Məhkəmə qərarları › İş №3(020)-31/2025

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-31/2025

17.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-31/2025 17.01.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraa aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1985-ci ildə Beyləqan rayonu, Bahar qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, subay,bir uşaq atası, orta təhsilli, deməsinə görə məhkum olunmamış, işsiz, Beyləqan rayonu, Bahar qəsəbəsində qeydiyyatda olan, Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Beyləqan Rayon Məhkəməsinin 16(020)-29/2024 saylı, xx.xx.2024cü il tarixli icra sənədinə əsasən Şəxs hər ay bir uşağın saxlanılması üçün cəmi 180 manat sabit pul məbləğində aliment tutularaq X3 verilməlidir. Beyləqan Rayon Məhkəməsinin 2(020)-939/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs bir uşağın saxlanması üçün 200 manat sabit pul məbləğində aliment tutularaq X3 qızına verilməsi qət edilmişdir. Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan Rayon Məhkəməsinin 16(020)-29/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs hər ay bir uşağın saxlanılması üçün cəmi 180 manat sabit pul məbləğində aliment tutularaq X3 verilməlidir. Beyləqan Rayon Məhkəməsinin 2(020)- 939/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs bir uşağın saxlanması üçün 200 manat sabit pul məbləğində aliment tutularaq X3 qızına verilməsi qət edilmişdir. Borclu Şəxs icra sənədi üzrə 545 manat aliment ödəmiş, lakin sonradan heç bir ödəniş etməmiş, nəticədə icra sənədi üzrə 1055 manat aliment borcu yaranmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Lakin Şəxs icra sənədi üzrə yaranmış aliment borcunu bu günədək ödəməmiş və çağırışlara gəlməmişdir. Ona görə də Şəxs barəsində axtarış qərarı qəbul edilmişdir. Axtarışla icra şöbəsinə gətirilən Şəxs şöbədə verdiyi izahatında icra sənədi üzrə alimenti ödəmək üçün maddi imkanının olmadığını, ona vaxt verilərsə icra sənədi üzrə alimen borcunu alimentlə birlikdə hissə-hissə ödəyəcəkdir. Ona görə də Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Beyləqan Rayon Məhkəməsinin 16(020)-29/2024 saylı, xx.xx.2024cü il tarixli icra sənədinə əsasən ondan hər ay bir uşağın saxlanılması üçün cəmi 180 manat sabit pul məbləğində aliment tutularaq X3 verilməlidir. Beyləqan Rayon Məhkəməsinin 2(020)-939/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən ondan bir uşağın saxlanması üçün 200 manat sabit pul məbləğində aliment tutularaq X3 qızına verilməsi qət edilmişdir. Bakı şəhərində olduğuna görə icra məmurunun çağırışlarına gələ bilməmişdir. Hazırda o, polis tərəfindən axtarışla gətirilmişdir. Aliment pulunu tam şəkildə ödəməyə maddi imkanı yoxdur. Həmçinin tələbkar onu uşağı ilə görüşdürməmişdir. Bu barədə dəfələrlə tələbkarla danışmış, lakin tələbkar onun uşağı ilə görüşünü təşkil etməmişdir. Bu səbəbdən də aliment pullarını tam şəkildə ödəməmişdir. Hazırda 1055 manat aliment borcu vardır. Həmin borcu yaxın vaxtlarda ödəyəckdir. Barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İşdə olan Beyləqan Rayon Məhkəməsinin 16(020)-29/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs hər ay bir uşağın saxlanılması üçün cəmi 180 manat sabit pul məbləğində aliment tutularaq X3 verilməlidir. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Beyləqan Rayon Məhkəməsinin 16(020)-29/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi əsasında icraata başlanılmış və icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. İşdə Beyləqan Rayon Məhkəməsinin 2(020)-939/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs bir uşağın saxlanması üçün 200 manat sabit pul məbləğində aliment tutularaq X3 qızına verilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-939/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi əsasında icraata başlanılmış və icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. İşdə olan bildirişlərdən görünür ki, borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq məktubları göndərilməsinə baxmayaraq borclu Şəxs hər iki icra sənədi üzrə alimenti tam şəkildə ödəməmişdir. xx.xx.2024-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs icra sənədi üzrə olan aliment borcunu üzrsüz səbəbdən ödəməməsi və bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kifayət qədər sübuta yetirilmişdir. Ona görə də, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2 -ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətinixarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini və hazırda da aliment borcunu ödəməməsi, tələbkarın borcun ödənilməsində israrlı olmasını, habelə onun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati həbs növündə cəza verilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 və 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş xəta əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 17 yanvar 2024-cü il tarixdən, saat 16:06-dan hesablansın. Qərardadan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar