Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-287/2025 12.06.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Beyləqan Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Beyləqan rayonu Aşıqalılar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyət ilə məşğul olan, Beyləqan rayonu Aşıqalılar kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Beyləqan Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X4 izahat verərək bildirmişdir ki, Beyləqan Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(020)-785/2024 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 1 ədəd nişan üzüyü “Sirkon qaşlı”, əyarı 585, çəkisi 5,7 qram qiyməti 544 AZN, komplekt dəst (üzük,sırğa və sep), əyarı 750, çəkisi 29,8 qram qiyməti 3580 AZN və 1 ədəd üzük sirkon qaş ilə, əyarı 585, çəkisi 3,1 qram qiyməti 356 AZN əşyalar, olmadıqda həmin əşyaların dəyəri (4480 manat) alınaraq iddiaçı X3 verilməlidir. İcra sənədi üzrə xx.xx.2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və Şəxs tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Şəxs tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. İcra sənədi üzrə yaranmış borcun ödəməsi üçün qanuni icra tədbirləri görməsinə baxmayaraq Şəxs icra sənədi üzrə borcunu icra etmədiyi və icra məmurunun qanuni tələblərinin yerinə yetirmədiyi üçün barəsində axtarış qərarı verilmiş və Şəxs polis əməkdaşları tərəfindən ona icra şöbəsinə yaxınlaşması bildirilmişdir. Şəxs icra sənədi üzrə borcundan ödəniş etməmişdir.Qanuni icra tədbirləri görülməsinə baxmayaraq heç bir ödəniş etmədiyindən və icra məmurunun qanuni çağırışlarına gəlmədiyindən barəsində axtarış qərarı qəbul edilmiş və icrası üçün polis şöbəsinə göndərilmişdir. Şəxs icra şöbəsində də izahat verərək icra sənədi üzrə borcunu tam ödəyə bilməyəcəyini bildirmişdir. Şəxs icra sənədi üzrə borcunu üzrsüz səbəbdən icra etmədiyi üçün sonuncu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Beyləqan Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(020)-785/2024 saylı qətnaməsi ilə ondan 1 ədəd nişan üzüyü “Sirkon qaşlı”, əyarı 585, çəkisi 5,7 qram qiyməti 544 AZN, komplekt dəst (üzük,sırğa və sep), əyarı 750, çəkisi 29,8 qram qiyməti 3580 AZN və 1 ədəd üzük sirkon qaş ilə, əyarı 585, çəkisi 3,1 qram qiyməti 356 AZN əşyaların, olmadıqda dəyərinin alınaraq iddiaçıya verilməsi təmin edilməmişdir.İ ddiaçı həmin qətnamədən şikayət vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(106)-1492/2024 saylı icra sənədinə əsasən Cavabdeh Şəxs 1 ədəd nişan üzüyü “Sirkon qaşlı”, əyarı 585, çəkisi 5,7 qram qiyməti 544 AZN, komplekt dəst (üzük,sırğa və sep), əyarı 750, çəkisi 29,8 qram qiyməti 3580 AZN və 1 ədəd üzük sirkon qaş ilə, əyarı 585, çəkisi 3,1 qram qiyməti 356 AZN əşyalar, olmadıqda həmin əşyaların dəyəri (4480 manat) alınaraq iddiaçı X3 verilməlidir. Onun həmin icra sənədindən məlumatı olmamış və hal-hazırda borcunu tam ödəməyə maddi imkanı yoxdur. O, borcundan hazırda 1000 manat ödəmişdir. O, heç vaxt borcunu ödəməkdən qəsdən yayınmamışdır. Qalan borcunu da ödəyəcəkdir. Ona görə də qeyd olunanları nəzərə alaraq, məhkəmədən barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmdə tədqiq edilmiş: Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(020)-1492/2024 saylı icra sənədinə əsasən, borclu Şəxs 1 ədəd nişan üzüyü “Sirkon qaşlı”, əyarı 585, çəkisi 5,7 qram qiyməti 544 manat, komplekt dəst (üzük,sırğa və sep), əyarı 750, çəkisi 29,8 qram qiyməti 3580 manat və 1 ədəd üzük sirkon qaş ilə, əyarı 585, çəkisi 3,1 qram qiyməti 356 manat olan əşyalar, olmadıqda ihəmin əşyaların dəyəri (4480 manat) alınaraq tələbkar X3 verilməlidir. xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Beyləqan Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(020)-785/2024 saylı icra vərəqəsi üzrə icraata başlanılmış və Şəxs tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. xx.xx.2025-ci il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. "xxxx" MMC-nin ödənilmiş qəbzdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə 1000 manat, ödənişi X2 adına ödəmişdir. Elektron məhkəmə informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, Şəxs mülkiyyətində “BMW 525İ” minik markalı **-FT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi vardır. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə nəzərdə tutulmuşdur. Məhkəmə iclasında isə Beyləqan Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(020)-785/2024 saylı icra sənədi üzrə Şəxs yaranmış borcunu üzrsüz səbəbdən icra etməməsi və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi sübuta yetirilməmişdir. Məhkəmə iclasında toplanmış sübutlarla müəyyən edilmişdir ki, Beyləqan Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(020)-785/2024 saylı icra sənədi üzrə xx.xx.2025-ci il tarixdə icra məmuru tərəfindən Şəxs barəsində olan icra işi üzrə icraata başlanılmışdır. İş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi göstərir ki, borclu Şəxs aliment ödənişlərini etməkdən qərəzli şəkildə yayınmır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs icra məmurunun yanında ilk dəfə inzibati xəta haqqında protokol tərtib edilən gün olmuş və həmin gündən sonra isə 1000 manat məbləğində ödəniş edilmişdir. Eyni zamanda, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında Protokol tərtib edilməmişdən əvvəl Beyləqan Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(020)-785/2024 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsi üzrə müvafiq icra tədbirləri görülməmişdir. Yəni, icra zamanı icra məmuru tərəfindən borclu Şəxs mülkiyyətində əmlak olmasına baxmayaraq, həmin əmlak ilə bağlı müvafiq məcburi icra tədbirləri görülmədən tələbkarın xeyrinə tutulan borc məbləğinin ödənilməməsində borclu Şəxs qəsdi, yəni üzürsüz səbəbini təsdiq edən halların mövcudluğu müəyyən edilmir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 43.1, 43.1.1 və 43.1.2-ci maddələrinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi və tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi məcburi icra tədbirləridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 02 oktyabr 2012-ci il tarixli qərarında göstərilir ki, borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda, icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş - borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, icra məmurlarının onlara verilən hüquqlardan qanuna uyğun istifadə etməyə və öz fəaliyyətlərində fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin pozulmasına yol verməməyə borcludurlar. Beləliklə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta üzrə məsuliyyətin yaranması üçün həmin maddənin dispozisiyasında nəzərdə tutulan hərəkətlərin və yaxud hərəkətsizliyin borclu tərəfindən törədilməsi müəyyən olunmalı və bu halların olması protokolu tərtib etmiş şəxsin topladığı sübutlarla sübut edilməlidir. Lakin, yuxarıda təsvir edilənlərdən görünür ki, , Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın bütün tərkib əlamətləri və həmin inzibati xətanı sübut edən hallar müəyyən edilmədən, hətta inzibati xətanın mahiyyəti göstərilmədən - borclu Şəxs barəsində xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında Protokol tərtib edilmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Beyləqan Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Beyləqan Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №3(020)-287/2025
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-287/2025
12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver