Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-312/2023 27.03.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs X5 iştirakı ilə, xx.xx.1968-ci ildə Beyləqan rayonu, Aşağı Çəmənli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Beyləqan rayonu, Aşağı Çəmənli kəndində qeydiyyatda olan və yaşayan Şəxs oğlunun, barəsində Beyləqan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Şəxs xx.xx.2022-ci il tarixdə, saat 15:00-da Beyləqan rayonu, Aşağı Çəmənli kəndində yerləşən yaşadıqları evin həyətində çəpərin yanında X6 döymüşdür. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Yaşar Quliyevlə həmkəndli olmaqla yaxın qonşu olmuş, Yaşar ilə münasibətləri soyuq olmuş, öz yaşadıqları evin həyətindən Yaşarın həyətinə su kanalı açılmış, Yaşar həmin su kanalı ilə həyətinə su apararaq həyətindəki ağaclarını və əkin sahəsini suvarmış, son zamanlar Yaşar gecə vaxtlarında saat 01 və ya 02 radələrində onlardan icazəsiz həyətlərinə keçib kanaldan suyu açıb həyətinə aparmış, bir necə dəfə əri Əli Yaşara iradını bildirərək gecə saatlarında ailəsi ilə yatan zaman onların həyətinə girməməyi demiş, lakin Yaşar əri Əlinin sözünə heç bir əhəmiyyət verməmiş və sonradan yenə gecə saatlarında onlardan icazəsiz həyətlərinə daxil olaraq kanaldan su açıb öz həyətinə aparmışdır. Bu səbəbdən sonradan həyətlərindən keçən həmin su kanalının qarşısını əri kəsmiş, bundan sonra Yaşar ilə əri Əli arasında bir neçə dəfə sözlə mübahisə olmuşdur. xx.xx.2022-ci il tarixdə təxminən saat 17 radələrində Yaşar onların evinin həyətinə gələrək onlardan xəbərsiz həyətində video cəkiliş aparmış, həmin vaxtı əri evdə olmamış, lakin arvadı o, Yaşarı çəkiliş aparanda görmüş və yaxınlaşıb Yaşara nə üçün çəkiliş apardığını soruşmuşdur. Yaşar onu nalayiq sözlərlə söyüb təhqir etmiş və əlində olan bel ilə onu vurmaq istəmişdir. O, qaçaraq küçəyə çıxmış, sonradan əri evə gələndə o, bunu ərinə demişdir. Həmin günü əri Əli DİN-nin 102 zəng xidmətinə zəng edərək Yaşarın qanunsuz hərəkəti barədə şikayət etmiş, şikayət edəndən sonra həmin günü polis əməkdaşları evlərin gələrək əri Əlidən izahat almış, bundan sonra xx.xx.2022-ci il tarixdə təxminən saat 19 radələrində mağazadan əri Əli evə gələrkən Yaşar Quliyevin evinin qarşısına catanda Yaşar arvadı Könül ilə və qohumu Asif Həziyev ilə onun oğlu Məhərrəm Miriyevi döydüklərini görmüş, Əli özünü tez onlara çatırıb Yaşarın, Könülün və Asifin qarşısına vermiş, lakin onlar dayanmayaraq Məhərrəmi və əri Əlini bel ilə vurub döymüş, Asif bel ilə Əlinin sağ çiyninə, qoluna və başına vurmuş, Məhərrəmi döyüb yerə yıxmışdır. Bu zaman məhlədə baş verən davanın səs-küyün eşidib darvazaya çıxarkən, Əri Əli və oğlu Məhərrəmin Yaşar, Asif və Könül ərəfindən döyülüdüyün görmüşdür. O, dərhal onların dava etdiyi yerə gələrək əri Əlini və oğlu Məhərrəmi yerdən qaldırıb evə aparmışdır. Yaşar, Könül və Asif onun oğlu Məhərrəmi bel ilə və bıçaqla vurub xəsarət yetirmiş, Yaşar bıçaqla oğlu Məhərrəmin qolunun bilək nahiyyəsini kəsmiş, hadisə yerində olan baldızı və o, Leylan onları, yəni Yaşarı, Asifi və Könülü onlardan aralaşdırmış, Bundan sonra əri Əli hadisə barədə DİN-in 102 xidmətinə məlumat vermiş, daha sonra əri Əli oğlu Məhərrəm ilə birlikdə xəstəxanaya getmiş, tibbi yardım almışlar. Hadisə Beyləqan rayonu, Aşağı Çəmənli kəndində küçədə Yaşarın evinin qarşısında baş vermişdir. Oğlu Məhərrəm, baldızı Leylan, qonşusu Asif, Yaşar, Könül, Lətifə, Sadiq və bir neçə kənd sakinləri hadisə yerində olmuş, Münaqişə zamanı o, heç kimi söyüb təhqir etməmiş və vurmamış Göstərilənləri nəzərə alıb barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X9 məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəxs oğlunu və X3 qonşu kimi tanımış, onlarla ədavət və düşmənçiliyi olmamış, onun həyətinə gələn su arxı Şəxs oğlunun evinin yan tərəfindən keçmiş, Əli Miriyev onun həyətinə gələn həmin su arxını qarşısını kəsdiyinə görə həyətinə su apara bilməmişdir. Bu səbəbdən həyətində olan əkin sahəsini suvara bilməmiş, bu məsələ ilə bağlı bir necə dəfə Əli ilə söhbət etmiş, onun həyətinə gələn su arxını açmasını ondan tələb etmişdir. Lakin Əli onun tələbinə məhəl qoymayaraq su arxanın qarşısını açmamış, bununla bağlı Əli ilə bir necə dəfə mübahisəsi olmuş, məcbur olub 2022-ci ilin sentyabr ayının əvvəlində bu barədə Beyləqan rayon məhkəməsinə müraciət etmiş, məhkəməyə müraciət etməyini sonradan Əli Miriyev bilmiş, 13 sentyabr 2022-ci il tarixdə təxminən saat 17 radələrində həmin su arxının şəklini cəkib məhkəməyə təqdim etmək üçün azyaşlı oğlu Quliyev Həsənlə həmin yerə, yəni Əli ilə öz evinin arasında çəpərin yanına getmiş, həmin vaxtı Miriyev Əli və Miriyeva Zəminə həmin yerə gələrək nəyə görə arxın şəklini çəkməsini ona irad tutmuşlar. Arxın şəklini çəkib məhkəməyə müraciət edəcəyimi onlara bildirmiş, bu zaman Zəminə və Əli onunla mübahisə etmiş, daha sonra Zəminə və Əli yerdən daş götürüb ona ataraq başına və kürəyinə vurmuş, özünü onların atdığı daşlardan qorumaq üçün oğlu Həsənlə həmin yeri tərk edib evinə getmiş, Əli və Zəminə onu su arxının yanında daşla vurmuş, həmin vaxt yanında azyaşlı oğlu Həsəndən başqa heç kim olmamış, bu hadisə ümumilikdə təxminən 1-2 dəqiqə davam etmişdir. xx.xx.2022-ci il tarixdə yaşadığı Beyləqan rayonu Aşağı Çəmənli kəndində yerləşən evinin həyət darvazasının qarşısında arvadı Könül ilə dayanmış, saat təxminən saat 19 radələrində qonşusu X1 ilə piyada getdiyini görmüş, Məhərrəm onu görərək yanına cağırmış, ona yaxınlaşdıqdan sonra Məhərrəm heç bir səbəb olmadan onu nalayiq küçə söyüşləri söyüb təhqir etməyə başlamış, aralarında sözlə mübahisə yaranmış, ona sakit olmasını, nalayiq ifadələr işlətməməsini tapşırmış, lakin Məhərrəm iradlara məhəl qoymayaraq ucadan danışıb sözlə onu təhqir etməyə davam etmiş, Məhərrəmin səs küyünə arvadı Könül gəlib onlara yaxınlaşmış və Məhərrəmə sakit olmasını demiş, bu zaman Məhərrəm Könülü də nalayiq sözlərlə söymüş, daha sonra Könülə yaxınlaşaraq yumruqla onun başına və bədəninin müxtəlif nahiyələrinə vurub döymüş, araya girərək Məhərrəmi sakitləşdirməyə calışmış, Məhərrəm əl atıb onun əynində olan köynəyindən tutub dartaraq koynəyini çırmış, daha sonra yumruqla onun bədəninin müxtəlif nahiyələrinə vurmuş, Məhərrəmin səs küyünə yaxınlıqda yaşayan qohumu Asif gəlmiş, Asif araya girib Məhərrəmi sakitləşdirmək istəmiş, lakin Məhərrəm sakitləşməyərək Asifin də ünvanına nalayiq sözlər işlətmiş və Asifin üstünə cumaraq yumruqla onun sifət nahiyəsinə bir necə dəfə vurmuş, Məhərrəmin səs küyünə kücəyə bir cox adamlar yığışmış, sonra Məhərrəmin atası Əli, anası Zəminə və bibisi Leylan da həmin yerə gəlmiş, Əli cibindən bıçaq çıxararaq havada fırlatmış, onu və Asifi bıçaqla vuracağı ilə hədələmiş, Məhərrəm bıçağı atası Əlidən istəmiş və onları vuracağı ilə hədələmişdir. Həmin vaxtı arvadı Könülü dartıb kənara çəkərək evə aparmış, onların ardınca Asif də onun yaşadığı evə gəlmiş, sonra həyət darvazasını bağlamış və dərhal 102 xidmətinə zəng edərək şikayət etmişdir. Münaqişə zamanı Məhərrəm yumruq ilə onun qolundan və belindən vurmuş və əynində olan köynəyini dartıb çırmış, Asif həmin vaxtı Məhərrəmi və Əlini bel ilə vurmamış, əksinə Məhərəm yumruq ilə Asifin sifət nahiyəsinə bir necə dəfə vurmuşdur. Hazırda Şəxs ilə barışmamış və onu bağışlamamışdır. Şəxs şikayətçidir. Məhkəmədən Şəxs qanunda nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş etdi. İş materiallarını nəzərdən keçirib, inzibati xəta əməlini törətmiş Şəxs, zərərçəkmiş şəxs X6 dinləyib hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi vardır. Belə ki, inzibati xəta haqqında işə əlavə edilmiş, Beyləqan RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 10 fevral 2023-cü il tarixli, “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Beyləqan rayon Polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru X2 tərəfindən baş vermiş hadisə ilə bağlı araşdırma aparılmış, araşdırma zamanı toplanmış materialda həmin fakt üzrə Azərbaycan Respublkası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində həmin maddə ilə tədbir görülməsi üçün qərarın sürəti Beyləqan rayon PŞ-nin İTB-nə göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası SN-nin MTE və PA Birliyinin Beyləqan rayonlararası zona mərkəzinin eksperti Fazil Bayramov tərəfindən X5 adına verilmiş xx.xx.2022-ci il tarixli, 709/22 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı X5 təpə nahiyəsində əzilmiş yara, sağ kürəküstü nahiyəsində isə qancır olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, xx.xx.2022-ci il tarixdə daşla vurulma nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Toplanmış araşdırma materialları və MTE və PA birliyinin Beyləqan rayon şöbəsinin ekspert rəyi, eləcə də zərərçəkmiş şəxs X5 izahatı ilə müəyyən olunmuşdur ki, Şəxs aralarında olan mübahisə zamanı gəlini X7 fiziki zor tətbiq edərək ona dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirməklə döymüşdür. Bu əməlləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilməlidir. İşin məhkəmə iclasında araşdırılmış halları ilə hadisə zamanı Şəxs Yaşar Quliyevi döyməsi kifayət qədər sübuta yetmişdir. Həmçinin müstəntiq tərəfindən Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olmasına dair qərar qəbul edilmişdir. Lakin Şəxs həmin qərarı mübahisələndirməmiş, qərardan şikayət verməmişdir. Həmin qərar qüvvədə olmaqla hazırda ondan şikayət vermə müddəti başa çatmışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta əməlini törətmiş Şəxs törətdiyi xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati cərimə növündə cəza tətbiq edilməsini qanuna və məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115 , 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından. Qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydad verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №3(020)-312/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-312/2023
27.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver