Məhkəmə qərarları › İş №3(020)-313/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-313/2024

09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-313/2024 09.04.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs, İnzibati xəta əməlindən Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1953-cü il tarixdə Göyçay rayonu Şadət kəndində anadan olmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, Beyləqan rayonu Qaradağlı qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 11:50 radələrində Beyləqan rayonu, Qaradağlı kəndi ərazisində həmkəndlisi Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəmnində mübahisə edərək Zərərçəkmiş şəxs döymüşdür. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bildi və izahat verərək göstərdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir və aralarında hər hansı bir ədavət və düşmənçilik olmamışdır. xx.xx.2024-cü il tarixdə, saat 11:50 radələrində özünə məxsus “VAZ 2107” markalı avtomobili ilə Beyləqan şəhərinə həkimə getmiş, həmin vaxt avtomobili özü idarə etmiş, oğlu Niyazi Quliyevdə avtomobildə olmuşdur. O, sahənin kənarı ilə avtomobili idarə edərək magistral yol istiqamətində gəlmişdir. Həmin vaxt həmkəndlisi Zərərçəkmiş şəxs iri buynuzlu heyvanlarını sahədən qapısına apararkən heyvanları yoldan çıxartmamış və ona keçib getməyə yol verməmişdir. Bundan sonra avtomobili saxlayıb yerə düşmüş, Zərərçəkmiş şəxs heyvanları yoldan çıxartmasını və ona yol verməsini demişdir. Zərərçəkmiş şəxs yenədə ona yol verməmiş, Zərərçəkmiş şəxs hevanlarını yoldan çıxaran zaman Sakit ona yaxınlaşmış, onun yaxasından tutaraq onu boğaraq təhqir etmişdir. Sonra təpiklə sağ qılçının diz nahiyəsinə vurmuş, daha sonra itləyib yerə yıxmağa çəhd edən zaman özünü müdafiə etmək üçün Zərərçəkmiş şəxs yaxasından tutaraq özündən aralamaq üçün sinəsindən yumruqla vuraraq Zərərçəkmiş şəxs geriyə itələmişdir. Bu zaman Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti almışdır. Hadisə zamanı arada olan həmkəndlisi X2 və onun oğlu Niyazi Quliyev onları aralamışdır. Bundan sonra Sakit Hüseynov heyvanlarını evinə aparmış, o, isə hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Hal-hazırda Zərərçəkmiş şəxs üzr istəmiş və onunla barışmışdır. Ona görə də barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayonu, Qaradağlı kəndində qeydiyyatda olmaqla yaşayır. Şəxs onun həmkəndlisidir. Onunla aralarında hər hansı bir ədavət və düşmənçilikləri olmamışdır. xx.xx.2024-cii il tarixdə özünə məxsus heyvanları yol ilə sahəyə otarmaq üçün apararkən Şəxs idarə etdiyi avtomobillə sahədən magistiral yol istiqamətində hərəkətdə olmuşdur. Yasin ona çatan kimi avtomoibili saxlamış və yerə düşərək onun yanına gələrək onu nalayiq söyüşlərlə təhqir etmiş və “nə səbəbə yol vermirsən demişdir”. O, Şəxs təhqir edici söz danışmamasını bildirmiş və heyvanları yoldan çıxararaq Yasin Quyliyevə yol vermişdir. Lakin Şəxs ondan əl çəkməmiş onun üstünə gələrək yumuruqla sinəsinə, sonra ağacla sol qılçının diz nahiyəsinə vurmuşdur. Şəxs onu vurmağa davam etdiyi üçün özünü müdafiyə etmək məqəsədi ilə Şəxs sinəsindən itələyib yerə yıxmışdır. Şəxs onunla dalaşdığını Yasinin oğlu Niyazi Quliyev və həmkəndlisi Namiq Hakverdiyev görərək onları aralamışdır. Bundan sonra aralarında olan mübahisə başa çatmışdır. Aralarında baş verən mübahisə 2-3 dəqiqə davam etmiş, mübahisə zamanı oarada Niyazi Quliyev və Namiq Hakverdiyev olmuşdur. Bildirdi ki, hadisədən sonra Şəxs ondan üzr istəmiş, O, isə Şəxs bağışlamışdır. Şəxs şikayət və tələbi yoxdur. Şəxs barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etdi. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 11:50 radələrində Beyləqan rayonu, Qaradağlı kəndi ərazisində həmkəndlisi Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəmnində mübahisə edərək Zərərçəkmiş şəxs döymüşdür. İşdə olan 18 mart 2024-cü il tarixli 203/2024 saylı rəydən görünür ki, Azərbaycan Respublikası SN-nin MTE və PA birliyinin Beyləqan rayonlar arası şöbəsinin rəisi X1 vətəndaş Zərərçəkmiş şəxs adına vermiş olduğu 18 mart 2024-cü il tarixli müayinə aktından məlum olur ki, məhkəmə tibbi müayinəsi zamanı 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs sağ bud nahiyəsində qançır müəyyən olunmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İnzibati xəta haqqında işə əlavə edilmiş, Beyləqan RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 25 mart 2024-cü il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, təhqiqatçı, polis kapitanı X5 tərəfindən baş vermiş hadisə ilə bağlı araşdırma aparılmış, araşdırma zamanı toplanmış materialda Şəxs əməllərində cinayət tərkibi əlamətləri olmadığından, həmin fakt üzrə Azərbaycan Respublkası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Lakin Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində həmin maddə ilə tədbir görülməsi üçün qərarın sürəti Beyləqan rayon PŞ-nin İTB-nə göndərilmişdir. Beləliklə məhkəmə iş materiallarını və inzibati xəta əməli törtmiş şəxslə zərərçəkmiş şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 157-ci maddəsi ilə tərtib olunmuş protokol üzrə işə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 39.1, 112, 114, 115 , 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilən şəxs Şəxs zərərçəkmiş şəxslə barışdığından onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar