Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-337/2024 24.04.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X3, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1958-ci ildə Beyləqan rayonunda anadan olmuş, subay, orta təhsilli, təqaüdçü, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, Beyləqan şəhəri, Ə.Vahid küçəsi ev 16-da qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Beyləqan rayon məhkəməsinin 2(020)-831/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 20150 manat pul alınıb X2 verilməlidir. Şəxs icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə Beyləqan rayon məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 3(020)-748/2023 saylı qərarı ilə 500 manat məbləğində inzibati qaydada cərimə edilməsinə baxmayaraq həmin qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində həmin icra sənədini üzürsüz səbəbdən icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-831/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədinə əsasən ondan 20150 manat pul alınıb X2 verilməsi barədə qərar qəbul edilmişdir. İcra sənədi üzrə borcundan müxtəlif vaxtlarda hissə-hissə 3800 manat ödəmiş, lakin sonradan çatdıra bilmədiyindən İcra sənədi üzrə borcu ödənilməmiş qalmışdır. Təqaüdçüdür aylıq 370 manat əmək pensiyası alır. Başqa gəlir yeri yoxdur. Təkbaşına yaşayır. Aldığı əmək pensiyasını özünün dolanışığına sərf edir. Qalan pulu da yığaraq borcundan ödəməyə çalışır. Hazırda icra sənədi üzrə borcundan 200 manat ödəməyə maddi imkanı çatır. Qalan borcunu isə hissə-hissə ödəyəcəkdir. İcra məmuru tərəfindən rayon İcra və probasiya şöbəsinə dəvət olunmuş, izahatı alınmış və hüququ və vəzifələri izah olunaraq ondan icra sənədi üzrə olan borcunun ödənilməsi tələb olunmuşdur. O, borcunu ödəməkdən boyun qaçırmır. Lakin hazırda yüksək məbləğdə ödəniş etmək üçün maddi imkanı yoxdur. Hazırda borcundan ödəniş etmişdir. Qalan borcunu hissə-hissə ödəyəckdir. Göstərilənləri nəzərə alıb, icra sənədi üzrə borcunu ödəməkdən boyun qaçırmadığını nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-831/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 20150 manat pul alınıb X2 verilməlidir. İcra sənədi onun icraatına daxil olduqdan sonra Şəxs icra sənədi üzrə borcundan müxtəlif vaxtlarda olmaqla 3800 manat ödəniş etmiş, lakin sonradan heç bir ödəniş etməmişdir. 14 avqust 2023-cü il tarixdə icra sənədi üzrə borcunu ödəmədiyindən Şəxs barəsində protokol tərtib olunmuş, məhkəmənin qərarı ilə 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Şəxs barəsində qəbul edilən cərimə cəzasından sonra qanuni icra tədbirləri görülməsinə baxmayaraq heç bir ödəniş etməmiş, nəticədə icra sənədi üzrə borcu bu günədək ödənilməmiş qalmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Lakin Şəxs icra sənədi üzrə borcunu bu günədək ödəməmişdir. Ona görə də Şəxs barəsində inzibati protokol tərtib edərək məhkəməyə vermişdir. İşdə Beyləqan rayon məhkəməsinin 2(020)-831/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 20150 manat pul alınıb X2 verilməlidir. İşdə olan Beyləqan rayon məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 3(020)-748/2023 saylı qərarından görünür ki, Şəxs məhkəmənin qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İşə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, borclu Şəxs 230 manat pulu tələbkar X1 plastik kart hesabına ödəmişdir. Məhkəmə iş materiallarını araşdırıb, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 izahatlarını dinləyib, hesab edir ki, borclu Şəxs tələbkara olan borcunu ödəməkdən boyun qaçırmadığından və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən imtina etmədiyindən onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində göstərilən inzibati xətanın tərkibi yoxdur. Belə ki, Şəxs borcunu ödəməkdən boyun qaçırmamış, müxtəlif vaxtlarda olmaqla icra sənədi üzrə borcundan 3800 manat ödəmiş, hazırda da borcundan 230 manat tələbkara ödəmiş, bunu sübut edən qəbzi də məhkəməyə təqdim etmişdir. Qalan borcunu isə hər ay hissə-hissə ödəyəcəyini bildirmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmədə müəyyən edildi ki, borclu Şəxs icra sənədi üzrə borcundan 230 manatı tələbkara ödəmiş və bunu sübut edən qəbzi məhkəməyə təqdim etmişdir. Qalan borcunu isə hər ay hissə-hissə ödəyəcəyi barədə məhkəmədə söz vermişdir. Onun icra sənədini üzürsüz səbəbdən icra etməməsi, yəni borcunu ödəməkdən boyun qaçırması məhkəmə iclasında sübuta yetməmişdir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində həmin inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Hesab edirəmki yuxarıda göstərilən hallara əsasən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinin tərkib hissəsi olmadığından, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 və 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin tərkib hissəsi olmadığından, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardadan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-337/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-337/2024
24.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver