Məhkəmə qərarları › İş №3(020)-296/2025

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-296/2025

25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-296/2025 25.06.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta haqqında qərarı qəbul etmiş Beyləqan rayon X5 X8 polisi X3 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN-nin Beyləqan RPŞ-nin X11 Bölməsinin polis kapitanı X7 tərəfindən tərtib olunmuş TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli elektron inzibati tənbəh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN-nin Beyləqan RPŞ-nin X11 Bölməsinin polis kapitanı X7 tərəfindən tərtib olunmuş TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli elektron inzibati tənbəh vermə haqqında qərarından verilmiş şikayət baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Beyləqan rayonu polis kapitanı X3 TP ******* saylı xx.xx.2025-ci il tarixli qərarına əsasən ona, xx.xx.2025-ci il tarixli İXP6919185 nömrəli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol tərtib edilmişdir və o, 100 manat məbləğində inzibati cərimə edilmişdir. Birincisi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilvasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyət orqanın(qurumun)informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi hesab olunur. İkincisi- protokol tərtib edilərkən qanun pozuntuları aşkar edilmişdir. xx.xx.2025-ci il tarixli İXP6919185 nömrəli protokol və onun əsasında qərar qəbul edilərkən qanunvericiliyin normaları kobudcasına pozulmuş, protokolu tərtib etmiş şəxsin vəzifəsi göstərilməmişdir, vətəndaşın fərdi identifikasiya nömrəsi qeyd olunmamış və protokolun tərtib edilmə müddəti kobudcasına pozulmuşdur. Belə olan halda onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi və ona 100 manat məbləğində cərimə edilməsi qanunvericiliyə uyğun deyil. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şikayətçi X4 şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Beyləqan rayon X5 X8 polisi X7 şikayətin dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, şikayətçi tərəfindən onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsində göstərilən əsaslar tamamilə əsassızdır. Belə ki, video görüntüdən də müşahidə olunur ki, şikayətçi tərəfindən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının tələbləri pozulmuşdur. Şikayətçi eyni məzmunlu şikayətlə Baş Dövlət Yol Polis İdarəsinə müraciət etmiş və onlar tərəfindən araşdırma aparılmış və Azər Həsənovun yol hərəkəti haqqında qanunun tələblərinin pozulması faktı öz təsdiqini tapmışdır. Göstərilənlərin nəzərə alınmasını və TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsinə dair verilmiş şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 25 iyun 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, X4 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İXP seriyalı ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X4 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 tərəfindən İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi üçün 100 manat inzibati cərimə olunmuşdur. Beləliklə, məhkəmə iclasında X2 şikayət ərizəsi və inzibati xətanın törədilməsi zamanı qeydə alınmış video görüntü inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə araşdırılaraq müəyyən edildi ki, inzibati xəta hadisəsi ** KO *** dövlət qeydiyyat nişanlı “DAEWOO GENTRA” minik markalı avtomobili idarə edən X4 tərəfindən Kəbirli Beyləqan yolunun 13-cü km-də baş vermişdir. X4 tərəfindən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının tələblərini pozulmuş və bununla da İXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-in 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- yüz manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, X2 şikayətdə göstərdiyi xüsusatlar barəsində Azərbaycan Respublikası DİN-nin Beyləqan RPŞ-nin X11 Bölməsinin polis kapitanı X7 tərəfindən tərtib olunmuş TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir hal yoxdur. Ona görə də, məhkəmə X4 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikası DİN-nin Beyləqan RPŞ-nin X11 Bölməsinin polis kapitanı X7 tərəfindən tərtib olunmuş TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X2 həmin qərardan verdiyi şikayət təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 tərəfindən Azərbaycan Respublikası DİN-nin Beyləqan RPŞ-nin X11 Bölməsinin polis kapitanı X7 tərəfindən tərtib olunmuş TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Beyləqan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar