Məhkəmə qərarları › İş №3(020)-300/2025

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-300/2025

10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-300/2025 10.06.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Oqtay oğlunun iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Beyləqan rayonu, 1-ci Şahsevən kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işsiz, Beyləqan rayonu, 1-ci Şahsevən kəndində qeydiyyatda olan, Şəxs Oqtay oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs Oqtay oğlunun İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Beyləqan rayon İcra və probasiya şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən Beyləqan rayon İcra və probasiya şöbəsinin X2 izahat verərək bildirmişdir ki, Beyləqan Rayon Məhkəməsinin e-2(020)-65/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs Oqtay oğlundan borca görə 2000 manat və ödənilmiş 31 manat dövlət rüsumu alınıb X3 verilməlidir. İcra sənədi icraatına daxil olmuş, xx.xx.2024-cü il tarixli icraata başalamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildiriş borclu Şəxs Oqtay oğluna göndərilmişdir. İcra sənədi üzrə borcunu ödəmədiyindən və icra məmurunun qanuni tələblərinə yerinə yetirmədiyindən Şəxs Oqtay oğlu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(020)-753/2024 nömrəli qərarı ilə Şəxs Oqtay oğlu 8 gün müddətinə inzibati həbs edilmişdir. Şəxs Oqtay oğlu 2031 manat borcundan heç bir ödəniş etməmişdir.Həbsdən çıxdıqdan sonra yenidən qanuni icra tədbirləri görülməsinə baxmayaraq borcunu ödəməmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(020)-753/2024 qərarı qüvvəyə mindiyi gündən bir il ərzində Şəxs Oqtay oğlu eyni icra sənədinə münasibətdə İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təkrar törətdiyinə görə sonuncu barəsində İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs Oqtay oğlunun inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oqtay oğlu izahat verərək bildirmişdir ki, İXM-nin 528.1-1-ci maddəsi ilə özünü təqsirli bilir, belə ki, Beyləqan Rayon Məhkəməsinin e-2(020)-65/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən ondan borca görə 2000 manat və ödənilmiş 31 manat dövlət rüsumu alınıb X3 verilməlidir. O, xəstə olduğu üçün borcunu ödəyə bilməmişdir. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Beyləqan Rayon Məhkəməsinin e-2(020)-65/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs Oqtay oğlundan borca görə 2000 manat və ödənilmiş 31 manat dövlət rüsumu alınıb X3 verilməlidir. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Şəxs Oqtay oğlu barəsində Beyləqan Rayon Məhkəməsinin e-2(020)-65/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Quliyev X4 Rayon Məhkəməsinin e- 2(020)-65/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə müəyyən edilmiş aliment borcunu ödəmədiyindən və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən Şəxs Oqtay oğlunun barəsində axtarış elan edilmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(020)-753/2024 nömrəli qərarından görünür ki, Şəxs Oqtay oğlu İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Xəbərdalıqlardan görünür ki, Şəxs Oqtay oğluna Beyləqan Rayon Məhkəməsinin e- 2(020)-65/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icra edilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs Oqtay oğlu barəsində İXM-in 528.1- 1-ci maddəsi ilə olan inzibati protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs Oqtay oğlu icra sənədini üzrə tələbləri üzrsüz səbəbdən icra etmədiyinə görə Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(020)-753/2024 qərarına əsasən İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib, 8 (səkkiz) gün müddətinə inzibati həbs edilmiş, həmin qərarın qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədlərinə münasibətdə İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təkrar törətmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs Oqtay oğlunun əməlində məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmədə, Şəxs Oqtay oğlunun əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İXM-in 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs Oqtay oğlunun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq hesab edir ki, Şəxs Oqtay oğlu İXMin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona inzibati həbs növündə inzibati tənbehin təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Oqtay oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli xx.xx.2025-ci il saat 17:00-dan hesablansın. Qərardan onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar