Məhkəmə qərarları › İş №3(020)-330/2025

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-330/2025

20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-330/2025 20.06.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Beyləqan rayon PŞ-nin DYPB-nin YNH üzrə inspektoru, polis kaöitanı X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1965-ci il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, təqaüdçü, Beyləqan şəhəri, R.Axundov küç e 54-də qeydiyyatda olan, Şəxs barəsində Beyləqan rayon polis şöbəsinin X9 Bölməsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 09:30 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Vaz 2106” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan şəhəri magistral küçəsi ilə hərəkətdə olan zaman geri dönmə əməliyyatını düzgünyerinə yetirməmiş və X2 idarə etdiyi “KİA” Sportage” minik markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi zamanı X4 məxsus avtomobilə maddi ziyan dəymişdir. Qeyd olunanlara əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 20 iyun 2025-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Beyləqan rayon PŞ-nin DYPB-nin YNH üzrə inspektoru, polis kapitanı X5 tərtib edilmiş protokolu müdafiə edərək izahatında göstərmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 09:30 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Vaz 2106” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan şəhəri magistral küçəsi ilə hərəkətdə olan zaman geri dönmə əməliyyatını düzgün yerinə yetirməmiş və X2 idarə etdiyi “KİA Sportage” minik markalı, **- OJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi zamanı X4 məxsus avtomobilə maddi ziyan dəymişdir. Hadisədən xəbərdar olduqdan sonra yolnəqliyyat hadisəsinin baş verdiyi yerə gedərək yol-nəqliyyat hadisəsinin sxemini çəkmiş və şəhər təhlükəsizlik kameralarına baxış keçilmişdir. Araşdırma zamanı Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququnun olmadığı məlum olmuşdur. Ona görə də Şəxs barəsində İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə vermişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə, saat 09:30 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Vaz 2106” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan şəhəri magistral küçəsi ilə hərəkətdə olan zaman geri dönmə əməliyyatını düzgün yerinə yetirməmiş və X2 idarə etdiyi “KİA” Sportage minik markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi zamanı X4 məxsus avtomobilə maddi ziyan dəymişdir. Toqquşma zamanı xəsarət almamışdır. İkinci qrup əlildir. Əməlindən peşmandır. Dəymiş ziyanı ödəmişdir. Zərərçəkmiş şəxsin şikayət və tələbi yoxdur. Göstərilənləri nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə zərərçəkmiş şəxs X4 telefon vasitəsilə məlumat verilmiş və o, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ona dəymiş ziyanın ödənildiyini bildirərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, məhkəmə iclasının zərərçəkmiş şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: "Yol-nəqliyyat hadisəsinin sxemi”ndən görünür ki, Şükürov X3 şəhəri magistral küçəsində “Vaz 2106” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomaşınla geri dönmə əməliyyatını düzgün yerinə yetirməmiş hərəkətdə olan “KİA Sportage” minik markalı, **- OJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Sərxoşluq vəziyyətinin müəyyən edilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs qeyd olunan inzibati xətanı törədən zaman sərxoş vəziyyətdə olmamışdır. DİN-nin DYP X6 görünür ki, Şəxs sürücülük vəsiqəsinin müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. Yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın müəyyən edilməsi haqqında 18 iyun 2025-ci il tarixli, 098 nömrəli aktdan görünür ki, xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X2 idarə etdiyi KİA” Sportage minik markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1000 (bir min) manat maddi ziyan dəymişdir. Elektron məhkəmə informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, Şəxs İİ dərəcəli əlildir. Məhkəmə, inzibati xəta haqqında protokolda mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, iş üzrə icraat materiallarına və digər sənədlərə tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etməsi nəticəsində inzibati xəta törətdiyindən o, inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1- ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.2-ci maddəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs İİ dərəcəli əlil olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə almış, lakin ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini və İİ dərəcəli əlil olmasını olmasını nəzərə alaraq, barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar