Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-298/2025 19.06.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2003-cü ildə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, mühafizəçi işləyən, Beyləqan şəhəri, Xiyabanı küçəsi ev 6-da qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs 12 mart 2025-ci il tarixdə, saat 17 radələrində sürücülük hüququ olmaqla, etibarnamə olmadan idarə etdiyi, “Mercedes Benz 190 minik” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Beyləqan rayonu, X14 kanalı avtomobil yolunun 11-ci kilometerliyində qarşı istiqamətdən gələn Vaz 21015 markalı **-BK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin hərəkət hissəsinə çıxaraq avtomobillə toqquşmuşdur. Nəticədə hər iki avtomobilin sürücüləri və sərinişinləri Füzuli rayonu, Qayıdış qəsəbəsi sakini olan xx.xx.2005-ci il təvəllüdlü X7 qapalı kəllə-beyin travması, burunun küt travması, Füzuli rayon, Mahmudlu kənd sakini 1994-cü il təvəllüdlü X1 gicgah nahiyyəsinin cıılmış yarası, Beyləqan rayon, Şitilçilik qəsəbəsi sakini olan Şəxs burunun küt travması, sol sifətin cırılmış yarası, Beyləqan rayon, Şitilçilik qəsəbəsi sakini olan xx.xx.2003-cü il təvəllüdlü X6 qaş arası toxumanın sıyrılmış yarası, burunun küt tarvması, Füzuli rayonu, Zobcuq qəsəbəsi sakini olan xx.xx.1999-cu il təvəllüdlü X4 burun əziyi, döş qəfəsinin küt travması, Füzuli rayon sakini xx.xx.1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs sol yanağın əzilmiş açıq yarası, döş qəfəsinin küt travması, sol dizin əzilmiş açıq yarası xəsarətlər almasına və yolnəqliyyat hadisəsi iştirakçısı olmuş hər iki avtomobilə zərər vurulmasına səbəb olmuşdur. Beyləqan rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis leytenantı X12 icraatında olan HK-1/372 nömrəli material üzrə 27 may 2025-ci il tarixdə cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi olduğundan qərarın surəti müvafiq tədbir görülməsi üçün Beyləqan PŞ-in DYPB-nə göndərilmişdir. Bundan sonra Beyləqan Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin YNH üzrə inspektoru polis kapitanı X8 tərəfindən tərtib edilmiş 29 may 2025-ci il tarixli, İXP saylı ******* №-li inzibati xəta haqqında protokol baxılması üçün Beyləqan Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, Beyləqan rayonu, Şitilçilik qəsəbəsində qeydiyyatda olmaqla yaşayır. Onun etibarnamə əsasında özünə məxsus "Mercedes Benz 190 minik” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. O, həmin avtomobili BC kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə edir. Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır, onunla arasında hər hansı ədavət və ya düşmənçilik yoxdur. 12 mart 2025-ci il tarixdə, saat 17 radələrində o, yaşadığı Beyləqan şəhərindən Beyləqan rayonu Daşburun adlanan yerdə olan maşın təmiri yerinə getmək məqsədilə yola çıxmışdır. Yanında ondan başqa sinif yoldaşı və dostu X11 da olmuşdur. O, Beyləqan rayonu, X14 kanalı avtomobil yolunun 11-ci kilometerliyinə çatan zaman idarə etdiyi “Mercedes Benz 190 minik” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobili 90 km saat sürətlə idarə etmişdir. Onun qarşısında isə ağ rəngli hal-hazırda dövlət qeydiyyat nişanını xatırlamadığı və markasını bilmədiyi avtomobil hərəkət etmişdir. O, qarşısında olan həmin avtomobili ötüb keçmək istəmiş və yolun əks istiqamətinə çıxmışdır. Bu zaman qarşıdan “Vaz21015” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil gəlmişdir. O, həmin vaxt avtomobili 90 km/saat sürətlə idarə etmiş, onun hərəkəti üçün təhlükə onunla “Vaz21015” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin arasında təxminən 15- 20 metr məsafədən yaranmışdır. O, idarə etdiyi avtomobilin qarşıdan gələn “Vaz21015” markal avtomobillə toqquşacağını düşündüyü üçün avtomobilinin sükanını qarşıdan gələn avtomobilin yolunda sola çəkmiş və onunla toqquşmamaq üçün yolun ehtiyat hissəsinə çıxmışdır. Onun məqsədi onunla toqquşmamaq və avtomobili yolun kənarında olan qamışlığa salmaq olmuşdur. Lakin hadisənin qarşısını ala bilməmiş və həmin avtomobillə qarşı-qarşıya toqquşmuşdur. Hadisə zamanı idarə etdiyi avtomobil qarşıdan gələn avtomobillə qarşı-qarşıya toqquşmuş və yolun kənarında qoyulmuş bardurlara avtomobili dəyərək dayanmışdır. Bu zaman hadisə yerinə gələn vətəndaşlardan birinin avtomobilinə əyləşib Beyləqan RMX-ya getmişdir. O, hadisə zamanı sərxoş olmamış, avtomobili təxminən 90 km/saat sürətlə idarə etmişdir. Hadisə zamanı sərxoş vəziyyətdə olmamışdır. Həmçinin baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hər iki avtomobilə maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs dəymiş ziyanı tam ödəmişdir. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, onun etibarnamə əsasında özünə məxsus “Vaz21015” markalı, **- BK-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. O, həmin avtomobili BC kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə edir. X5 əvvəllər tanımamışdır, onunla aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. 12 mart 2025-ci il tarixdə, saat 17 radələrində o, yaşadığı Füzuli şəhərindən Beyləqan rayonu istiqamətinə yola çıxmışdır. Yanında ondan başqa sərnişin qismində X13, X3, X17 da olmuşdur. X3 ön sərnişin oturacağında, X13 və X17 isə arxa sərnişin oturacağında əyləşmişdir. O, Beyləqan rayonu, X14 kanalı avtomobil yolunun 11-ci kilometerliyinə çatan zaman idarə etdiyi “Vaz21015” markalı, **- BK-*** dövlət qeydiyyat nişanlı avtomobili-90 km saat sürətlə idarə etmişdir. Hərəkət zamanı qarşıdan gələn “Mercedes Benz 190 minik” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşısında olan ağ rəngli nömrəsini və markasını xatırlamadığı avtomobili ötüb keçmək istəyərkən onunla üzbəüz gəlmiş və bu zaman o, avtomobilin sükanını sağa çəkmiş və özünü yolun avtomobili yolun kənarına çəkməyə çalışmışdır. Lakin qarşıdan gələn avtomobil onun idarə etdiyi avtomobillə qarşı-qarşıya toqquşmuşdur. Onun məqsədi toqquşmamaq olduğu üçün avtomobili yolun kənarına çəkmək olmuşdur. Lakin o, yolun kənarına doğru sükanı çəksə də hadisənin qarşısını ala bilməmişdir. Hadisə zamanı idarə etdiyi avtomobil qarşıdan gələn avtomobillə qarşı-qarşıya toqquşmuşdur. O, həmin vaxt huşunu itirmiş və Beyləqan RMX-nın xəstəxanasında ayılmışdır. O, hadisə zamanı sərxoş olmamış, avtomobili təxminən 90 km/saat sürətlə idarə etmişdir. Onun hərəkəti üçün təhlükə onunla toqquşma yeri arasında təxminən 15-20 metr məsafədən yaranmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı digər avtomobilin sürücüsü və o, yüngül dərəcəli bədən xəsarətləri almışlar və rayon mərkəzi xəstəxanasında ilkin tibbi yardım almışlar. Yol-nəqliyyat hadisəsi zamanı onun avtomobilə maddi ziyan dəymişdir. Dəymiş ziyanı Şəxs tam ödəmişdir.Ona görə də, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə Beyləqan rayon Polis Şöbəsinə rəsmi qaydada məlumat verilsə də tərəf məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə də məhkəmə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Buna görə də məhkəmə işə Beyləqan Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədə müvafiq hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 327.8-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati xəta haqqında işə əlavə edilmiş, Beyləqan rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis leytenantı X12 icraatında olan HK-1/372 nömrəli material üzrə 27 may 2025-ci il tarixdə cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi olduğundan qərarın surəti müvafiq tədbir görülməsi üçün Beyləqan PŞ-in DYPB-nə göndərilmişdir. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 13 may 2025-ci il tarixli 8/888 saylı rəyinə əsasən istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən Mercedes Benz 190 markalı **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.Sürücü Şəxs maksimum hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 70 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 90 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24”Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ 21150 markalı, 19-BK- 404 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs avtomobili 70 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 90 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırlması” qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə-tibbi ekspertizasının 19 mart 2025-ci il tarixli 138/25 saylı rəyə əsasən 1995- ci il təvəllüdlü Zərərçəkmiş şəxs sol gözaltı nahiyəsində əzilmiş yara, sol diz oynağı, boyun və döş qəfəsi nahiyələrində isə sıyrıqlar olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə yəni, xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat qəzası zamanı avtomaşın salonunun qabarıq interyerlərinə dəyməsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəmə-tibbi ekspertizasının 19 mart 2025-ci il tarixli 139/25 saylı rəyə əsasən 2003- cü il təvəllüdlü Şəxs burun nahiyəsində yumuşaq toxumaların əzilməsi, sifətində əzilmiş yara, sağ bazu nahiyəsində sıyrıq olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə yəni, xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat qəzası zamanı avtomaşın salonunun qabarıq interyerlərinə dəyməsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İnsan psixikasına təsir edən istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi müayinə protokoluna əsasən Zərərçəkmiş şəxs hadisə zamanı ayıq olmuşdur. İnsan psixikasına təsir edən istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi müayinə protokoluna əsasən Şəxs hadisə zamanı ayıq olmuşdur. Azərbaycan Respublikasının İXM-in 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə -üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən Şəxs inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən səxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilən cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №3(020)-298/2025
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-298/2025
19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver