Məhkəmə qərarları › İş №3(020)-283/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-283/2024

17.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-283/2024 17.04.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1972-ci ildə Beyləqan rayonu, Kəbirli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı,fərdi əməklə məşğul olan, ailəli, Beyləqan rayonu, Kəbirli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Şəxs 28 mart 2024-cü il tarixdə, saat 01:39 radələrində idarə etdiyi “VAZ 21154” markalı, **-RK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Beyləqan rayonu magistral küçəsi ilə hərəkətdə olan zaman əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına görə YPX əməkdaşları tərəfindən saxlanılan zaman sürücü Şəxs avtomobili idarə edərkən sərxoş vəziyyətdə olması müəyyən olunmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Beyləqan rayon PŞ-nə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq Beyləqan rayon Polis şöbəsi heç bir üzürlü səbəb göstərmədən öz nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Sədrlik edən inzibati xəta haqqında materiala Beyləqan rayon polis şöbəsinin nümayəndəsinin iştirakı olmadan işdə olan sənədlər əsasında baxılmağı mümkün hesab etdi. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında əməlini etiraf etdi və izahat verərək göstərdi ki, 28 mart 2024-cü il tarixdə, saat 01:39 radələrində idarə etdiyi “VAZ 21154” markalı, **-RK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Beyləqan rayonu magistral küçəsi ilə hərəkətdə olan zaman əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydasını pozduğuna görə yolda xidmətdə olan YPX tərəfindən saxlanılmışdır. YPX əməkdaşı ona yaxınlaşaraq özünü təqdim edərək ondan sənədləri tələb edən zaman ondan spirt qoxusu gəldiyindən onun avtomobili sərxoş vəziyyətdə idarə etməsindən şübhələnmişdir. Bu zaman polis əməkdaşı alkotester aparatını xidməti avtomobildən gətirərək onun sərxoşluq vəziyyətini yoxlamış və onun avtomobili sərxoş vəziyyyətdə idarə etməsi aşkar olunmuşdur. Hadisə günü günorta saatlarında 50 qram araq içmişdir. Həmin vaxt uşağı qəfl xəstələndiyinə görə uşağı xəstəxanaya aparmaq üçün sərxoş avtomobil idarə etməyə məcbur olmuşdur. Hərəkətlərindən peşimandır. Birdaha belə hərəkətlərə yol verməyəcəkdir. Göstərilənlərin nəzərə alınmasını və barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İşdə olan inzibati xəta haqqında protokladan görünür ki, Şəxs 28 mart 2024-cü il tarixdə, saat 01:39 radələrində idarə etdiyi “VAZ 21154” markalı, **-RK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Beyləqan rayonu magistral küçəsi ilə hərəkətdə olan zaman əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına görə YPX əməkdaşları tərəfindən saxlanılan zaman sürücü Şəxs avtomobili idarə edərkən sərxoş vəziyyətdə olması müəyyən olunmuşdur. Şəxs 28 mart 2024-cü il tarixdə, saat 01:39 radələrində idarə etdiyi “VAZ 21154” markalı, **-RK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Beyləqan rayonu magistral küçəsi ilə hərəkətdə olan zaman əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına görə YPX əməkdaşları tərəfindən saxlanılan zaman sürücü Şəxs avtomobili idarə edərkən sərxoş vəziyyətdə olması müəyyən olunmuşdur. İşə əlavə edilmiş 28 mart 2024-cü il tarixli alkotester muayinəsi qəbzindən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə avtomobil idarə edən zamanı yüngül dərəcəli sərxoşluq vəziyyətində olmuşdur. Şəxs xx.xx.2024-cü il tarixdə sərxoş vəziyyətdə avtomobil idarə etməsi iş materialları, özünün izahatı və sərxoşluq haqqında alkotester qəbzi ilə kifayət qədər sübuta yetrilmişdir. Hesab edirəm ki, Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin tərkibi vardır. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs törətdiyi xətanın xarakterini, onun təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini qanuna və məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar