Məhkəmə qərarları › İş №3(020)-327/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-327/2024

16.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-327/2024 16.04.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli,işsiz, Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 63-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 02:30 radələrində Beyləqan rayonu SMD-4 qəsəbəsində küçədə sərxoş vəziyyətdə ictimayi qaydanı mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bildi və izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə, gecə saat 02:30 radələrində Beyləqan şəhəri, SMD-4 qəsəbəsində yaşayan tanışının evində yeyib-içdikdən sonra özünə məxsus “Khazar” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib evinə gedən zaman ərazidə xidmətdə olan PPX-nin əməkdaşları onu saxlatmış və idarə etdiyi avtomobilin qabaq dövlət qeydiyyat nişanının olmadığını ona irad bildirərək avtomobilin qeydiyyat nömrəsinin nə səbəbə taxmadığını soruşaraq sənədləri təqdim etməsini ondan tələb etmişlər. O, polis əməkdaşları ilə söhbət edən zaman onun sərxoş vəziyyətdə olması hiss olunmuşdur. Polis əməkdaşları ondan nə səbəbə sərxoş vəziyyətdə avtomobil idarə etdiyini soruşduğuna görə polis əməkdaşları ilə arasında sözlü mübahisə yaranmışdır. Mübahisə zamanı sərxoş vəziyyətdə olduğundan özündə olmamış və özündən aslı olmayaraq küçədə ünvansız nalayiq ifadələr işlətmişdir. Həmin vaxt polis əməkdaşları onu nizam-intizamlı olmağa dəvət etmişlər. Lakin o, sərxoş vəziyyətdə olduğuna görə polisin qanuni tələbinə tabe olmayaraq öz hərəkətlərinə davam etmişdir. Bundan sonra polis əməkdaşları post patrul xidmətinin avtomobili ilə onu Beyləqan rayon PŞ-nin inzibati binasına gətirmişlər. Hərəkətlərindən peşimandır. Polis əməkdaşlarından üzr istəmişdir. Həmçinin himayəsində 5 və 10 yaşları olan iki azyaşlı övladı vardır. Ailənin yeganə qazanc gətirənidir. Göstərilənlərin nəzərə alınmasını və barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində izahat verən Beyləqan rayon PŞ-nin PPXB-nin polis nəfəri polis serjantı X2 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə, gecə saat 02:30 radələrində Beyləqan şəhəri SMD-4 qəsəbəsində avtopatrulla polis serjantı Anar Abbasovla birlikdə xidmətdə olan zaman hərəkətdə olan “Khazar” markalı, **-PX-*** d/q nişanlı avtomaşının qabaq hissəsində d/q nömrəsinin olmadığını görmüş və onlarda şübhə yaratdığından onlar həmin avtomobilə saxla işarəsi vermişlər. Sonradan adını bildikləri Beyləqan şəhər M.Ə.Rəsulzadə küçəsində yaşayan Şəxs avtomaşını saxlamış və onlar Şəxs sənədləri istəmişlər. Şəxs onlara sürücülük vəsiqəsinin olmadığını bildirmiş və söhbət zamanı Şəxs kəskin spirt qoxusu gəldiyinə görə Şəxs avtomobili sərxoş vəziyyətdə idarə etməsini hiss etmişlər. Ona görə də Şəxs rayon PŞ-nə dəvət etmişlər. Bu zaman Şəxs onlarla mübahisə etməyə başlamış və sərxoş vəziyyətdə ucadan ünvansız nalayiq söyüşlər söyməyə başlamışdır. Onlar Şəxs nizam-intizama dəvət etsələr də Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirdiyinə görə Şəxs Beyləqan rayon PŞ-nə aparaq NH-yə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində izahat verən Beyləqan rayon PŞ-nin PPXB-nin polis nəfəri polis serjantı X1 rayon PŞ-nin PPXB-nin polis nəfəri polis serjantı X2 ilə eyni məzmunda izahat verərək M.Məmmədovun izahatında göstərdiyi xüsusatların doğruluğunu təsdiq etdi. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 02:30 radələrində Beyləqan rayonu SMD-4 qəsəbəsində küçədə sərxoş vəziyyətdə ictimayi qaydanı mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Onun bu hərəkətləri özünün etirafı, şahidlərin izahatı ilə yanaşı, iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Hesab edirəm ki, Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibi vardır. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbirləri görülməlidir. Şəxs peşmançılıq çəkməsi, əməlini etiraf etməsi onun məsuliyyətini yüngülləşdirən hal hesab olunur. Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsində deyilir ki, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılıq hissi keçiməyi məsuliyyəti yüngülləşdirən hal hesab edilir Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xəta əməli törətmiş şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanin xarakterini, onun təqsirinin dərəcəsini, hərəkətindən səmimi peşimançılıq hissi keçirməsini və polis əməkdaşlarından üz istəməsini nəzərə alıb ona Azərbaycan Respublikası İXM-nin 535.1ci maddəsində nəzərdə tutulan cərimə növündə inzibati cəza təyin edilməsini qanuna və məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar