Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-311/2023 27.03.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs X4, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X3 iştirakı ilə, xx.xx.1965-ci ildə Beyləqan rayonu, Əhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Beyləqan rayonu, Aşağı Çəmənli kəndində qeydiyyatda olan və yaşayan Şəxs, barəsində Beyləqan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Şəxs xx.xx.2022-ci il tarixdə, saat 14:00-da Beyləqan rayonu, Aşağı Çəmənli kəndində küçədə X6 döymüşdür. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Quliyev Yaşar onun həmkəndlisi olmaqla yanaşı, yaxın qonşusudur. Yaşar ilə münasibətləri soyuq olmuşdur. O, öz yaşadığı evin həyətindən Yaşarın evinə su getmək üçün kanal çəkməyə icazə vermiş, Yaşar həmin kanal vasitəsi ilə həyətinə su apararaq həyətindəki ağacları və əkin sahəsini suvarmışdır. Son zamanlar Yaşar gecə vaxtları, yəni gecə saat 01 və 02 radələrində ondan heç bir icazə almadan həyətinə girərək kanaldan su açaraq həyətinə aparmışdır. Bu barədə bir neçə dəfə Yaşara öz iradını bildirsə də, Yaşar onun sözlərinə heç bir məhəl qoymamışdır. Bu səbəbdən də sonradan həyətindən keçən həmin su kanalının qarşısını kəsmiş, bundan sonra Yaşar ilə onun arasında bir neçə dəfə sözlə mübahisə olmuşdur. xx.xx.2022-ci il tarixdə, Yaşar onun evinin həyətinə gələrək ondan xəbərsiz həyətində videoçəkiliş aparmış, həmin vaxt evdə olmamış, lakin arvadı Zəminə Yaşarın çəkiliş aparan zaman görmüş və yaxınlaşaraq Yaşardan videoçəkiliş etməməsini tələb etmişdir. Həmin vaxt Yaşar arvadı Zəminənin ünvanına nəlayiq ifadələr işlədərk təhqir etmiş, daha sonra oradan çıxıb getmişdir. Evə gəldikdən sonra arvadı Zəminə olanlar barədə ona danışmış, o, da DİN-nin 102 xidmətinə zəng edərək Yaşarın qanunsuz hərəkətləri barədə şikayət etmiş, daha sonra polis əməkdaşları onun evinə gələrək şikayəti barədə onun izahatını almışdır. Bundan sonra həmin gün saat 14 radələrində mağazadan evə gələn zaman Yaşar Quliyevin evinin qarşısına çatarkən Yaşar, Yaşarın arvadı Könül və qohumu Asif Həziyev ilə birləşərək oğlu Məhərrəm Miriyevi döydüklərini görmüş, dərhal onların yanına qaçaraq oğlu Məhərrəmi onların əlindən almaq istəmiş, lakin onlar dayanmayaraq Məhərrəmi və onu əllərində olan bel ilə vuraraq döymüşlər. Asif bel ilə onun sağ çiyninə, qoluna və başına vurmuş, oğlu Məhərrəmi vurub yerə yıxmışlar. hadisə Beyləqan rayonu, Aşağı Çəmənli kəndində küçədə Yaşarın evinin qarşısında baş vermiş, arvadı Zəminə, oğlu Məhərrəm, bacısı Leylan, qonşusu Asif, Yaşar, Könül, Lətifə, Sadiq və bir necə kənd sakinləri hadisə yerində olmuş, Münaqişə zamanı o heç kimi söyüb təhqir etməmiş və vurmamış Göstərilənləri nəzərə alıb barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X10 məhkəmə iclasında izahat verərək göstərdi ki, qonşusu Şəxs ilə onun atası Yaşarın arasında əvvəllər bir necə dəfə mübahisələri olmuş, mübahisələri su üstündə düşmüş, Əlinin evinin həyətindən keçən su kanalı ilə onların həyətlərinə su gəlmiş, həmin su ilə həyətlərini suvarmış, lakin Əli suyun onların həyətinə gələn tərəfini kanalda bağlamış, 14 sentyabr 2022-ci il tarixdə özlərinə məxsus heyvanları kəndin ərazisində otlaq sahəyə aparmış, həmin günü təxminən saat 14:00 radələrində sahədən evlərinə qayıdan zamanı kücədə qonşusu Əli ilə rastlaşmış, həmin vaxtı Əli onun üstünə qışqıraraq onu döyməklə hədələmiş və əlində ki, ağac parcasını ona atmış, Əlinin ona atdığı ağac parcası onun sağ ayağının topuq nahiyəsinə dəymiş, ayağı ağrımış, lakin küçə ilə qaçaraq evlərinə getmiş, evə gedəndən sonra bu barədə atası Yaşara və anası Könülə danışmış, qonşuları Əli ağac parcası ilə onun ayağının topuq nahiyəsinə vurduğunu bildirmiş, bundan sonra anası Könül Beyləqan rayon polis şöbəsinə şikayət etmiş, qonşusu Əli onu ağac parcası ilə vuran vaxtı yanlarında hec kim olmamışdır. Hazırda Şəxs ilə barışmamış və onu bağışlamamışdır. Şəxs şikayətçidir. Məhkəmədən Şəxs qanunda nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərəçəkmiş şəxsin qanuni nümayəndəsi X8 qonşusu Şəxs onun yetkinlik yaşına çatmayan oğlu Həsəni döydüyünü göstərmiş və Şəxs ciddi cəza verilməsini xahiş etdi. İş materiallarını nəzərdən keçirib, inzibati xəta əməlini törətmiş Şəxs, zərərçəkmiş şəxs X6 və onun qanuni nümayəndəsini dinləyib hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXMnin 157-ci maddəsinin tərkibi vardır. Belə ki, inzibati xəta haqqında işə əlavə edilmiş, 10 fevral 2023-cü il tarixli, “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Beyləqan rayon Polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru X2 tərəfindən baş vermiş hadisə ilə bağlı araşdırma aparılmış, araşdırma zamanı toplanmış materialda həmin fakt üzrə Azərbaycan Respublkası CPMnin 39.1.2-ci maddəsinin tələblərinə əsasən Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində həmin maddə ilə tədbir görülməsi üçün qərarın sürəti Beyləqan rayon PŞ-nin İTB-nə göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası SN-nin MTE və PA Birliyinin Beyləqan rayonlararası zona mərkəzinin eksperti Fazil Bayramov tərəfindən X5 adına verilmiş xx.xx.2022-ci il tarixli, 714/22 saylı saylı ekspert rəyindən görünür ki, müayinə zamanı X1 bayır topuq nahiyəsində qancır olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir. Muayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Toplanmış araşdırma materialları və MTE və PA birliyinin Beyləqan rayon şöbəsinin ekspert rəyi, eləcə də zərərçəkmiş şəxs X4 izahatı ilə müəyyən olunmuşdur ki, Şəxs aralarında olan mübahisə zamanı gəlini X7 fiziki zor tətbiq edərək ona dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirməklə döymüşdür. Bu əməlləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilməlidir. İşin məhkəmə iclasında araşdırılmış halları ilə hadisə zamanı Şəxs Həsən Quliyevi döyməsi kifayət qədər sübuta yetmişdir. Həmçinin müstəntiq tərəfindən Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olmasına dair qərar qəbul edilmişdir. Lakin Şəxs həmin qərarı mübahisələndirməmiş, qərardan şikayət verməmişdir. Həmin qərar qüvvədə olmaqla hazırda ondan şikayət vermə müddəti başa çatmışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta əməlini törətmiş Şəxs törətdiyi xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati cərimə tətbiq edilməsini qanuna və məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115 , 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından. Qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-311/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-311/2023
27.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver