Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-290/2023 07.06.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1978-ci ildə Beyləqan rayonunda anadan olmuş, evli, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, Beyləqan şəhəri, R.Abbasov küçəsi, ev 11-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 15:50 radələrində Beyləqan rayonu,S.Qaziyeva küçəsində əlində bıçaqla X2 məxsus ərzaq magazasına girərək satıcı X3 və X1 ünvanına nəlayiq söyüşlər söyərək onları təhqir etmiş və orada olan şəxslərin narahatçılığına səbəb olan xırda xuliqanlıq hərəkətləri etmişdir. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında əməlini etiraf etdi və izahat verərək göstərdi ki, ünvan 1 ünvanda daimi yaşayır. X4 və X5 tanıyır. Onlarla heç bir düşmənçilik və ədavətləri olmamışdır. xx.xx.2023-cü il tarixdə özünə məxsus “Niva” markalı avtomobillə Beyləqan şəhəri, S.Qaziyeva küçəsində yerləşən, X2 məxsus ərzaq mağazasının qarşısında avtomobilini saxlayaraq aşağı düşmüşdür. Həmin vaxt Vüqar Məmmədov mağazasının arxasında tanımadığı bir nəfər şəxslə qum yayan zaman Vüqar Mmmədova yaxınlaşaraq siqaret yandırmaq üçün yandıran istəmişdir. Həmin vaxt Vüqar Məmmədov ona oradan çıxıb getməsini bildirmiş, ona görə də Vüqar Məmmədovla aralarında sözlə mübahisə yaranmışdır. Vüqarla bir qədər mübahisə etdikdən sonra onlar arasında baş vermiş mübahisə başa çatmış və o, özünə məxsus avtomobilə əyləşərək oradan getmişdir. xx.xx.2023-cü il tarixdə o, özünə məxsus “Niva” markalı avtomobil ilə Beyləqan şəhəri, S.Qaziyeva küçəsinə gedərək V.Məmmədova məxsus mağazaya girmiş və satıcıdan siqaret və pivə istəmiş, satıcı isə cavabında “sənə heçnə satmıram” demişdir. O, da satıcının bu cavabına görə əsəbləşmiş və satıcı ilə mübahisə etməyə başlamışdır. Bu zaman oraya mağazanın sahibi V.Məmmədov da gəlmiş və onunlada mübahisə etmişdir. Onlar arasında baş verən mübahisə 4-5 dəqiqə davam etmiş, bundan sonra oradan çıxıb getmişdir. Hadisə zamanı satıcını və mağazanın sahibi V.Məmmədovu ölümlə hədələməmiş, onlarla sadəcə sözlə mübahisə etmişdir. Hazırda əməlindən peşimandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Göstərilənlərin nəzərə alınmasını və barəsində qanuni qərar verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə zərərçəkmiş şəxslər satıcı X6 və X2 məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. ona görə də məhkəmə hazırki inzibati işə zərəçəkmiş şəxslərin iştirakı olmadan baxılmağı mümkün hesab etdi. İş materiallarına əlavə olunmuş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 15:50 radələrində Beyləqan rayonu,S.Qaziyeva küçəsində əlində bıçaqla X2 məxsus ərzaq magazasına girərək satıcı X3 və X1 ünvanına nəlayiq söyüşlər söyərək onları təhqir etmiş və orada olan şəxslərin narahatçılığına səbəb olan xırda xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, inzibati xəta haqqında işə əlavə edilmiş, Beyləqan RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 12 yanvar 2023-cü il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, Beyləqan rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X7 tərəfindən baş vermiş hadisə ilə bağlı araşdırma aparılmış, araşdırma zamanı X3 müraciəti əsasında toplanmış materialda cinayət tərkibi əlamətləri olmadığından, həmin fakt üzrə Azərbaycan Respublkası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Lakin Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 510cu maddəsinin əlamətləri olduğundan barəsində həmin maddə ilə tədbir görülməsi üçün qərarın sürəti Beyləqan rayon PŞ-nin İTB-nə göndərilmişdir. Şəxs xırda xuliqanlıq hərəkətləri etməsi iş materialları, özünün etirafı və iş materialları ilə kifayət qədər sübuta yetmişdir. Hesab edirəm ki, Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 510cu maddəsinin tərkibi vardır. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbirləri görülməlidir Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Törədilmiş xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasına uyğun olaraq ona cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxdan 10 gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №3(020)-290/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-290/2023
07.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver