Məhkəmə qərarları › İş №3(020)-299/2025

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-299/2025

05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-299/2025 05.06.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X3, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1995-ci il tarixdə Beyləqan rayonu, Kəbirli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Beyləqan rayonu, Kəbirli kəndində qeydiyyatda olan Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1795/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədinə əsasən Şəxs 28 may 2018-ci ildə anadan olan Tunarənin yetkinlik yaşına çatanadək saxlanılması üçün X1 xeyirinə qət olunmuş hər ay 170 manat sabit pul məbləğində alimenti tam ödəməmişdir. Şəxs icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(020)-707/2024 saylı qərarı ilə 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilməsinə baxmayaraq həmin qərar qanuni qüvvəyə mindiyi gündən bir il müddətinə həmin icra sənədini üzürsüz səbəbdən icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1795/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 28 may 2018-ci ildə anadan olan Tunarənin yetkinlik yaşına çatanadək saxlanılması üçün X2 hər ay 170 manat sabit pul məbləğində aliment alınıb verilməsi qət edilmişdir. İcra sənədi icraatına daxil olmuş, xx.xx.2023-cü il tarixdə icraata başalamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrası haqqında xəbərdarlıq və bildiriş göndərilmişdir. Borclu Şəxs icra sənədi üzrə alimenti ödəmiş,sonradan alimenti ödəmədiyinə görə barəsində əvvəllər icra sənədi üzrə alimenti ödəmiş, lakin sonradan icra sənədi üzrə aliementi ödəmədiyindən barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə verilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 3(020)-707/2024 saylı qərarı ilə 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmiş, həbsdən çıxdıqdan sonra icra sənədi üzrə aliment borcundan ödəniş etsədə sonradən yenə də icra sənədi üzrə alimenti ödəməmiş, icra məmurunun çağırışlarına gəlməmişdir. Ona görə də Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılmış şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1795/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ondan 28 may 2018-ci ildə anadan olan Tunarənin yetkinlik yaşına çatanadək saxlanılması üçün X2 hər ay 170 manat sabit pul məbləğində aliment alınıb verilməsi qət edilmişdir. O, icra sənədi üzrə alimenti əvvəllər hər ay ödəmiş, lakin sonradan işləmədiyinə görə maddi imkanı olmamış və icra sənədi üzrə alimenti ödəyə bilməmişdir. İcra sənədi üzrə alimenti ödəyə bilmədiyinə görə 2024-cü ildə 8 gün müddətinə inzibati qaydada həbs edilmiş, həbsdən çıxdıqdan sonra yaranmış aliment borcunun bir qismini ödəmiş, lakin alimenti vaxtında ödəyə bilmədiyindən 590 manat aliment borcu yaranmışdır. Bir aydan artıqdır ki, uşağı ilə görüşməsi üçün uşağın anası tərəfindən şərait yaradılmadığından alimenti ödəmir. Uşaqla görüşməsə alimenti ödəməyəckdir. Borcunu on gün müddətinə ödəyəcəkdir. Bu şərtlə ki, tələbkar uşağı onunla görüşdürsün. Göstərilənləri nəzərə alıb barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən tələbkar X4 bildirdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1795/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 28 may 2018-ci ildə anadan olan Tunarənin yetkinlik yaşına çatanadək saxlanılması üçün ona hər ay 170 manat sabit pul məbləğində aliment alınıb verilməsi qət edilmişdir. Şəxs icra sənədi üzrəı alimenti heç vaxt vaxtında ödəməmiş, hər dəfə aliment ödəyən zaman icra sənədində göstərilən alimentdən az ödənişlər etmişdir. Sonuncu dəfə 2024-cü il tarixdə icra sənədi üzrə ona olan aliment borcunu ödəmədiyindən məhkəmənin qərarı ilə həbs edilmiş, həbsdən çıxdıqdan sonra aliment borcunu ödəmişdir.Hazırda 3 aydan artıq müddətdir ki, Şəxs icra sənədi üzrə ona heç bir ödəniş etmir və icra sənədi üzrə 590 manat aliment borcu yaranmışdır. O, uşaqla görüş üçün lazımı şərait yaratmışdır. Aliment borcunun tam olaraq ödənilməsini tələb edir. Əks təqdirdə Şəxs ciddi cəza verilməsini tələb edir. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-1795/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Şəxs 28 may 2018-ci ildə anadan olan Tunarənin yetkinlik yaşına çatanadək saxlanılması üçün X2 hər ay 170 manat sabit pul məbləğində aliment alınıb verilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1795/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi əsasında icraata başlanılmış və icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. İşdə olan bildirişdən görünür ki, aliment borcunun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq borclu Şəxs icra sənədi üzrə aliment borcunu ödəməmişdir. İşdə olan Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(020)-707/2024 saylı qərarından görünür ki, Şəxs icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməməsi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(020)-707/2024 saylı qərarı ilə 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilməsinə baxmayaraq həmin qərar qanuni qüvvəyə mindiyi gündən bir il müddətinə həmin icra sənədini üzürsüz səbəbdən icra etməməsi, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kifayət qədər sübuta yetirilmişdir. Ona görə də, Şəxs İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətinixarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini və hazırda da borcunu tam olaraq ödəməməsi, tələbkarın borcun tam olaraq ödənilməsində israrlı olmasını, habelə onun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati həbs növündə cəza verilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 və 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş xəta əməlini törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 16:33-dən hesablansın. Qərardadan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar