Məhkəmə qərarları › İş №3(020)-300/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-300/2024

06.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-300/2024 06.04.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ali təhsilli, evli, işsiz, Beyləqan şəhəri, 20 yanvar küçəsi ev 1-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1546/2022 saylı, 12 dekabr 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 3146 manat pul və 50.05 manat dövlət rüsumu tutularaq “Mətanət A” şirkətinin xeyirinə verilməlidir. Bundan başqa Şirvan Kommersiya məhkəməsinin 2-2(021)-1382/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 15341 manat pul tutularaq "xxxx" MMC-nin xeyirinə verilməlidir. İş üzrə icra sənədləri Beyləqan rayon İcra şöbəsinin icraatına daxil olmuş və «icraata başlamaq haqqında» qərar qəbul edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs bildiriş göndərilmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq borclu Şəxs ona verilmiş müddət ərzində icra sənədləri üzrə tələbləri təmin etməmişdir. Ona görə də, icra məmuru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1546/2022 saylı, 12 dekabr 2022-ci il tarixli icra sənədinə əsasən ondan 3146 manat pul və 50.05 manat dövlət rüsumu tutularaq “Mətanət A” şirkətinin xeyirinə verilməlidir. Bundan başqa Şirvan Kommersiya məhkəməsinin 2-2(021)- 1382/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ondan 15341 manat pul tutularaq "xxxx" MMC-nin xeyirinə verilməlidir. Maddi imkanı olmadığından icra sənədi üzrə borclarını tam ödəyə bilməmişdir. Birinci icra sənədi üzrə “Mətanət A” şirkətinə müxtəlif vaxtlarda olmaqla 2000 manat ödəmiş, icra sənədi üzrə 1100 manat borcu qalmışdır. Digər icra sənədi üzrə borcundan isə maddi imkanı olduqca hissə-hissə ödənişlər edir. Hazırda “Mətanət A” şirkətinə olan 1100 manat borcunu tam olaraq ödəyir. Digər icra sənədi üzrə borcunu isə hissə-hissə ödəyəckdir. Rəsmi olaraq heç bir yerdə işləmir, himayəsində azyaşlı uşaqları vardır. Birinci icra sənədi üzrə borcunu tam olaraq ödəməsini nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1546/2022 saylı, 12 dekabr 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 3146 manat pul və 50.05 manat dövlət rüsumu tutularaq “Mətanət A” şirkətinin xeyirinə verilməlidir. Bundan başqa Şirvan Kommersiya məhkəməsinin 2-2(021)-1382/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 15341 manat pul tutularaq "xxxx" MMC-nin xeyirinə verilməlidir. Şəxs birinci icra sənədi üzrə borcundan müxtəlif vaxtlarda olmaqla “Mətanət A” şirkətinə 2000 manat ödəmiş, lakin sonradan barəsində qanuni icra tədbirləri görülməsinə baxmayaraq icra sənədləri üzrə borclarından heç bir ödəniş etməmişdir. Nəticədə hər iki icra sənədi ödənilməmiş qalmışdır. Şəxs icra sənədi üzrə borclarını ödəmək üçün bir neçə dəfə bildiriş göndərsə də icra sənədi üzrə borcunu ödəməmiş, onun çağırışlarına gəlməmişdir. Şəxs məxsus mobil nömrəyə zəng etdikdən sonra icra şöbəsinə gəlmiş və icra sənədi üzrə borcunu ödəmək üçün maddi imkanının olmadığını, icra sənədi üzrə borclarını ödəmək üçün vaxt verilməsini xahiş etmişdir. Ona görə də Şəxs barəsində inzibati protokol tərtib edərək məhkəməyə vermişdir. Şəxs məhkəməyə gətrildikdən sonra birinci icra sənədi üzrə “Mətanət A” şirkətinə olan 1100 manat borcunu tam olaraq şirkətin hesabına ödəmişdir. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-1546/2022 saylı, 12 dekabr 2022-ci il tarixli icra sənədindən görünür ki, Şəxs 3146 manat pul və 50.05 manat dövlət rüsumu tutularaq “Mətanət A” şirkətinin xeyirinə verilməlidir. İşdə olan Şirvan Kommersiya məhkəməsinin 2-2(021)-1382/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Şəxs 15341 manat pul tutularaq "xxxx" MMC-nin xeyirinə verilməlidir. İş materialına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, icra sənədi üzrə borclu Şəxs icra sənədi üzrə borclu olduğu 1100 (bir min bir yüz) manat pulu “Mətanət A” şirkətinin hesabına tam olaraq ödəmişdir. Məhkəmə iş materiallarını araşdırıb, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru Azər Quliyevin izahatlarını dinləyib, hesab edir ki, borclu Şəxs icra sənədləri üzrə borcunu maddi imkanı olmadığından ödəməmiş, hazırda isə birinci icra sənədi üzrə “Mətanət A” şirkətinə olan 1100 manat borcunu tam olaraq şirkətin hesabına ödəmiş, digər icra sənədi üzrə borcunu isə hissəhissə ödəyəcəyi barədə söz vermişdir. Onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanın tərkibi yoxdur. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmədə müəyyən edildi ki, icra sənədi üzrə borcu Şəxs birinci icra sənədi üzrə “Mətanət A” şirkətinə olan 1100 manat borcunu tam olaraq şirkətin hesabına ödəmiş, digər icra sənədi üzrə borcunu isə hissə-hissə ödəyəcəyi barədə söz vermişdir. Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməkdən boyun qaçırması məhkəmə iclasında sübuta yetməmişdir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində həmin inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Hesab edirəmki yuxarıda göstərilən hallara əsasən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 112, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət vəya protest verilə bilər. Hakim Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar