Məhkəmə qərarları › İş №3(020)-296/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-296/2024

19.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-296/2024 19.04.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs- Şəxs iştirakı ilə, xx.xx.1971-ci ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, deməsinə görə məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Beyləqan şəhəri, S.İmrəliyev küçəsi ev 38-də qeydiyyatda olan və yaşayan Şəxs, barəsində Beyləqan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2024-cü il tarixdə Beyləqan rayonu, S.İmrəliyev küçəsində yerləşən özünə məxsus avtoyuma məntəqəsində formalaşan çirkab sularını su hövzəsinə axıtmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs özünü təqsirli bildi və izahatında göstərdi ki, Beyləqan şəhəri, S.İmrəliyev küçəsi ev 38-də yaşayır. Beyləqan şəhəri, S.İmrəliyev küçəsində özünə məxsus avtoyuma məntəqəsi vardır. Həmin avtoyuma məntəqəsi Beyləqan şəhərinin mərkəzindən keçən su kanalının kənarında yerləşdiyindən avtoyuma məntəqəsində formalaşan çirkab sularını xüsusi boru vasitəsi ilə həmin kanala axıdır. xx.xx.2024-cü il tarixdə Beyləqan rayon PŞ-nin polis sahə rəisi Emin Şükürov ona məxsus avtoyuma məntəqəsinə gələrək çirkab sularını su hövəsinə axıtığına görə onu rayon PŞ-nə dəvət etmiş və PŞ-də ondan izahatı alınaraq barəsində protokol tərtib etmişdir. Göstərilən nöksanları tezliklə aradan qaldıracaqdır. Barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Beyləqan rayon PŞ-nin İTB-nin sahə rəisi polis kapitanı X1 rayon PŞ-nin rəisinə ünvanladığı raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə, xidməti ərazisi olan Beyləqan şəhər S.İmrəliyev küçəsində xidmətdə olan zaman Şəxs özünə məxsus avtoyuma məntəqəsində formalaşan çirkab sularını su kanalına axıtmasını aşkar etmişdir. Beləliklə də Şəxs tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə nəticələnən inzibati xəta əməlini törətməsi onun özünün etirafı və iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Ona görə Şəxs Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanın xarakteri, təqsirinin dərəcəsi nəzərə alınmaqla Şəxs xəta törətdiyi maddənin sanksiyası daxilində cərimə təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar