Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-301/2024 06.04.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon vəkil bürosunun vəkili X2, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Laçın rayonu Xırmanlar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, Meşəçilik idarəsində meşə göətçisi işləyən, Laçın rayonu Xırmanlar kəndində qeydiyyatda olan, Beyləqan rayonu 1-ci Aşıqlı kəndi ərazisində yerləşən meşə massivində yaşayan Şəxs barəsində Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində YQK-Daşburun yolunda xidmətdə olan Beyləqan rayon PŞ-nin DYPB-nin əmakdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bildi və izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində YQK- Daşburun yolu ilə Beyləqan şəhəri istiqamətində idarə etdiyi “Vaz 21214” markalı, **-EE- *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisədən bir neçə dəqiqə sonra hadisə baş verən yerə Beyləqan rayon PŞ-nin DYPB-nin YPX əməkdaşları gəlmişdir. YPX-nin əməkdaşları onu rayon polis şöbəsinə dəvət etmişdir. Həmin vaxt əsəbi vəziyyətdə olduğuna görə polis əməkdaşları ilə aralarında sözlü mübahisə yaranmışdır. Bundan sonra polis əməkdaşları onu xidməti avtomobilə dəvət etmiş, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getməkdən imtina etmişdir. Ona görə polis əməkdaşları onu məcburi xidməti avtomobilə mindirərək rayon PŞ-nin inzibati binasına gətirərək təhvil vermişlər. Hadisədən əvvəl spirtli içki qəbul etmişdir. Hadisə baş verən zaman az dərəcədə sərxoş olmuşdur. Hərəkətlərindən peşimandır. Göstərilənlərin nəzərə alınmasını və barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən Beyləqan rayon PŞ-nin DYPB-nin YPX inspektoru polis serjantı X6 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 18:40 radələrində YQK-Daşburun yolunda YPX-nin inspektoru polis baş serjantı Sənan Atayevlə xidmətdə olarkən yol-nəqliyyat hadisəsinin olması barədə onlara məlumat verildiyindən həmin yerə yaxınlaşan zaman hadisə etmiş nəqliyyat vasitələrindən biri olan “Vaz 21214” markalı, **- EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar həmin şəxsi dəfələrlə nizam-intizama dəvət etməklərinə baxmayaraq həmin şəxs onlara məhəl qoymadan öz hərəkətlərinə davam etmişdir. Ona görə də onlar həmin şəxsi xidməti avtomobilə mindirərək Beyləqan rayon PŞ-nə aparaq NH-yə təhvil vermişlər. Rayon PŞ-də həmin şəxsin Laçın rayon sakini Şəxs olduğu onlara məlum olmuşdur. Məhkəmə iclasında izahat verən Beyləqan rayon PŞ-nin DYPB-nin YPX inspektoru polis baş serjantı X1 rayon PŞ-nin DYPB-nin YPX inspektoru polis serjantı X6 ilə eyni məzmunda izahat verərək O.Hüseynlinin izahatında göstərdiyi xüsusatların doğruluğunu təsdiq etdi. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki Şəxs xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində YQK-Daşburun yolunda xidmətdə olan Beyləqan rayon PŞ-nin DYPBnin əmakdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Onun bu hərəkətləri özünün qismən etirafı, şahidlərin izahatı ilə yanaşı, iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Hesab edirəm ki, Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibi vardır. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbirləri görülməlidir. Şəxs hərəkətlərindən peşmançılıq çəkməsi, əməlini qismən etiraf etməsi onun məsuliyyətini yüngülləşdirən hal hesab olunur. Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsində deyilir ki, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılıq hissi keçiməyi məsuliyyəti yüngülləşdirən hal hesab edilir Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xəta əməli törətmiş şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanin xarakterini, onun təqsirinin dərəcəsini, hərəkətindən səmimi peşimançılıq hissi keçirməsini nəzərə alıb ona Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan cərimə növündə inzibati cəza təyin edilməsini qanuna və məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə göstərdiyi hüquqi yardıma görə 1 (saat) saat üçün 6 (altı) manat Beyləqan rayon vəkil bürosunun vəkili X3 ödənilsin. Qərarın surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X5 və Tədris Mərkəzinə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-301/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-301/2024
06.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver