Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-295/2025 03.06.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Beyləqan Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3, X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Beyləqan rayonu Dünyamalılar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Beyləqan rayonu, Dünyamalılar kəndində qeydiyyatda olan, X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına X6 İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X15 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Həmin Protokolda qeyd edilmişdir ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)- 1043/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 03 oktyabr 2012-ci il təvəllüdlü X11, 22 mart 2014-cü il təvəllüdlü X13 və 09 yanvar 2016-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 11 iyul 2024-cü il tarixdən başlayaraq, Şəxs hər ay hər uşağa görə 180 (yüz səksən) manat, cəmi 540 (beş yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq, X7 ödənilməsi qət edilmişdir. Hazırda 4240 manat aliment borcu var. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən X5 izahat verərək bildirmişdir ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-1043/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 03 oktyabr 2012-ci il təvəllüdlü X11, 22 mart 2014-cü il təvəllüdlü X13 və 09 yanvar 2016-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 11 iyul 2024-cü il tarixdən başlayaraq, Şəxs hər ay hər uşağa görə 180 (yüz səksən) manat, cəmi 540 (beş yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq, X7 ödənilməsi qət edilmişdir. Beyləqan Rayon Məhkəməsinin 2(020)-1043/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və Şəxs tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Şəxs hissə-hissə olaraq icra sənədi üzrə 1700 manat alimenti ödəmişdir. İcra sənədi üzrə 4240 manat aliment borcu yaranmışdır. Şəxs icra şöbəsində də izahat verərək icra sənədi üzrə borcunu tam ödəyə bilməyəcəyini bildirmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(020)-17/2025 saylı qərarı qüvvəyə mindiyi gündən bir il ərzində Şəxs eyni icra sənədinə münasibətdə İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təkrar törətdiyinə görə sonuncu barəsində İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-1043/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 03 oktyabr 2012-ci il təvəllüdlü X11, 22 mart 2014-cü il təvəllüdlü X13 və 09 yanvar 2016-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 11 iyul 2024-cü il tarixdən başlayaraq, ondan hər ay hər uşağa görə 180 (yüz səksən) manat, cəmi 540 (beş yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq, X7 ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə aliment borcundan hissə-hissə 1700 manat ödəmişdir. Hazırda işdən çıxdığı üçün alimenti ödəməmişdir. Hazırda işsizdir. İcra sənədi üzrə 4240 manat aliment borcu yaranmışdır. Hal-hazırda onun yığılmış aliment borcunu tam ödəməyə maddi imkanı yoxdur, lakin aliment borcundan hazırda 2000 manat ödəmişdir. O, heç vaxt aliment borcunu ödəməkdən qəsdən yayınmamışdır. Qalan aliment borcunu alimentlə birlikdə hər ay hissə-hissə ödəyəcəkdir. Ona görə də qeyd olunanları nəzərə alaraq, məhkəmədən barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən tələbkar X9 ifadəsində bildirmişdir ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-1043/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 03 oktyabr 2012-ci il təvəllüdlü X11, 22 mart 2014-cü il təvəllüdlü X13 və 09 yanvar 2016-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 11 iyul 2024-cü il tarixdən başlayaraq, ondan hər ay hər uşağa görə 180 (yüz səksən) manat, cəmi 540 (beş yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq, ona ödənilməsi qət edilmişdir. qət edilmişdir. Məhkəmə qərarı qəbul edildiyi gündən bu günədək 1700 manat alimenti ödəmiş və bu gün isə 2000 manat ödəmiş olsa da, o qalan 2240 manat məbləğində borcun da tam ödənilməsini istədiyini və ödənilmədiyi halda həbs olunmasını xahiş edir. İş materiallarında olan və məhkəmdə tədqiq edilmiş: Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(020)-1043/2024 nömrəli icra sənədinə əsasən Şəxs 11 iyul 2024-cü il tarixdən başalayaraq xx.xx.2012-ci il təvəllüdlü Nuray, xx.xx.2024-cü il təvəllüdlü Vəli və xx.xx.2016-cı il təvəllüdlü Aylin adlı uşaqların saxlanılmaları üçün hər uşağa görə 180 manat olmaqla, cəmi 540 manat sabit pul məbləğində aliment alınıb, tələbkar X7 ödənilməlidir. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Şəxs barəsində Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(020)- 1043/2024 nömrəli icra sənədi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(020)-17/2025 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Ödənilmiş qəbzlərindən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə 700 manat, xx.xx.2025-ci il tarixdə 300 manat, xx.xx.2025-ci il tarixdə 700 manat və xx.xx.2025-ci il tarixdə 2000 manat ödənişi X2 hesabına ödəmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə -fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir Məhkəmə iclasında isə Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(020)-1043/2024 nömrəli icra sənədi üzrə Şəxs yaranmış aliment borcunu üzrsüz səbəbdən icra etməməsi və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi sübuta yetirilməmişdir. Məhkəmə iclasında toplanmış sübutlarla müəyyən edilmişdir ki, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(020)-1043/2024 nömrəli icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icra məmuru tərəfindən Şəxs barəsində olan icra işi üzrə icraata başlanılmışdır. Borclu Şəxs aliment ödənişlərini etməkdən qərəzli şəkildə yayındığına görə, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(020)-17/2025 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Lakin həmin qərar qəbul edildikdən sonra borclu tərəfindən mütəmadi ödənişlər edilmiş, sonucu dəfə isə xx.xx.2025- ci il tarixdə 700 manat və xx.xx.2025-ci il tarixdə isə 2000 manat məbləğində ödəniş edilmişdir. O, davamlı olaraq maddi imkanı çatdığı həddə ödənişlər etmiş və icra sənədinin icrası ilə bağlı hər hansı bir hərəkətsizlik göstərməmişdir. Beləliklə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1--ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta üzrə məsuliyyətin yaranması üçün İXM-nin 528.1ci maddənin dispozisiyasında nəzərdə tutulan hərəkətlərin və yaxud hərəkətsizliyin borclu tərəfindən törədilməsi müəyyən olunmalı və bu halların olması protokolu tərtib etmiş şəxsin topladığı sübutlarla sübut edilməlidir. Lakin, yuxarıda təsvir edilənlərdən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın bütün tərkib əlamətləri və həmin inzibati xətanı sübut edən hallar müəyyən edilmədən, hətta inzibati xətanın mahiyyəti göstərilmədən - borclu Şəxs barəsində xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında Protokol tərtib edilmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X15 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №3(020)-295/2025
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-295/2025
03.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver