna görə ödənilmiş 30 manat pul alınıb "xxxx" MMC-yə verilməlidir. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(020)-584/2024 saylı icra vərəqəsi üzrə icraata başlanılmış və Şəxs tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. Beyləqan rayonu 1 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 8İ-7738 №-li icra qeydinə əsasən borclu Şəxs vaxtında ödənilməmiş 378.47 manat məbləğində pul vəsaiti və 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 403.47 manat məbləğində pul vəsaiti tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Beyləqan rayonu 1 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 8İ-7738 №-li icra qeydinə əsasən üzrə icraata başlanılmışdır. Beyləqan rayonu 1 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 8İ-7740 №-li icra qeydinə əsasən borclu Şəxs vaxtında ödənilməmiş 496.15 manat məbləğində pul vəsaiti və 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 521.15 manat məbləğində pul vəsaiti tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Beyləqan rayonu 1 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 8İ-7740 №-li icra qeydinə əsasən üzrə icraata başlanılmışdır. xx.xx.2024-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə nəzərdə tutulmuşdur. "İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Məhkəmə iclasında isə icra sənədləri üzrə Şəxs borclarını üzrsüz səbəbdən icra etməməsi və icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi sübuta yetirilməmişdir. Məhkəmə iclasında toplanmış sübutlarla müəyyən edilmişdir ki, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(020)- 584/2024 saylı icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə, Beyləqan rayonu 1 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 8İ-7738 №-li icra qeydinə əsasən icra sənədi üzrə icra məmuru tərəfindən Şəxs barəsində olan icra işi üzrə xx.xx.2023-cü il tarixdə icraata başlanılmışdır. Belə ki, Şəxs məhkəmədə verdiyi izahatında məhkəmə icra işininin Beyləqan rayon İcra və probasiya şöbəsinin icraatında olduğundan xəbərsiz olduğunu, ona tələbin könüllü icrası ilə bağlı bildiriş verilmədiyini, icra sənədi üzrə borcunu ödəməkdən boyun qaçırmadığını bildirmişdir. Qeyd edilənlər isə Şəxs icra sənədinin icrasından boyun qaçırmadığını sübut edir. Eyni zamanda, məhkəmə onu da qeyd edir ki, Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Hazırkı işdə isə icra məmuru tərəfindən qeyd edilən hallar müəyyən edilməmiş və həmin halların müəyyən edilməsi ilə əlaqədar icra məmuru tərəfindən heç bir tədbir görülməmişdir. Bu mənada icra məmurunun vəzifəsidir ki, borclunun məhkəmə qərarının icrası üçün yetərli tədbirlər görməməsini, məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olduğunu, tələbin yönəldilməsi mümkün olan əmlakını və pul vəsaitini gizlətməsini sübuta yetirsin. Qeyd olunan hallarla bağlı sübutlar olmadan İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi və inzibati məsuliyyətə cəlb olunmuş şəxsin icra sənədini məhz üzürsüz səbəbdən icra etmədiyini iddia etmək qanuni və əsaslı deyil. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. Hakim: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №3(020)-276/2025
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-276/2025
14.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver