Məhkəmə qərarları › İş №3(020)-305/2025

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-305/2025

12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-305/2025 12.06.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Beyləqan rayon Polis şöbəsinin polis sahə rəisi, polis kapitanı X3, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Beyləqan rayonun 1-ci Şahsevən kəndi doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Beyləqan rayonu, 1-ci Şahsevən kəndində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 206-cı maddələri ilə Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-nin 206 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Beyləqan rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material daxil olmuşdur. Həmin protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Beyləqan rayonu, İ Şahsevən kəndində səs-küy salaraq polisin qanuni tələbinə əməl etməmiş və müayinə zamanı narkotik vasitə istifadə etməsi müəyyən olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Beyləqan rayon Polis şöbəsinin polis sahə rəisi, polis kapitanı X7 izahat verərək bildirmişdir ki, Beyləqan rayon Polis Şöbəsinin, Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru X5 icraatında olan Beyləqan rayon Polis şöbəsinin, NMQ-nun baş əməliyyat müvəkkili polis baş leytenantı X2 raportu əsasında toplanmış HK-1,670 saylı materiala əsasən Beyləqan rayonu, 1-ci Şahsevən kənd sakini xx.xx.1983-cü il təvəlüdlü Şəxs, narkotik vasitə və psixotrop maddələrdən istifadə etməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması ilə bağlı xx.xx.2025-ci il tarixdə Beyləqan rayon Polis şöbəsinin NMQ-nun əməliyyat müvəkkili polis kapitanı X4 və Beyləqan rayon Polis şöbəsinin CABnin əməliyyat müvəkkili polis baş leytenantı X8 ilə Beyləqan rayon 1-ci Şahsevən kəndinə getmişlər. Həmin kənd sakini Şəxs Nurəl oğlunu yaşadığı küçədə görərək ona yaxınlaşaraq özlərini təqdim edərək onu Beyləqan rayon Polis şöbəsinə dəvət etmişlər, Şəxs onları gördükdən sonra qeyri adekvat hərəkətlər edərək, onların qanuni tələbinə tabe olmadan, həmin yerdən qaçaraq kənarlaşmağa cəhd etmişdir. Bu səbəbdəndə onlar Şəxs qolundan tutaraq avtomobilə əyləşdirərək Beyləqan rayon Polis şöbəsinə gətirən zaman sonuncu avtomobildə də intizamsız hərəkətləri davam etdirmişdir. Lakin onlar Şəxs Beyləqan rayon Polis şöbəsinin Nöbətçi Hissəsinə gətirərək təhvil verərək barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Beyləqan rayon Polis şöbəsində Beyləqan rayon Mərkəzi Xəstəxanasının həkimi narkaloq Fazil Azadov, Şəxs narkoloji test edilən zaman onun narkotik vasitələrdən istifadə etməsi müəyyən edilmişdir. 30 aprel 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla Şəxs əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələbinə uyğun olaraq cinayət işinin başlanması rədd edilmiş və onun əməlində Azərbaycan Respublikası İXM-nin 206 və 535-ci maddəsinin tərtib əlamətləri olduğundan onun barəsində inzibati xətaya dair iş üzrə icraat başlanılması məqsədi ilə qəbul edilmiş qərarın surətinin Beyləqan rayon Polis şöbəsinin X1 göndərilmişdir. Bundan sonra Şəxs barəsində İXM-in 206 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilənlər nəzərə alınaraq, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla qismən razıdır. Belə ki, Beyləqan rayon 1-ci Şahsevən kəndində daimi qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Narkotik vasitə olan marixuana və psixotrop maddə olan şüşə kimi tanıdığı metonfetamin adlı narkotik vasitələrdən istifadə etmişdir. xx.xx.2025-ci il tarixdə, yaşadığı evdə olan zaman polis əməkdaşları onu küçədən çağırmış və o, həmin çağrışa görə küçəyə çıxmışdır. Polis əməkdaşları ona narkotik vasitə istifadə edib-etməməsini soruşaraq onu Beyləqan rayon Polis şöbəsinə dəvət etmişdirlər. Lakin o, narkotik maddə istifadə etdiyindən Beyləqan rayon Polis şöbəsinə gəlməkdən imtina etsədə polis əməkdaşları ona Beyləqan rayon Polis şöbəsinə gedilərək narkaloji test olunmasını izah etdikdən sonra o, polis əməkdaşları ilə Beyləqan rayon Polis şöbəsinə gəlmişdir. Bununla bağlı heç kimdən şikayəti və tələbi yoxdur. Əvvələrdə narkotik vasitə və psixatrop madə istifadə etmişdir. Hərəkətlərindən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcək. Barəsində cərimə ilə bağlı olan inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Beyləqan rayonu Polis şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkili polis baş leytenantı X6 ifadə verərək bildirmişdir ki, Beyləqan rayonu, 1-ci Şahsevən kənd sakini, xx.xx.1983-cü il təvəliidlü Şəxs, narkotik vasitə və psixotrop maddələrdən istifadə etməsi ilə bağlı ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması ilə bağlı xx.xx.2025-ci il tarixdə Beyləqan rayon Polis şöbəsinin NMQ-nun əməliyyat müvəkkili polis kapitanı X4 və Beyləqan rayon Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı X8 ilə Beyləqan rayon 1-ci Şahsevən kəndinə getmişlər. Həmin kənd sakini Şəxs Nurəl oğlunu yaşadığı küçədə görərək ona yaxınlaşaraq özlərini təqdim edərək onu Beyləqan rayon Polis şöbəsinə dəvət etmişlər, Şəxs onları gördükdən sonra qeyri adekvat hərəkətlər edərək, onların qanuni tələbinə tabe olmadan, həmin yerdən qaçaraq kənarlaşmağa cəht etmişdir. Bu səbəbdəndə onlar Şəxs qolundan tutaraq avtomobilə əyləşdirərək Beyləqan rayon Polis şöbəsinə gətirən zaman sonuncu avtomobildədə intizamsız hərəkətləri davam etdirmişdir. Lakin onlar Şəxs Beyləqan rayon Polis şöbəsinin Nöbətçi Hissəsinə gətirərək təhvil verərək barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Beyləqan rayon Polis şöbəsində Beyləqan rayon Mərkəzi Xəstəxanasının həkimi narkaloq Fazil Azadov tərəfindən Şəxs narkoloji test edilən zaman onun narkotik vasitələrdən istifadə etməsi müəyyən edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyərək, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs əməlində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində həmin maddə ilə başlanılmış, inzibati xəta haqqında icraata xitam verilməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan əməli törətməsində təqsirliliyi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirildiyindən və onun əməli düzgün olaraq İXM-in 206-cı maddəsi ilə tövsif edildiyindən, o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Beyləqan rayon Mərkəzi Xəstəxanasının həkim "narkoloqu" X12 rayon 1-ci Şahsevən kənd sakini Şəxs adınaa verdiyi xx.xx.2025-ci il tarixli 504 saylı narkotik və psixotrop maddələrin müayinə protokoluna əsasən Şəxs sidik testindən THC(+) və MET(+) müsbət aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloj Mərkəzinin(Gəncə şəhəri üzrə) xx.xx.2025-ci il tarixli 692 nömrəli ambulator-məcburi narkoloji-tibbi yoxlama rəyindən görünür ki, Şəxs narkotik vasitədən istifadə edir. Narkotik vasitə olan kannobinoiddən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 20:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloj Mərkəzinin(Gəncə şəhəri üzrə) xx.xx.2025-ci il tarixli 692 nömrəli ambulator-məcburi narkoloji-tibbi yoxlama rəyindən görünür ki, Şəxs narkotik vasitədən istifadə edir. Narkotik vasitə olan kannobinoiddən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Beyləqan rayon X10 Bölməsinin baş təhqiqatçısı X5 30 aprel 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələbinə uyğun olaraq cinayət işinin başlanmasının rədd edilməsi və onun əməlində Azərbaycan Respublikası İXM-nin 206 və 535-ci maddəsinin tərtib əlamətləri olduğundan onun barəsində inzibati xətaya dair iş üzrə icraat başlanılması məqsədi ilə qəbul edilmiş qərarın surətinin Beyləqan rayon Polis şöbəsinin X1 göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Lakin, nə iş materiallarında, nə də məhkəmə iclasında Şəxs əməlində İXM-in 535.1ci maddəsində nəzərdə tutulan inzibati xətanın olması müəyyən edilməmişdir. Halbuki polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyətə səbəb olur. Bu səbəbdən, Şəxs əməlində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur. İXM-in 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə həmçinin hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; İXM-in 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 32.1.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs əməlində İXM-in 33-cü maddəsində sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə onun məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında 29 aprel 2025-ci il tarixli, 692 nömrəli rəyini nəzərə alaraq Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsini və onun ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Belə ki, İXM-in: 37.2-ci maddəsinə əsasən məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir; 37.3-ci maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2025-ci il tarixdən saat 20:00-dan hesablansın. Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi olmadığından həmin maddə ilə iş üzrə icraata xitam verilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydə alınsın. Şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Qərardan onun surəti tərəflərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar