Məhkəmə qərarları › İş №3(020)-288/2023

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-288/2023

28.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-288/2023 28.03.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Mən, Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1990-cı ildə Beyləqan rayonu, Qəhrəmanlı qəsəbəsində anadan olmuş, fərdi əməklə məşğul olan, evli, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, Beyləqan rayonu, Qəhrəmanlı qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 08 mart 2023-cü il tarixdə, saat 00:15 radələrində idarə etdiyi “VAZ 2109” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Horadiz-Bəhrəmtəpə yolunun 27-ci kilometrliyində təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə Beyləqan rayon YPXB-nin əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sürücü Şəxs avtomobili idarə edərkən sərxoş vəziyyətdə olması müəyyən olunmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında inzibati xəta əməlini etiraf etdi və izahatında göstərdi ki, xx.xx.2023-cü ildə saat 00:18 radələrində idarə etdiyi “VAZ 2109” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Beyləqan şəhəri ərazisində təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə Beyləqan rayon YPXB-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt ondan spirt qoxusu gəldiyi üçün polis əməkdaşları tərəfindən Beyləqan rayon mərkəzi xəstəxanasına gətirilərək içkili olub-olmaması barədə alkotester yoxlaması aparılmış, yoxlama zamanı onun spirtli içki qəbul etdiyi müəyyən edilmişdir. Həmin gün az miqdarda spirtli içki qəbul etdiyinə görə sərxoşluq muayinəsi zamanı sərxoş olmasını aparat göstərmişdir. Göstərilənləri nəzərə alıb barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirlən Beyləqan rayon PŞ-nin DYPB-nin YPX-nin inspektoru polis serjantı X2 izahatında bildirdi ki, 08 mart 2023-cü il tarixdə Beyləqan rayon PŞ-nin YPXB-nin xidməti avtomobili ilə rayon ərazisində xidmətdə olan zaman Şəxs həmin gün saat 00:15 radələrində idarə etdiyi “VAZ 2109” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Beyləqan rayonu ərazisində təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə onun tərəfindən saxlanılmış, həmin vaxt Natiq Süleymanovdan spirt qoxusu gəldiyinə görə onun avtomobili sərxoş vəziyyətdə idarə etməsi şübhə doğurduğundan X1 rayon “Mərkəzi” xəstəxanasına apararaq sərxoşluq muayinəsindən keçirmişdir. Muayinə zamanı məlum olmuşdur ki, sürücü Şəxs avtomobili idarə edərkən orta dərəcə sərxoşluq vəziyyətində olmuşdur. İşdə olan inzibati xəta haqqında protokladan görünür ki, Şəxs 08 mart 2023-cü il tarixdə, saat 00:15 radələrində idarə etdiyi “VAZ 2109” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Beyləqan rayonu ərazisində təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə Beyləqan rayon DYPB-nin YPX-nin əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sürücü Şəxs avtomobili idarə edərkən sərxoş vəziyyətdə olması müəyyən olunmuşdur. Şəxs sərxoş vəziyyətdə avtomobil idarə etməsi özünün izahatı ilə yanaşı, iş materialları, həkim rəyi və şahidin izahatı ilə kifayət qədər sübuta yetrilmişdir. İşə əlavə edilmiş “İnsan psixikasına təsir edən maddələrin istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi müayinə barədə” 08 mart 2023-cü il tarixli 241 saylı protokoldan görünürki Şəxs hadisə vaxtı orta dərəcəli sərxoşluq vəziyyətində olmuşdur. Şəxs sərxoş vəziyyətdə avtomobil idarə etməsi özünün izahatı ilə yanaşı, iş materialları, həkim rəyi və şahidin izahatı ilə kifayət qədər sübuta yetrilmişdir. Hesab edirəm ki, Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin tərkibi vardır. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs törətdiyi xətanın xarakterini, onun təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırlması növündə inzibati tənbeh tətbiq edilməsini qanuna və məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılsın. Qərardan onun sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Seyfəli Seyfullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar