Məhkəmə qərarları › İş №3(020)-302/2023

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-302/2023

16.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-302/2023 16.03.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1993-cü ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, ailəli, işsiz, orta təhsilli, Beyləqan rayonu, Şitilçilik qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Şəxs 01 mart 2023-cü il tarixdə, saat 21:40 radələrində Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ərazisində alkoqol sərxoşluğu vəziyətində idarə etdiyi “Mersedes-Benz” markalı, **-SF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olan zaman yolun hərəkət istiqamətinin sağ hissəsində dayanan Beyləqan rayon PŞ-nin NH-nə məxsus avtomobilini arxadan vurmuşdur. Yolnəqliyyat hadisəsi zamanı Beyləqan RPŞ-nin NH-nin **-PT-*** d/q nişanlı, “CHEVROLET-NİVA” markalı xidməti avtomobilinə zərər dəymişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclas zalında özünü təqsirli bildir və izahat verərək göstərdi ki, 28 fevral 2023-cü il tarixdə, saat 21:40 radələrində idarə etdiyi “Mersedes-Benz” markalı, **-SF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olan zaman sərxoş vəziyyətdə olduğundan özündə olmamış və yolun hərəkət istiqamətinin sağ hissəsində dayanan Beyləqan rayon PŞ-nin NH-nə məxsus avtomobili arxadan vurmuşdur. Hadisə natəcisəsində xəsarət alan olmamışdır. Hadisədən əvvəl dörd bakal pivə içmişdir. Barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş Beyləqan rayon PŞ-nin YNH-i üzrə inspektoru polis kapitanı X1 tərtib etdiyi inzibati protokolu müdafiə edərək göstərdi ki, Şəxs 01 mart 2023-cü il tarixdə, saat 21:40 radələrində Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ərazisində alkoqol sərxoşluğu vəziyətində idarə etdiyi “Mersedes-Benz” markalı, **-SF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olan zaman yolun hərəkət istiqamətinin sağ hissəsində dayanan Beyləqan rayon PŞ-nin NH-nə məxsus avtomobilini arxadan vurmuşdur. Hadisə zamanı xəsarət alan olmasa da Beyləqan rayon Polis şöbəsinin xidməti istifadəsində olan **-PT-*** d/q nişanlı, “CHEVROLET-NİVA” markalı avtomobilə maddi zərər dəymişdir. Şəxs hadisə zamanı sərxoş vəziyyətdə olmuşdur. İşdə olan “Sərxan” avtomotoservis və ticarəti firmasının 28 fevral 2023-cü il tarixli, 022 nömrəli yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinə dəymiş maddi zərərin müəyyən edilməsi üçün tərtib olunmuş Ziyan aktından görünür ki, yol nəqliyyat hadisəsi zamanı Beyləqan rayon polis şöbəsinin müraciətinə əsasən Beyləqan rayon Polis şöbəsinin xidməti istifadəsində olan **-PT-*** d/q nişanlı, “CHEVROLET-NİVA” markalı avomobilə dəymiş zərərin ümumi məbləği 4406.00 (dörd min dörd yüz altı) manat olaraq qiymətləndirilmişdir. İşə əlavə olunmuş Beyləqan rayon Mərkəzi xəstəxanasının xx.xx.2023-cü il tarixli, 219 saylı İnsan psixikasına təsir edən maddələrin İstehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi protokoldan məlum olur ki, Şəxs avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Şəxs 01 mart 2023-cü il tarixdə, saat 21:40 radələrində Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ərazisində alkoqol sərxoşluğu vəziyətində idarə etdiyi “Mersedes-Benz” markalı, **-SF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olan zaman yolun hərəkət istiqamətinin sağ hissəsində dayanan Beyləqan rayon PŞ-nin NH-nə məxsus avtomobilini arxadan vurması,bunun nəticəsində Beyləqan rayon Polis şöbəsinin xidməti istifadəsində olan **-PT-*** d/q nişanlı, “CHEVROLET-NİVA” markalı avtomobilə zərər yetirməsi onun özünün izahatı ilə yanaşı, iş materialları ilə kifayət qədər sübuta yetrilmişdir. Hesab edirəm ki, Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsinin tərkibi vardır. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, onun təqsirinin dərəcəsini, nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbeh tətbiq edilməsini qanuna və məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Seyfəli Seyfullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar