Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-331/2025 17.07.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Beyləqan rayon polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X18 tərəfindən icraatında olan HK-1/1182 nömrəli material üzrə 01 may 2025-ci il tarixdə cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilmiş, X4 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi olduğundan qərarın surəti müvafiq tədbir görülməsi üçün Beyləqan PŞ-in DYPB-nə göndərilmişdir. Həmin qərar əsasında Beyləqan Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin YNH üzrə inspektoru polis kapitanı X10 tərəfindən tərtib edilmiş 21 may 2025-ci il tarixli, İXP saylı ******* №-li inzibati xəta haqqında protokol baxılması üçün Beyləqan Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, X11 xx.xx.2024-cü il tarixdə saat 23 radələrində 0.177(sıfır tam yüz yetmiş yeddi) promilli miqdarında alkoqol sərxoşluğu vəziyyətində, etibarnamə əsasında sürücülük vəsiqəsi olmaqla idarə etdiyi VAZ-21074 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil Daşburun-Əhmədli-Dünyamalılar avtomobil yolunun Əhmədli kəndi ərazısındən keçən hissəsində üzü Dünyamallar kəns istoqamətində hərəkətdə olan zaman əks istiqamətli hərəkət zolağına çıxıb manevr qaydalarını pozaraq əks hərəkət zolağından gələn Zərərçəkmiş şəxs etibarnamə əsasında sürücülük vəsiqəsi olmaqla idarə etdiyi VAZ-21074 markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobililə toqquşmuş, nəticədə X7 özü sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır bədən xəsarəti, VAZ-21074 markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sürücüsü X1 qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarəti, həmin avtomobildə qabaq sərnişin oturacağında əyləşmiş X12 isə sağlamlığa zərər vurmayana xəsarətlər olduğu üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri almışdırlar. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, inzibati xəta haqqında protokolu tərtib etmiş orqana və zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdirlər. Ona görə də məhkəmə təvə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 327.8-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati xəta haqqında işə əlavə edilmiş, Beyləqan rayon polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X18 icraatında olan HK-1/1182 nömrəli material üzrə 27 may 2025-ci il tarixdə cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi olduğundan qərarın surəti müvafiq tədbir görülməsi üçün Beyləqan PŞ-in DYPB-nə göndərilmişdir. Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 08 aprel 2025-cı il tarixli 8/591 saylı rəyindən görünür ki, “Vaz 21074” markalı, 22- BM-156 dövlət-qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanunun 36-cı maddəsinin 1 ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü H.Bəndalızadə maksimum hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 70 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 90 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24”Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə-tibbi ekspertizasının 09 iyul 2024-cü il tarixli 501/24 saylı rəyə əsasən X2 dirsək sümüyünün fraqmentləri yerini dəyişmiş qapalı sınığı, kürək nahiyəsində isə qançır müəyyən olunmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat qəzası zamanı avtomaşın salonunun qabarıq interyerlərinə dəyməsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə gorə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aiddirlər. Məhkəmə-tibbi ekspertizasının 09 iyul 2024-cü il tarixli 502/24 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs təpə nahiyəsində əzilmiş yara aşkar olunmuşdur Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat qəzası zamanı avtomaşın salonunun qabarıq interyerlərinə dəyməsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddirlər. Məhkəmə-tibbi ekspertizasının 09 iyul 2024-cü il tarixli, 503/24 nömrəli rəyinə əsasən X3 dirsək oynağı nahiyəsində qançır, sağ diz oynağı nahiyəsində isə sıyrıq aşkar olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni 05 07.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat qəzası zamanı avtomaşın salonunun qabarıq interyerlərinə dəyməsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. İnsan psixikasına təsir edən istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi müayinə protokoluna əsasən Şəxs hadisə zamanı 0.177 (sıfır tam yüz yetmiş yeddi) promilli miqdarında alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Azərbaycan Respublikasının İXM-in 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə -üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin İXM-nin 21-ci maddəsiə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən Şəxs inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən səxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilən cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №3(020)-331/2025
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-331/2025
17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver