Məhkəmə qərarları › İş №3(020)-285/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-285/2024

19.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-285/2024 19.04.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1977-ci ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, işsiz, orta təhsilli, ailəli, Beyləqan şəhəri, M.Müşviq küçəsi ev 108-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Şəxs 29 mart 2024-cü il tarixdə saat 20:30 radələrində özünə məxsus xırda buynuzlu heyvanları Daşburun-Y.Q.K yolu ilə aparan zaman magistral yolda hərəkətdə olan “Vaz 21154” markalı, **-CC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil yolda olan heyvanlardan 3 baş qoyunu, 1 baş keçini vurmuşdur. Hadisə zamanı Zərərçəkmiş şəxs məxsus avtomobil əzilmiş, Zərərçəkmiş şəxs maddi zərər dəymişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati xəta haqqında materiala Şəxs iştirakı olmadan işdə olan sənədlər əsasında baxılmağı mümkün hesab etdi. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, “Vaz 21154” markalı, **-CC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili vardır. Həmin avtomobili idarə etmək üçün oğlu X2 etibarnamə vermişdir. 29 mart 2024-cü il tarixdə axşam saatlarında yaşadığı evdə olan zaman oğlu Nurlandan ona məxsus mobil telefona zəng gəlmiş, telefonu açıq Nurlana cavab verdikdə Nurlan ona idarə etdiyi avtomobilin qarşısına qoyun sürüsü çıxdığını və 3 baş qoyun, 1 baş keçi vuraraq öldürdüyünü bildirmiş, həmçinin qəza zamanı ona məxsus olan “Vaz 21154” markalı, **-CC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə maddi zərər dəydiyini bildirmişdir. O, Nurlanla danışdıqdan sonra hadisə yerinə getmiş və hadisə yerinə çatan zaman yolda ölmüş vəziyyətdə 3 baş qoyun, 1 baş keçi görmüş, 3 baş qoyun isə yaralı vəziyyətdə olmuşdur. Yol-nəqliyyat hadisəsi zamanı ona məxsus avtomobilə 2022 (iki min iyirmi iki) manat maddi zərər dəymişdir. Dəymiş zərər Şəxs tərəfindən ödənilməmişdir. Zərərin ödənilməsini tələb edir. Şəxs heyvanları yolda nəzarətsiz qoyduğuna görə hadisə baş vermişdir. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 29 mart 2024-cü il tarixdə saat 20:30 radələrində özünə məxsus xırda buynuzlu heyvanları Daşburun-Y.Q.K yolu ilə aparan zaman magistral yolda hərəkətdə olan “Vaz 21154” markalı, **-CC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil yolda olan heyvanlardan 3 baş qoyunu, 1 baş keçini vurmuşdur. Hadisə zamanı Zərərçəkmiş şəxs məxsus avtomobil əzilmiş, Zərərçəkmiş şəxs maddi zərər dəymişdir. Qəza zamanı Zərərçəkmiş şəxs idarə etdiyi “Vaz 21154” markalı, **-CC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə maddi zərər dəyməsi iş materialları ilə kifayət qədər sübuta yetrilmişdir. İşə əlavə edilmiş “İnsan psixikasına təsir edən maddələrin istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi müayinə barədə” 29 mart 2024-cü il tarixli 259 saylı protokoldan görünür ki, X5 hadisə vaxtı sərxoş vəziyyətdə olmamışdır. İşdə olan "xxxx" MMC tərəfindən yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın müəyyən edilməsi üçün tərtib olunmuş 01 aprel 2024-cü il tarixli, SA-045 saylı ziyan aktından görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X1 idarə etdiyi X4 məxsus olan “Vaz 21154” markalı, **-CC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil əzilmiş, qırılmış deformasiyaya uğrayaraq yarasız vəziyyətə düşməsi nəticəsində 2022 (iki min iyirmi iki) manat dəyərində ziyan dəyməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 338.5.1-ci maddəsinə görə mal-qaranın yolda nəzarətsiz qoyulmasına; 338.5.2. mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə; Həmin Məcəllənin 338.7-ci maddəsinə görə Bu Məcəllənin 338.4 və 338.5ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXMnin 338.7-ci maddəsinin tərkibi vardır. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə müəyyən edildi ki, xx.xx.2024-c il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X3 idarə etdiyi, X4 məxsus “Vaz 21154” markalı, **-CC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş 2022 (iki min iyirmi iki) manat dəyərində ziyan Şəxs tərəfindən ödənilməmişdir. Azərbaycan Respublikası İXM-nin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Zərərçəkmiş şəxs dəymiş zərərlə bağlı mübahisə olması müəyyən edildiyindən mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququ olması izah edilməlidir. İnzibati xəta törədən Şəxs törətdiyi xətanın xarakterini, xüsusiyyətlərini onun təqsirinin dərəcəsini alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini qanuna və məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117,128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından, Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Zərərçəkmiş şəxs dəymiş zərərlə bağlı gələcəkdə mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququ olması izah edilsin Qərardan onun sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar