Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-320/2023 29.03.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Beyləqan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1988-ci ildə Beyləqan rayonunda anadan olmuş, ailəli, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, Beyləqan rayonu, Z.Əliyeva küçəsi, 3-də qeydiyyatda olan, hazırda Sumqayıt şəhəri, Yeni Yaşayış massivində yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1358/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 1425 manat və 34.25 dövlət rüsumu alınaraq "xxxx" MMC-yə verilməlidir. Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1358/2022 saylı, xx.xx.2022ci il tarixli icra sənədinə əsasən ondan 1425 manat və 34.25 dövlət rüsumu alınaraq "xxxx" MMC-yə verilməlidir. Maddi imkanı zəif olduğundan icra sənədi üzrə borcundan heç bir ödəniş etməmiş, nəticədə icra sənədi üzrə borcu ödənilməmiş qalmışdır. İcra məmuru tərəfindən rayon İcra və Probasiya Şöbəsinə çağırılmış, hazırda Sumqayıt şəhərində yaşadığından icra məmurunun çağırışlarından xəbəri olmamış, ona görə də icra məmurunun çağırışlarına gəlməmişdir. Sumqayıt şəhərində polis əməkdaşları tərəfindən saxlanılan zaman ona barəsində axtarış qərarı olduğu bildirilmiş və polis əməkdaşları ilə birlikdə icra şöbəsinə gəlmişdir. Gündəlik fərdi işlərlə məşğul olur, qazancını özünün və ailəsinin dolanışığına sərf edir. Hazırda icra sənədi üzrə borcunu ödəyə bilmir. Ona vaxt verilərsə icra sənədi üzrə borcunu gələcəkdə hissə-hissə ödəyəcəkdir. Göstərilənlərin nəzərə alınmasını və barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Beyləqan rayon İcra və Probasiya Şöbəsinin İcra və Probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)- 1358/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 1425 manat və 34.25 dövlət rüsumu alınaraq "xxxx" MMC-yə verilməlidir. Borclu Şəxs barəsində icra sənədi üzrə icra tədbirləri görülməsinə baxmayaraq icra sənədi üzrə borcundan bu günədək heç bir ödəniş etməmiş, nəticədə icra sənədi üzrə borcu ödənilməmiş qalmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Lakin Şəxs icra şöbəsinə gəlməmişdir. Şəxs İcra və Probasiya Şöbəsinə gəlmədiyindən və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində axtarış qərarı verilmiş, Şəxs polis tərəfindən saxlanılaraq İcra və Probasiya şöbəsinə gətirilmişdir. Şəxs icra şöbəsində izahat verərək borcunu ödəmək üçün maddi imkanının olmadığını bildirmişdir. Ona görə də Şəxs inzibati qaydada həbs edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-1358/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 1425 manat və 34.25 dövlət rüsumu alınaraq "xxxx" MMC-yə verilməlidir. İşdə olan 24 yanvar 2023-cü il tarixli qərardan görünür ki, borclu Şəxs icra məmurunun qanuni çağırışlarına gəlmədiyinə görə barəsində axtarış qərarı qəbul edilmiş və icra üçün Beyləqan rayon PŞ-nə göndərilmişdir. Şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq Beyləqan rayon İcra və Probasiya şöbəsinə təhvil verilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs icra sənədi üzrə olan borcunu üzrsüz səbəbdən icra etməməsi və bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kifayət qədər sübuta yetirilmişdir. Onun həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır. Ona görə də, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin məcəllənin 31.2 -ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətinixarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini və hazırda da borcunu tam olaraq ödəməməsi, tələbkarların borcun ödənilməsində israrlı olmasını, habelə onun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati həbs növündə cəza verilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 və 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 29 mart 2023-cü il tarixdən, saat 12:30-dan hesablansın. Qərardadan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №3(020)-320/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-320/2023
29.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver