Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-28/2025 15.01.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X2, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, subay, orta təhsilli, “zakaz.az” şirkətində kuryer işləyən, Beyləqan rayonu, Şitilçilik qəsəbəsində qeydiyyatda olan, Bakı şəhəri, Əhmədli kənd sarıyeva 20 küçəsində yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Lənkaran rayon məhkəməsinin 2(049)-1980/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən Şəxs xx.xx.2018-ci il təvəllüdlü Hüseyn adlı uşağın saxlanılması üçün ayda 150 manat sabit pul məbləğində aliment tutularaq X1 verilməsi qət edilmişdir. Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Lənkaran rayon məhkəməsinin 2(049)-1980/2021 saylı, xx.xx.2021ci il tarixli qərardadına əsasən ondan xx.xx.2018-ci il təvəllüdlü Hüseyn adlı uşağın saxlanılması üçün ayda 150 manat sabit pul məbləğində aliment tutularaq X1 verilməsi qət edilmişdir. Maddi imkanı olmadığına görə icra sənədi üzrə alimenti ödəməmiş, nəticədə icra sənədi üzrə 5900 manat aliment borcu yaranmışdır. İcra məmuru tərəfindən rayon İcra və probasiya şöbəsinə çağırılmış icra şöbəsində verdiyi izahatında da bildirmişdir ki, kuryerliklə məşğul olaraq əldə etdiyi qazancı özünün dolanışığına ancaq kifayət edir. İcra sənədi üzrə aliment borcunu ödəmək üçün maddi imkanı yoxdur. Ona vaxt verilərsə icra sənədi üzrə aliment borcunu gələcəkdə hissə-hissə ödəyəcəkdir. Barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 məhkəmə iclasında izahat verərək göstərdi ki, Lənkaran rayon məhkəməsinin 2(049)-1980/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən Şəxs xx.xx.2018-ci il təvəllüdlü Hüseyn adlı uşağın saxlanılması üçün ayda 150 manat sabit pul məbləğində aliment tutularaq X1 verilməsi qət edilmişdir. Borclu Şəxs icra sənədi üzrə alimenti ödəməsi üçün barəsində qanuni icra tədbirləri görülməsinə baxmayaraq heç bir ödəniş etməmiş, nəticədə icra sənədi üzrə 5900 manat aliment borcu yaranmışdır. Lakin Şəxs icra sənədi üzrə alimenti və yaranmış aliment borcunu bu günədək ödəməmişdir. İcra sənədi üzrə alimenti ödəmədiyinə və icra məmurunun çağırışlarına gəlmədiyinə görə Şəxs barəsində axtarış qərarı verilmiş və icrası üçün polis şöbsinə göndırilmişdir. Şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq icra şöbəsinə gətirilmişdir. İcra şöbəsində verdiyi izahatında icra sənədi üzrə alimenti ödəmək üçün maddi imkanının olmadığını bildirmişdir. Ona görə də Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. İşdə olan Lənkaran rayon məhkəməsinin 2(049)-1980/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, Şəxs xx.xx.2018-ci il təvəllüdlü Hüseyn adlı uşağın saxlanılması üçün ayda 150 manat sabit pul məbləğində aliment tutularaq X1 verilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərardan və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Lənkaran rayon məhkəməsinin 2(049)-1980/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi əsasında icraata başlanılmış və icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. İşdə olan bildirişlərdən görünür ki, borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq məktubları göndərilməsinə baxmayaraq borclu Şəxs hər iki icra sənədi üzrə alimenti tam şəkildə ödəməmişdir. xx.xx.2021-ci il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs icra sənədi üzrə olan aliment borcunu üzrsüz səbəbdən ödəməməsi və bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kifayət qədər sübuta yetirilmişdir. Ona görə də, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2 -ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətinixarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini və hazırda da aliment borcunu ödəməməsi, tələbkarın borcun ödənilməsində israrlı olmasını, habelə onun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati həbs növündə cəza verilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 və 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş xəta əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 15 yanvar 2024-cü il tarixdən, saat 15:45-dən hesablansın. Qərardadan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-28/2025
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-28/2025
15.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver