Məhkəmə qərarları › İş №3(020)-335/2025

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-335/2025

23.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-335/2025 23.06.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Bеyləqаn Rayon Məhkəməsinin hakimi Səfərоv Səbuhi Əlifаğа oğlunun sədrliyi, məhkəmə iclasının katibi Хаnkişiyеv Bəхtiyаr Еyvаz oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Bеyləqаn rayon İcra və Probasiya şöbəsinin icrа məmuru X1 iştirakları ilə, 26 sentiyabr 1989-cu il tarixdə Beyləqan rаyоnu, Dünyamalılar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, аiləli, işsiz, Beyləqan rаyоnu, Dünyamalılar kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Bеyləqаn rayon İcra və Probasiya şöbəsindən (bundan sonra – Bеyləqаn RİPŞ) daxil olmuş 23 iyun 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Bеyləqаn Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Borclu Şəxs (bundan sonra borclu) Beyləqan rayonu 1 saylı notariat kontorunun 8i- 7695 saylı, 17 noyabr 2024-cü il tarixli icra sənədi üzrə tələbkar "xxxx" ASC-nin (bundan sonra tələbkar) xeyrinə 7425 (yeddi min dörd yüz iyirmi beş) mаnаt məbləğində borcunu üzrsüz səbəbdən ödəməməklə, həmin icra sənədindəki tələbi icra məmuru tərəfindən lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Beyləqan RİPŞ-nin icra məmuru X2 tərəfindən borclunun Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş 23 iyun 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Z.İ.Əhmədov verdiyi izahatında göstərmişdir ki, Beyləqan rayonu 1 saylı notariat kontorunun 8i-7695 saylı, 17 noyabr 2024-cü il tarixli icra sənədi üzrə tələbkar "xxxx" ASC-nin xeyrinə 7425 mаnаt məbləğində borc məbləği Nərimanov Rahil Hicran oğlundan tutularaq ödənilməlidir. O, həmin icra sənədi üzrə 17 dekabr 2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmiş, qərarın surəti və tələbin könüllü icrası haqqında bildirişi borclunun yaşadığı ünvana göndərmişdir. Lakin, borclu qeyd olunan məbləğdən hər hansı bir formada ödəniş etməmişdir. Hazırda borclunun tələbkara olan borcu cəmi 7425 manat təşkil edir. Borcunu ödəməsi ilə əlaqədar borclu Beyləqan RİPŞ-yə dəvət edilsə də gəlməmiş və yaşadığı ünvanda aşkar edilməmişdir. Bu səbəbdən barəsində 11 aprel 2025-ci il tarixli qərarla axtarış elan edilmiş və Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən onunla əlaqə saxlanıldıqdan sonra gəlmişdir. Hazırda tələbkar borcludan borcunu birdəfəlik tam həcmdə ödəməsini tələb edir. Göstərdiklərinə əsasən borclu onun həmin icra sənədinin icrası ilə əlaqədar etdiyi qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də 23 iyun 2025-ci il tarixdə borclu barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, "xxxx" ASC-yə 7425 mаnаt məbləğində borcunun olmasından məlumatlıdır. Lakin, əvvəl keçirmiş olduğu avtomobil qəzasına görə, sonra isə maddi imkansızlığı səbəbindən həmin borc məbləğini ödəyə bilməmişdir. Bu borcla əlaqədar Beyləqan RİPŞ-yə çağrılmasından və gəlməli olmasıdan məlumatlı olmamışdır. Lakin, Beyləqan rayon polis şöbəsindən ona zəng etmələrindən sonra o, icra şöbəsinə icra məmurunun yanına gəlmişdir. Buna görə də iş üzrə əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranmasını mübahisələndirmir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş materiallarına əlavə edilmiş müvafiq sənədlərin surətləri əsasında 23 iyun 2025ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və onu tərtib etmiş Beyləqan RİPŞnin icra məmuru X1 məhkəmə iclasında verdiyi izahatında göstərilmiş işin faktiki hallarının iş materiallarında eyni məzmunda öz əksini tapdığını, xüsusilə də işin faktiki hallarının yuxarıda göstərilmiş məzmunda olduğunu müəyyən edir. Beləliklə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi: - məhkəmə iclasında özünün verdiyi etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan sənədlərlə və işin faktiki halları ilə tam sübuta yetirilmişdir. - Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də R.H.Nərimanov həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə R.H.Nərimanovun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən R.H.Nərimanovun törətdiyi inzibati xətanın xarakterini, onun qeyd olunan borc məbləğinin uzun müddət öncədən yaranmasına baxmayaraq ödəməyə çalışmamasını, əksinə yayınmasını, Beyləqan rayon İcra və Probasiya şöbəsinə gəlməməsini, barəsində axtarış elan olunmasını şəxsiyyətini xarakterizə edən hal kimi, həmçinin təqsirinin dərəcəsi, əmlak vəziyyəti, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində 9 (doqquz) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilməsi zəruridir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 9 (doqquz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 23 iyun 2025-ci il tarixdən saat 18:20-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Bеyləqаn Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bеyləqаn Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Səbuhi Səfərоv

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar