Məhkəmə qərarları › İş №3(020)-290/2025

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-290/2025

30.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-290/2025 30.05.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Beyləqan rayon PŞ-nin polis sahə inspektoru, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1963-cü il tarixdə İmişli rayonun, Sarxanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Beyləqan rayonun, İmamverdilər kəndində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə, saat 16:45 radələrində Beyləqan rayonun, İmamverdilər kəndində uca səslə nalayiq ifadələr işlədərək, ictimai qaydanı pozmuş, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də, Beyləqan rayon PŞ-nin polis sahə inspektoru, polis baş leytenantı X2 tərəfindən Şəxs barəsində xx.xx.2025-ci il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Beyləqan Rayon Məhkəməsinə təqdim olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Beyləqan rayon PŞ-nin polis sahə inspektoru, polis baş leytenantı X2 protokolu müdafiə edərək izahatında bildirmişdir ki, 29 may 2025-ci il tarixdə vətəndaş X6 ərizə ilə Beyləqan rayon polis şöbəsinə müraciət edərək bildirmişdir ki, ona məxsus əkin sahəsində iş görməyə Şəxs tərəfindən mane olmuş və orada işləyənlərə nalayiq ifadələr işlətmişdir. Daha sonra həmin əraziyə polis əməkdaşları ilə getmişdirlər. Həmin vaxt Şəxs yüksək səslə qışqırıb ünvansız söyüşlər söyməyə başlamış və onlar onu nizam intizama dəvət etmişlər. Lakin həmin şəxs öz hərəkətlərini davam etdirərək qəsdən polisin qanuni tələbinə tabe olmamışlar. Bundan sonra hadisə yerində olan polis əməkdaşlarının izahatlarını almış və Şəxs barəsində İXMnin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edərək məhkəməyə vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə anasının ona verdiyi torpaq sahəsində Taleh Hüseynovla mübahisələri olmuşdur.Taleh Hüseynov ona məxsus torpaq sahəsini ondan xəbərsiz öz adına icarəyə götürmüşdür. Bununla bağlı yuxarı orqanlara müraciət etsə də nəticəsiz qalmışdır. Traktor sürücüsü olan İbrahimi bir neçə dəfə ona məxsus torpaq sahəsində görmüş və oradan qovmuşdur.O, polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətməmiş və söyüş söyməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X6 ifadə verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Beyləqan rayonu İmamverdilər kəndində ona məxsus torpaq sahəsində köməkçisi İbrahim təsərrüfat işləri görərəkən Şəxs ona maneəçilik yaratmış və onu ordan uzaqlaşdırmışdır. Həmin torpaq sahəsi əvvəllər Şəxs məxsus olsa da sonradan Beyləqan rayon İcra Hakimiyəti başçısının sərəncamı ilə ona verilmişdir.O, polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Polis əməkdaşları əraziyə gələrəkən Şəxs yüksək səslə qışqırıb ünvansız söyüşlər söyməsini görmüşlər. Həmin vaxt onlar onu nizam intizama dəvət etdilər. Lakin həmin şəxs öz hərəkətlərini davam etdirərək qəsdən polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında şahid X4 şahid qismində ifadə vermiş X6 ilə eyni məzmunda ifadə verərək Taleh Hüseynovun ifadəsində göstərdiyi xüsusatların düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə iclasında şahid Beyləqan rayon PŞ-nin İTB-nin polis sahə rəisi polis kapitanı X3 ifadə verərək bildirmişdir ki, 29 may 2025-ci il tarixdə vətəndaş X6 ərizə ilə Beyləqan rayon polis şöbəsinə müraciət edərək ona məxsus əkin sahəsində iş görəməyə Şəxs tərəfindən maneə yaradır. Beyləqan rayonu, İmamverdilər kəndi ərazisində olarkən Şəxs torpaq sahəsinin yanında küçədə nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə qəsdən tabe olmamış və Taleh Hüseynova və onun ünvanına nalayiq söyüşlər söyərək onları təhqir etmişdir. Şəxs Beyləqan rayon PŞ-nə gətirilmişdir. Bununla bağlı o, rayon PŞnə gələrək aidiyyəti üzrə raportla məruzə etmişdir. Məhkəmə iclasında şahid Beyləqan rayon PŞ-nin İTB-nin polis sahə rəisi polis leytenantı X5 şahid qismində ifadə vermiş Beyləqan rayon PŞ-nin İTB-nin polis sahə rəisi polis kapitanı X3 ilə eyni məzmunda ifadə verərək Teymur Hüseynovun ifadəsində göstərdiyi xüsusatların düzgünlüyünü təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 19:00-da inzibati qaydada tutulmuşdur. Göründüyü kimi istər məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, istərsə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi etirafedici izahat, şahid ifadələri ilə onun İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 6-cı maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsinə inzibati xətanı sərxoş halda törətməsi Şəxs məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. İXM-in 510-cu madəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 sentyabr 2020-ci il tarixli qərarına əsasən İXM-in 34.3-cü maddəsində şəxsin məhz eyni vaxtda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydası müəyyən olunmuşdur. Həmin maddəyə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Bu hal inzibati xətaların ideal məcmusunu ehtiva edir. Belə ki, maddənin məzmunundan göründüyü kimi, bir şəxs eyni vaxtda bir neçə inzibati xəta törətdikdə, həmin xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, göstərilən işlərə baxan müvafiq orqan bu inzibati xətaların sırasından ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq etməlidir. Lakin bu o anlama gəlmir ki, eyni vaxtda törədilən inzibati xətalara baxan səlahiyyətli orqan yalnız daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş inzibati xətanı qiymətləndirir. İnzibati xətaya dair işlərə baxan səlahiyyətli orqan, şəxs tərəfindən eyni vaxtda törədilən hər bir inzibati xətaya ayrı-ayrılıqda qiymət verməli, bu xətaların hər birinin törədilməsində şəxsin təqsirini sübuta yetirməli, sadəcə olaraq ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya həddlərində tənbeh tətbiq etməlidir. Məhkəmə, hesab edir ki, Şəxs şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, barəsində İXM-in 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə inzibati cərimə növündə tənbehin dörddə üçündən çox olmayan məbləğdə inzibati cərimə növündə tənbeh təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci və 34.3-cü maddələrinə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar