Məhkəmə qərarları › İş №3(020)-312/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-312/2024

30.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-312/2024 30.04.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Ramiz Vəliş oğlu Nurullayevin sədrliyi , Quliyev Zaur Qulu oğlunun katibliyi, Şikayət vermiş şəxs X1, Qərarından şikayət verilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, X1 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X8 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 04 noyabr 2022-ci il tarixli inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsi barədə verdiyi şikayətə baxaraq MÜƏYYƏN ETDİM: X5 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X8 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 04 noyabr 2022-ci il tarixli inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsi barədə məhkəməyə şikayət vermişdir. Şikayət vermiş şəxs X5 məhkəmə iclasında izahat verərək göstərdi ki, ünvan 1 ünvanda yaşayır. Beyləqan şəhəri ərazisində anasına fərdi əmək fəaliyyəti və alqı-satqı ilə məşğul olması üçün torpaq sahəsi ayrılmışdır. Həmin ərazidə anasının obyekti vardır. Anası orada fərdi əməklə məşğul olur. O, da hərdən anasının yanına gedib-gəlir. Həmin obyektin yaxınlığında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyesterindən reyester nömrəsi **********97-10301 olan, 11 iyul 2019-cu il tarixli çıxarışla oğlu X2 məxsus olan 0.0618 ha torpaq sahəsinin üzərində 66.4 kv.m ümumi sahəsi olan daşınmaz əmlakı olan obyekti vardır. Obyektin yaxınlığında olan bir ədəd adını sonradan bildiyi sərv ağacının kəsilməsi barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları baxış keçirərək obyektin yaxınlığında olan sərv ağacının onun tərəfindən kəsilərək məhv edilməsini ona bildirmişlər. O, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşına sözügedən ağacın onun tərəfindən kəsilmədiyini və ağacın kimin tərəfindən kəsildiyindən xəbəri olmadığını bildirmişdir. Lakin əməkdaşlar ona məhəl qoymamış Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları dərhal elə həmin gündə onu Azərbaycan Respublikası İXM-nin 253.3.1-ci maddəsi ilə təqsirli bilərək barəsində MN ******* nömrəli, 07 oktyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib etmişlər. Səbəb isə xx.xx.2022-ci il tarixdə Beyləqan şəhəri, S.İmrəliyev küçəsində tikinti işləri aparılan obyektin qarşısında 1 (bir) ədəd diametri 6 sm olan sərv ağacının kök bağlarından qıraraq məhv edilməsi göstərilmişdir. Barəsində tərtib olunmuş protokoldan sonra o, müxtəlif dövlət orqanlarına bu barədə şikayətlər etmiş, lakin onun şikayətləri heç bir nəticə verməmişdir. Bundan sonra onun iştirakı olmadan barəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X8 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 04 noyabr 2022-ci il tarixli inzibati tənbehvermə haqqında qərara əsasən fiziki şəxs kimi 2200 manat cərimə olunmuşdur. Cərimə olunmasından isə Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən onun ünvanına göndərilən xəbərdarlıq məktubundan sonra xəbərdar olmuşdur. İcra məmuru tərəfindən onun barəsində 2200 manat məbləğində inzibati tənbehvermə haqqında qərar qəbul edildiyi ona bildirilmiş, bundan sonra o, icra məmuruna qərardan şikayət verəcəyini bildirərək möhlət istəmişdir. Sözügedən qərardan gec şikayət verməsinə səbəb də onun barəsində belə bir qərarın olmasından xəbərdar olmamağıdır. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X8 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 04 noyabr 2022-ci il tarixli qərar əsassızdır. Ona görə də Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X8 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 04 noyabr 2022-ci il tarixli qərarı əməlində inzibati xəta tərkibi olmadığına görə ləğv edib iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, 07 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 76 saylı sərəncamına əsasən ətraf mühitin mühafizəsi haqqında və Ekoloji təhlükəsizlik haqqında qərarın tələblərinə əməl olunması vəziyyətini yoxlamaq məqsədi ilə Beyləqan rayonu ərazisində reyd keçirilmişdir. Reyd zamanı Beyləqan şəhəri, S.İmrəliyev küçəsində suvarma beton kanalının sol hissəsində aparılan tikintinin qarşı hissəsində körpü salınan ərazidə kanalın sağ hissəsində 1 (bir) ədəd sərv ağacının kök boğazından qırılaraq məhv edildiyi müəyyən edilmişdir. Araşdırma zamanı obyektin Beyləqan şəhəri, S.İmrəliyev küçəsi ev 7-də yaşayan X3 məxsus olması müəyyən olunmuşdur. Əlövsət Nərmanov yazılı izahat verməkdən imtina etmiş və şifahi olaraq tikintinin onun tərəfindən aparıldığını bildirsə də, ağacın onun tərəfindən qırılmadığını bildirmişdir. Qırılaraq məhv edilmiş şam cinsindən olan sərv ağacının qırılan zaman yaş halda olduğu və qırıldıqdan sonra ağacın yerdə qalan kötük hissəsinin üzərinə tikinti materialları töküldüyü müşahidə edilmişdir. Sözügedən diamteri 6 sm olan yaş halda olmuş sərv ağacının tikinti işləri aparılan zaman orada işləyən texnikaların hərəkətlərinə mane olduğu üçün tikinti işləri aparan Əlövsət Nərimanov tərəfindən qırılaraq məhv edilməsi müəyyən edilmişdir. Bununla bağlı Beyləqan rayon Beyləqan bələdiyyəsi xx.xx.2022-ci il tarixli 338 nömrəli arayış təqdim edərək bildirmişdir ki, Beyləqan şəhəri S.İmrəliyev küçəsi ilə A.Əkbərov küçəsinin kəsişməsində yerləşən tikinti gedən obyekt X3 məxsusdur. Bununla da Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 321 saylı qərarının tələbləri X5 tərəfindən pozulduğu müəyyən edilmişdir. Faktla bağlı xx.xx.2023-cü il tarixdə 76191 nömrəli akt tərtib edilərək, ərazidə çəkilmiş fotoşəkillər akta əlavə edilmiş və həmin tarixdə məsləhətçi-müfəttiş X6 tərəfindən Əlövsət Nərmanov barəsində İnzibatı Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə MN ******* nömrəli, 07 oktyabr 2022-ci il tarixli protokol tərtib edilmiş, Əlövsət Nərmanov protokola imza etməkdən imtina etmişdir. Sözügedən obyektdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 saylı Qərarın 1 saylı əlavəsinə əsasən 1 (bir) ədəd D=6 sm olan sərv ağacının kök boğazından qırılaraq məhv edilməsi nəticəsində təbiətə 200 manat ziyan dəyməsi müəyyən edilmişdir. Beyləqan şəhər sakini X1 özünün iştirakı ilə qərar qəbul edilməsi üçün xx.xx.2022-ci il tarixində Ç-BM/4822-185 N°-li məktub göndərilsə də X5 xx.xx.2022-ci il tarixində İdarəyə gəlməmişdir. Ona görə də barəsində olan inzibati xəta haqqında işin baxılması başqa vaxta keçirilməklə bir ayadək uzadılmışdır. X1 İXM-nin 253.3.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi təkzibedilməz sübutlarla öz təsdiqini tapdığı üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X8 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 04 noyabr 2022-ci il tarixli 2200 İki min iki yüz) manat cərimə olunmuş, qərar xx.xx.2022-ci il tarixdən qüvvəyə minmişdir. X5 cəriməni könüllü ödəmədiyi üçün xx.xx.2023-cü il tarixdə 1320 manat dəbbə pulu hesablanmaqla Ç-İP/4823-23 nömrəli məktubla qərar icra edilməsi üçün Beyləqan rayon İcra və probasiya şöbəsinə göndərilmiş, bu barədə xx.xx.2023-cü il tarixli 3-14-48/2-329/2023 nömrəli məktubla Əlövsət Nərmanova rəsmi məlumat verilmişdir. Həmçinin göstərilən prtokolun surətinin Ə.Nərmanova göndərilməsi barədə poçt xəbərnaməsinin surəti və inzibati tənbehvermə haqqında qərarın göndərilməsi barədə məktubun surəti vardır. Şikayət verilən qərarın qəbul edilməsindən 2 ilə yaxın vaxt keçmişdir. Şikayətin verilməsi üçün qanunla müəyyən olunmuş müddət üzürlü səbəb olmadan keçmişdir. Ona görə də X1 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X8 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 04 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi barədə verdiyi şikayətin rədd edilməsini xahiş etdi. İşə əlavə edilmiş 07 oktyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X1 xx.xx.2022-ci il tarixdə Beyləqan şəhəri, S.İmrəliyev küçəsində tikinti işləri aparılan obyektin qarşısında 1 (bir) ədəd diametri 6 sm olan sərv ağacının kök bağlarından qıraraq məhv etmiş, nəticədə X1 barəsində Azərbaycan Respublikası İXM-nin 253.3.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin Ə.Nərmanov səbəb göstərmədən protokola imza etməkdən və izahat verməkdən imtina etmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X8 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 04 noyabr 2022-ci il tarixli inzibati tənbehvermə haqqında qərarı ilə X5 Azərbaycan Respublikası İXM-nin 253.3.1-ci maddəsi ilə təqsirli bilinib 2200 (iki min iki yüz) manat cərimə edilmişdir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 321 saylı qərarının tələbləri X5 tərəfindən pozulduğu müəyyən edilmişdir. Faktla bağlı xx.xx.2023-cü il tarixdə 76191 nömrəli akt tərtib edilərək, ərazidə çəkilmiş fotoşəkillər akta əlavə edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 saylı Qərarın 1 saylı əlavəsinə əsasən hesabatdan görünür ki, Beyləqan şəhəri B.Sərdarov küçəsi ev 7-də yaşayan X4 tərəfindən tikinti işləri aparılarkən 1 ədəd sərv ağacının qırılaraq məhv edilməsi nəticəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 76191 saylı akta əsasən təbiətə dəymiş ziyanın ümumi məbləği 200 (iki yüz) manat (6 sm, 1 ədədx 200 =200 m) təşkil edir. Məhkəməyə təqdim olunmuş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X5 barəsində tərtib edilmiş xx.xx.2022-c il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol (xx.xx.2022-ci il, tarixli, Ç-BM/4822-185nömrəli məktubla) (xəbərnamədə məktubun xx.xx.2022-ci il tarixdə alınması qeyd aparılmışdır) qəbul edilmiş inzibati tənbehvermə haqqında xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərar xx.xx.2022-ci il tarixli, Ç-BM/4822-234 nömrəli məktubla rəsmi qaydada X1 yaşadığı ünvana göndərilmişdir. İş materiallarından görünür ki, Beyləqan şəhər sakini X1 özünün iştirakı ilə qərar qəbul edilməsi üçün xx.xx.2022-ci il tarixində Ç-BM/4822-185 N°-li məktub göndərilsə də X5 xx.xx.2022-ci il tarixində İdarəyə gəlməmişdir. Ona görə də Ə.Nərmanovun barəsində olan inzibati xəta haqqında işin baxılması başqa vaxta keçirilməklə bir ayadək uzadılmışdır. İş materiallarından görünür ki, Beyləqan şəhər sakini X1 barəsində tərtib olunmuş inzibati tənbehvermə haqqında qərar Ə.Nərimanovun müraciətindən sonra Əlövsət Nərmanovun yaşadığı ünvana poçt vasitəsi ilə göndərilmişdir. Həmçinin protokol tərtib edilən zaman X3 izahatı alınması üçün müraciət olunmuş, lakin Ə.Nərmanov yazılı izahat verməmiş, barəsində tərtib olunan inzibati xəta haqqında protokola imza etməkdən imtina etmişdir. Ə.Nərmanovun xətanı törətməsi iş materialları və hadisə yerində çəkilən fotoşəkillər ilə tam olaraq öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-nin 253.3.1-ci maddəsinə görə şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 129.1.3-ci maddəsinə görə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən Qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Göründüyü kimi hazırki qərarın qəbul edilməsindən 2 ilə yaxın müddət keçmiş, Ə.Nərmanov bu müddət ərzində barəsində qəbul olunmuş inzibati tənbehvermə haqqında qərardan müxtəlif dövlət orqanlarına və hüquq-mühafizə orqanlarına şikayət etməsinə baxmayaraq qərarı məhkəmədə mübahisələndirməmiş və inzibati tənbehvermə haqqında qərardan qanunla müəyyən olunmuş müddət ərzində şikayət verməmişdir. Həmin qərar qüvvədə olmaqla hazırda ondan şikayət vermə müddəti başa çatmışdır. Əlövsət Nərmanovun barəsində olan inzibati tənbehvermə haqqında qərarı vaxtında almaması barədə məhkəməyə verdiyi izahatı özünü müdafiə xarakteri daşıyır və işin araşdırılmış halları ilə təkzib edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixdə Beyləqan şəhəri, S.İmrəliyev küçəsində tikinti işləri aparılan obyektin qarşısında 1 (bir) ədəd diametri 6 sm olan sərv ağacının kök bağlarından qıraraq məhv etdiyinə görə Əlövsət Nərmanovun barəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı məsləhətçi-müfəttiş X6 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X8 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 04 noyabr 2022-ci il tarixli qərarı tam əsaslıdır. Ona görə də X1 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X8 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 04 noyabr 2022-ci il tarixli qərarından əsassız olaraq şikayət verməsi müəyyən edilmişdir. İnzibati tənbeh vermə haqqında qərarın ləğvi üçün əsaslar müəyyən edilmədiyindən Əlövsət Nərmanovun şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə adından QƏRARA ALDİM : X1 şikayəti təmin edilməsin. X1 Azərbaycan Respublikası İXM-nin 253.3.1-ci maddəsi ilə təqsirli bilinib 2200 (iki min iki yüz) manat cərimə edilməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X8 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 04 noyabr 2022-ci il tarixli inzibati tənbehvermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar