Məhkəmə qərarları › İş №3(020)-280/2025

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-280/2025

18.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-280/2025 18.05.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Beyləqan rayon PŞ-nin polis sahə inspektoru, polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1967-ci il tarixdə Beyləqan rayonun, Bünyadlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, 2-ci qrup əlil, Beyləqan rayonun, Bünyadlı kəndində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə, Beyləqan rayonun, Bünyadlı kəndində xidməti vəzifələrini icra edən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də, Beyləqan rayon PŞ-nin polis sahə inspektoru, polis baş leytenantı X4 tərəfindən Şəxs barəsində xx.xx.2025-ci il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Beyləqan Rayon Məhkəməsinə təqdim olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Beyləqan rayon PŞ-nin polis sahə inspektoru, polis baş leytenantı X4 protokolu müdafiə edərək izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 11:30 radələrində Beyləqan rayonu Bünyadlı kəndində YPXnın inspektoru polis serjantı Mətləb Paşazadə və polis kiçik leytenantı Murad Sadayzadə xidmətdə olarkən “Vaz 2107” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün manevr etmə qaydalarını pozduğunu görüb ona saxla işarəsi verilmişdir. YPX-nin polis əməkdaşları sürücüyə yaxınlaşaraq özlərini təqdim edib sürücü X1 yoxlayan zaman avtomobili idarə etmək üçün sürücülük hüququnun olmadığını müəyyən etmişdirlər.YPX-nin polis əməkdaşları onu rayon PŞ-nə dəvət edərək barəsində protokol tərtib ediləcəyini bildirən zaman o, polisin qanuni tələbinə qəsdən tabe olmamış və onun atası həmin yerə gələrək polisin ünvanına nalayiq söyüşlər söyərək onları təhqir etmişdir. YPX-nin polis əməkdaşları onu dəfələrlə nizam intizama dəvət etsələr də, o, öz hərəkətlərini davam etdirərək polisin qanuni tələbinə tabe olmamışdır. Sonradan şəxsiyyəti müəyyən olunan Şəxs Beyləqan rayon PŞ-nə dəvət etmələrinə baxmayaraq o, həmin avtomobilə əyləşərək avtomobili YPX-nin polis əməkdaşlarının icazəsi olmadan və özünün də idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə edərək həmin yerdən yaşadığı mənzilin həyətinə salaraq həyətin qapılarını bağlamışdır. Bundan sonra Şəxs və hadisə yerində olan YPX əməkdaşlarının izahatlarını almış və Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib edərək məhkəməyə vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə oğlu Cavid Abdullayevə ona dərman almaq üçün aptekə getməsini demişdir.Oğlu Cavid ona məxsus “Vaz 2107” markalı **-BM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə aptekə getmək istəyərkən qapıdan çıxan vaxt polis əməkdaşları onu saxlamışdır. Polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və oğlunun sənədlərini yoxlayan zaman avtomobili idarə etmək üçün sürücülük hüququnun olmadığını müəyyən etmişdirlər. O, bunu görüb YPX-nin polis əməkdaşlarının gələrək oğluna əsəbləşib söymüşdür. Həmin vaxt polis əməkdaşları onların ünvanına nalayiq söyüşlər söyməsi kimi başa düşmüşdülər. Sonradan oğlundan maşının açarını alıb maşını sürüb yaşadığı evin həyətinə aparmışdır. O, əməlindən peşmandır. İİ qrup əlildir. Qeyd edilənlərin nəzərə alınaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Beyləqan rayon PŞ-nin DYPB-nin YPX-i polis kiçik leytenantı X6 ifadə verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 11:30 radələrində Beyləqan rayonu Bünyadlı kəndində YPX-nın inspektoru polis serjantı Mətləb Paşazadə ilə xidmətdə olarkən “Vaz 2107” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün manevr etmə qaydalarını pozduğunu görüb ona saxla işarəsi verilmişdir. Onlar sürücüyə yaxınlaşaraq özlərini təqdim edib sürücü X1 yoxlayan zaman avtomobili idarə etmək üçün sürücülük hüququnun olmadığını müəyyən etmişdirlər.Onlar sürücünü rayon PŞ-nə dəvət edərək barəsində protokol tərtib ediləcəyini bildirən zaman onun atası həmin yerə gələrək polisin ünvanına nalayiq söyüşlər söyərək onları təhqir etmişdir. YPXnin polis əməkdaşları onu dəfələrlə nizam intizama dəvət etsələr də, o, öz hərəkətlərini davam etdirərək polisin qanuni tələbinə tabe olmamışdır.Sonradan şəxsiyyəti müəyyən olunan Şəxs Beyləqan rayon PŞ-nə dəvət etmələrinə baxmayaraq o, həmin avtomobilə əyləşərək avtomobili onların icazəsi olmadan və özünün də idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə edərək həmin yerdən yaşadığı mənzilin həyətinə salaraq həyətin qapılarını bağlamışdır. Bununla bağlı onlar rayon PŞ-nə gələrək aidiyyəti üzrə raportla məruzə edərək, həmin şəxslərin rayon PŞ-nə təmin olunmasını xahiş etmişdir . Məhkəmə iclasında şahid Beyləqan rayon PŞ-nin DYPB-nin YPX-i inspektoru polis serjantı X5 şahid qismində ifadə vermiş Beyləqan rayon PŞ-nin DYPB-nin YPX-i polis kiçik leytenantı X6 ilə eyni məzmunda ifadə verərək Murad Sadayzadənin ifadəsində göstərdiyi xüsusatların düzgünlüyünü təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 18:57-də inzibati qaydada tutulmuşdur. Elektron məhkəmə informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, Şəxs ikinci dərəcəli əlildir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi şahid ifadələri və inzibati xəta haqqında protokolla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 535.1-ci maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə, Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə Şəxs törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi və İİ qrup əlilliyinin olması məsuliyyətini yüngülləşdirən hallardır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, araşdırma zamanı onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Göründüyü kimi, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu əsasında Şəxs əməlində İXM-nin 535.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyi sübuta yetirilmişdir. Məhkəkə, inzibati xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə onun məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını və İXM-in 31.4-1-ci maddəsini nəzərə alaraq, ona İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə inzibati cərimə növündə tənbehin dörddə üçündən çox olmayan məbləğdə inzibati cərimə növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası İXM-nin 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır:..inzibati tənbeh vermə haqqında... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinərək, 150 (bir yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar