Məhkəmə qərarları › İş №3(020)-322/2023

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-322/2023

30.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-322/2023 30.03.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1992-ci ildə Beyləqan rayonu, 1-ci Şahsevən kəndində anadan olmuş, evli, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, Beyləqan rayonu, 1-ci Şahsevən kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 19:55 radələrində Beyləqan rayon PŞ-nin inzibati binasının dəhlizində ucadan ünvansız nəlayiq söyüşlər söyərək xidməti vəzifələrini icra edən polis əməkdaşlarının narahatçılığına səbəb olan xırda xuliqanlıq hərəkətləri etmişdir. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında əməlini etiraf etdi və izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə yaşadığı Beyləqan rayonu, 1-ci Şahsevən kəndində qeydiyyatda Beyləqan rayonu, 1-ci Şahsevən kəndində olan zaman rayon PŞ-nin əməkdaşları ona barəsində məcburi gətirmə qərarı olduğunu bildirərək onlarla birlikdə Beyləqan rayon PŞ-ə getməli olduğunu bildirdilər. o, polis əməkdaşları ilə birlikdə RPŞ-nin inzibati binasına gələrək müstəntiq Əli Kərimzadənin xidməti otağına daxil olmuş və Əli Kərimzadə icraatında olan cinayət hadisəsi ilə bağlı bir neçə sual vermişdir. Həmin vaxt o, Ə.Kərimzadənin ona verdiyi suallara əsəbləşərək PŞnin dəhlizinə çıxmış və ucadan ünvansız nəlayiq ifadələr işlətməyə başlamışdır. Bu zaman digər otaqlarda olan bir neçə polis əməkdaşı otaqlarından dəhlizə çıxaraq ona söyüş söyməsini irad bildirərək onu nizam-intizama dəvət etsələrdə o, əsəbi vəziyyətdə olduğundan özündə olmamış və öz hərəkətlərinə davam etmişdir. Hazırda əməlindən peşimandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Göstərilənlərin nəzərə alınmasını və barəsində qanuni qərar verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Beyləqan rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili polis kapitanı X5 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Beyləqan rayon PŞ-nin əməliyyat qrupunda olan zaman ********* nömrəli cinayət işi üzrə Beyləqan rayon PŞ-nin müstəntiqi Əli Kərimzadənin vermiş olduğu məcburi gətirmə qərarı əsasında RPŞ-nin inzibati binasına gətirilmiş Şəxs müstəntiq Əli Kərimzadənin xidməti iş otağında üzləşmə istintaq hərəkətləri keçirildikdən sonra, saat 19:45-də dəhlizə çıxaraq uca səslə ünvansız nəlayiq ifadələr işlətməyə başlamışdır. CAB-nin əməliyyat müvəkkili Toğrul Səfərov, əməliiyat müvəkkili Tofiq Cəfərov və o, xidməti iş otaqlarından çıxaraq dəfələrlə Şəxs nizam-intizama dəvət etsələrdə Şəxs onlara məhəl qoymadan hərəkətlərinə davam etmişdir. Şəxs hərəkətləri polis şöbəsinin inzibati binasının dəhlizində baş vermiş və xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının narahatlığına səbəb olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Beyləqan rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili X1 rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili polis kapitanı X5 ilə eyni məzmunda izahat verərək, Z.Hacıyevin izahatında göstərdiyi xüsusatların doğruluğunu təsdiq etdi. İş materiallarına əlavə olunmuş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 19:55 radələrində Beyləqan rayon PŞ-nin inzibati binasının dəhlizində ucadan ünvansız nəlayiq söyüşlər söyərək xidməti vəzifələrini icra edən polis əməkdaşlarının narahatşılığına səbəb olan xırda xuliqanlıq hərəkətləri etmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili polis kapitanı X3 Beyləqan rayon PŞ-nin rəisi Rüstəm Cəfərova ünvanladığı raportdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 19:55 radələrində Beyləqan rayon PŞ-nin inzibati binasının dəhlizində ucadan ünvansız nəlayiq söyüşlər söyərək xidməti vəzifələrini icra edən polis əməkdaşlarının narahatçılığına səbəb olan xırda xuliqanlıq hərəkətləri etmişdir. Şəxs xırda xuliqanlıq hərəkətləri etməsi iş materialları, özünün etirafı və şahidlərin izahatı ilə kifayət qədər sübuta yetmişdir. Hesab edirəm ki, Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibi vardır. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbirləri görülməlidir Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Törədilmiş xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasına uyğun olaraq ona həbs növündə inzibati tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. İş materiallarından görünür ki, Şəxs barəsində 29 mart 2023-cü il tarixdə saat 19:55-də tutma protokolu tərtib edilmişdir. Ona görə də onun həbsinin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətində inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 29 mart 2023-cü il tarixdən, saat 19:55-dən hesablansın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Seyfəli Seyfullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar