Məhkəmə qərarları › İş №3(020)-284/2025

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-284/2025

23.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-284/2025 23.05.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Xankişiyev Tural Şahsuvar oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Beyləqan rayon PŞ-nin İTB-nin polis sahə rəisi polis kapitanı X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Beyləqan şəhəri, X10 küçəsi ev 86-da qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 14 radələrində Beyləqan şəhəri, X10 küçəsi ev 86-da yaşadıqları evdə arvadı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətləri zəmnində mübahisə etmiş və mübahisə zamanı Zərərçəkmiş şəxs döymüşdür. Qeyd olunanlara əsasən Beyləqan rayon PŞ-nin İTB-nin polis sahə rəisi polis kapitanı X3 tərəfindən Şəxs barəsində xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokola baxılması üçün iş materialları ilə birlikdə aidiyyəti üzrə Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Beyləqan rayon PŞ-nin İTB-nin polis sahə rəisi polis kapitanı X3 izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Beyləqan şəhər sakini İsayeva X6 rayon PŞ-nə ərizə ilə müraciət edərək, xx.xx.2025-ci il tarixdə saat 14 radələrində əri Şəxs onu döyməsini bildirərək bu barədə araşdırma aparılmasını xahiş etmişdir. Müraciətlə bağlı Beyləqan rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X9 tərəfindən araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 13 aprel 2025-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərar Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati araşdırma aparılması üçün bölmənin aidiyyatı əməkdaşı kimi ona göndərilmişdir. Bu səbəbdən, Şəxs əməlində İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətləri olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanılması qərara alınmış və onun barəsində AR İXM- nin 157ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək bildirmişdir ki, o, 2007-ci il tarixdə Zərərçəkmiş şəxs ilə ailə həyat qurmuş və bu evlilikdən bir övladları vardır. Ailə həyatı qurduqdan sonra atasına məxsus evdə onlarla birlikdə yaşayır. xx.xx.2025-ci il tarixdə saat 14 radələrində evə gələn vaxt Zərərçəkmiş şəxs evdə olmuşdur.Qıqanclıq zəminində aralarında mübahisə olmuş və həmin vaxt İlahəni vurmuşdur. Aralarında olan mübahisə 3-5 dəqiqə davam etmişdir. Əməlimdən peşmandır, arvadından üzür istəyir və bir daha bu cür hallara yol vermiyəcəkdir. Göstərilənlərin nəzərə alınmasını və ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Beyləqan şəhəri, M.Abbaslı küçəsində qeydiyyatda olmaqla yaşayır. Şəxs onun əridir. Beyləqan rayon Polis şöbəsinə etmiş olduğu müraciətlə bağlı bildirir ki, 2007-ci il tarixdə Şəxslə ailə həyatı qurmuş və bu evlilikdən bir övladları olmuşdur. Nicatla ailə qurduqdan sonra onun atasına məxsus evdə onlarla birlikdə yaşamışdır.Şəxslə əvvəllər aralarında qisqanclıq zəmnində dəfələrlə mübahisələr olmuşdur.Nicat başqa bir qadın münasibət qurmuş və onunla tez-tez telefonla danışdığını bilmişdir. xx.xx.2025-ci il tarixdə saat 14 radələrində yaşadıqları evdə Nicatla söhbət edən zaman onun yenə həmin qadınla danışdığını bilmiş və bu zaman aralarında mübahisə yaranmış və yaranmış mübahisə zamanı Şəxs yumruqla Zərərçəkmiş şəxs sağ qol nahiyəsinə vurmuş, sonra onu boğmuş və təpiklə böyrək nahiyəsinə vuraraq döymüşdür. Aralarında olan mübahisə 5-10 dəqiqə davam etmişdir. Həmin vaxt evdə Şəxs yeznəsi Rəmiş adlı şəxs olmuş və mübahisəni də o görmüşdür. Hazırda Şəxslə barışmamış və onu bağışlamamışdır. Qeyd etdiklərinin nəzərə alınaraq, Şəxs barədə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işə əlavə edilmiş, Beyləqan RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 13 aprel 2025-ci il tarixli, “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Beyləqan rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X9 tərəfindən baş vermiş hadisə ilə bağlı araşdırma aparılmış, araşdırma zamanı toplanmış materialda həmin fakt üzrə Azərbaycan Respublkası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində həmin maddə ilə tədbir görülməsi üçün qərarın sürəti Beyləqan rayon PŞ-nin İTB-nə göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası SN-nin MTE və PA Birliyinin Beyləqan rayonlararası zona mərkəzinin rəisi X1 İlahə Tahir qızının adına vermiş olduğu xx.xx.2025ci il tarixli, № 200/25 saylı müayinə rəyindən məlum olur ki, müayinə zamanı xx.xx.1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs boyun nahiyəsində qançır sağ said nahiyəsində isə sıyrıq olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Toplanmış araşdırma materialları və MTE və PA birliyinin Beyləqan rayon şöbəsinin ekspert rəyi, eləcə də Zərərçəkmiş şəxs izahatı ilə müəyyən olunmuşdur ki, Şəxs aralarında olan mübahisə zamanı Zərərçəkmiş şəxs fiziki zor tətbiq edərək ona dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirməklə döymüşdür. Bu əməlləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilməlidir. İşin məhkəmə iclasında araşdırılmış halları ilə hadisə zamanı Şəxs Zərərçəkmiş şəxs döyməsi kifayət qədər sübuta yetmişdir. Həmçinin təhqiqatçı tərəfindən Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olmasına dair qərar qəbul edilmişdir. Lakin Şəxs həmin qərarı mübahisələndirməmiş, qərardan şikayət verməmişdir. Həmin qərar qüvvədə olmaqla hazırda ondan şikayət vermə müddəti başa çatmışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan MN seriyalı, 22644555 nömrəli inzbati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 14 radələrində Beyləqan rayonu, Kəbirli kəndində yaşadıqları evdə arvadı Zərərçəkmiş şəxs döymüşdür. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin və polis əməkdaşının izahatları, inzibati xəta haqqında protokol, ekspert rəyi və digər iş materialları ilə şəxs zərərçəkmiş şəxsi döyərək qəsdən fiziki ağrı və dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə olan sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən və İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar