Məhkəmə qərarları › İş №3(020)-281/2023

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-281/2023

11.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-281/2023 11.03.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Beyləqan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1969-cu ildə Beyləqan rayonunda anadan olmuş, ailəli, üç uşaq atası, ali təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, Beyləqan şəhəri, A.Cavadov küçəsi ev 31-də qeydiyyatda olan, hazırda Bakı şəhəri, Xırdalan şəhəri, Əziz Əliyev küçəsi ev 1-də yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Beyləqan rayon məhkəməsinin 2(020)-264/2021 saylı, 11 mart 2021ci il tarixli icra sənədinə əsasən Şəxs 15.000 manat borc pul və 30 manat dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs verilməlidir. Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-264/2021 saylı, 11 mart 2021-ci il tarixli icra sənədinə əsasən ondan 15.000 manat borc pul və 30 manat dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs verilməlidir. Maddi imkanı zəif olduğundan icra sənədi üzrə borcundan tələbkara heç bir ödəniş edə bilməmiş, ona görə də icra sənədi üzrə borcu hal-hazıradək ödənilməmiş qalmışdır. İcra məmuru tərəfindən rayon İcra və Probasiya Şöbəsinə çağırılmış, icra məmurunun çağırışlarından xəbəri olmamış, ona görə də icra məmurunun çağırışlarına gəlməmişdir. Gündəlik fərdi işlərlə məşğul olur, qazancını özünün və ailəsinin dolanışığına sərf edir. Hazırda icra sənədi üzrə borcunu ödəyə bilmir. Ona vaxt verilərsə icra sənədi üzrə borcunu gələcəkdə hissə-hissə ödəyəcəkdir. Göstərilənlərin nəzərə alınmasını və barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Beyləqan rayon İcra və Probasiya Şöbəsinin İcra və Probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)- 264/2021 saylı, 11 mart 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 15.000 manat borc pul və 30 manat dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs verilməlidir. Borclu Şəxs barəsində icra sənədi üzrə icra tədbirləri görülməsinə baxmayaraq borcundan bu günədək heç bir ödəniş etməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Lakin Şəxs icra şöbəsinə gəlməmişdir. Şəxs İcra və Probasiya Şöbəsinə gəlmədiyindən və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində axtarış qərarı verilmiş, Şəxs polis tərəfindən saxlanılaraq İcra və Probasiya şöbəsinə gətirilmişdir. Şəxs icra şöbəsində izahat verərək icra sənədi üzrə borcunu ödəmək üçün maddı imkanının olmadığını bildirmişdir. Ona görə də Şəxs inzibati qaydada həbs edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-264/2021 saylı, 11 mart 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 15.000 manat borc pul və 30 manat dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs verilməlidir. İşdə olan 25 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, borclu Şəxs icra məmurunun qanuni çağırışlarına gəlmədiyinə görə barəsində axtarış qərarı qəbul edilmiş və icra üçün Beyləqan rayon PŞ-nə göndərilmişdir. Şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq Beyləqan rayon İcra və Probasiya şöbəsinə təhvil verilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs icra sənədi üzrə olan borclarını üzrsüz səbəbdən icra etməməsi və bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kifayət qədər sübuta yetirilmişdir. Onun həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır. Ona görə də, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin məcəllənin 31.2 -ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətinixarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini və hazırda da borcunu tam olaraq ödəməməsi, tələbkarın borcun ödənilməsində israrlı olmasını, habelə onun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati həbs növündə cəza verilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 və 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 11 mart 2023-cü il tarixdən, saat 15:15-dən hesablansın. Qərardadan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apelyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim:Seyfəli Seyfullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar