Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 3(020)-294/2025 03.06.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlu, X1 Beyləqan rayon Polis şöbəsinin DYPB-nin polis kapitanı X2 inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin baxılmağa hazırlanması zamanı, Müəyyən etdim: Məhkəmənin icraatına X1 Beyləqan rayon Polis şöbəsinin DYPB-nin polis kapitanı X2 inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət daxil olmuşdur. İnzibati xəta haqqında materialların baxılmağa hazırlanması zamanı şikayəti və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, X3 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, X3 ünvanladığı şikayət ərizəsindən görünür ki, o, X1 Beyləqan rayon Polis şöbəsinin DYPB-nin polis kapitanı X2 xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermişdir. Lakin, şikayətə əlavə edilmiş inzibati tənbehvermə haqqında qərarın nömrəsi ilə şikayət ərizəsinin təsvir hissəsində və "xahiş edirəm” hissəsində qeyd edilən nömrə arasında uyğunsuzluq mövcuddur. Göründüyü kimi şikayət ərizəsinin təsvir hissəsində və "xahiş edirəm” hissəsində şikayət verilən qərarın nömrəsi TP ******* kimi göstərilmişdir. Lakin şikayətə əlavə edilən qərarın nömrəsi TP ******* kimi qeyd edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 106.1- cı və 106.0.3-cü maddələrinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir:..inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi.. 109.1- ci və 109.1.6-cı maddələrinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı aşağıdakı məsələlər barəsində qərardad qəbul edilir:.. protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması;.. Beləliklə, qeyd olunanlara əsasən hesab edirəm ki, X1 Beyləqan rayon Polis şöbəsinin DYPB-nin polis kapitanı X2 inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-109-cu maddələrini rəhbər tutaraq, qərara aldım: X1 Beyləqan rayon Polis şöbəsinin DYPB-nin polis kapitanı X2 inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-294/2025
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №3(020)-294/2025
03.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver