Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 3(020)-338/2024 17.04.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Nurullayev Ramiz Vəliş oğlu, X1 inzibati xəta haqqında qərarın ləğv edilməsi və həmin iş üzrə icraata xitam verilməsi barədə şikayətinə baxaraq, Müəyyənetdi: X2 inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli qərarın ləğv edilməsi və həmin iş üzrə icraata xitam verilməsi barədə şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayətlə bağlı iş materialları öyrənilərkən şikayətə baxılmasının qeyri-mümkün olduğu müəyyən edilmişdir. Belə ki, X2 məhkəməyə şikayət yazaraq xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli qərarın ləğv edilməsi və həmin iş üzrə icraata xitam verilməsi barədə şikayətlə aidiyyəti üzrə məhkəməyə müraciət etmişdir. X4 məhkəməyə müraciət edərkən hansı orqanın hansı qərarlarından şikayət verilməsi, qərarın hansı orqan tərəfindən qəbul edilməsi göstərməmiş, həmçinin barəsində tərtib olunan inzibati xəta haqqında qərarı şikayətinə əlavə etməmişdir. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarlarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında qərardan şikayətə məhkəmə qaydasında baxılması mümkün olmadığından inzibati material üzrə şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə müvafiq olaraq protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər səndlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, məhkəmə, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə şikayət geri qaytarılmalıdır. H.Abbasova izah edilir ki, qərardan şikayət verərkən (qərarların nömrəsi, tarixi hansı orqan tərəfindən verilməsi, qərara xitam verilməsi əsasları göstərilməklə) həmçinin barəsində tərtib tərtib olunmuş inzibati tənbehvermə haqqında qərarı şikayətinə əlavə etməklə şikayət vermək hüququ vardır. Göstərilənlərə əsasən və İXM-in 109, 129-130-cü maddələrini rəhbər tutaraq, Qəraraaldı: X1 xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli qərarın ləğv edilməsi və həmin iş üzrə icraata xitam verilməsi barədə şikayəti şikayəti geri qaytarılsın. Qərardaddan onun surəti tərəflərə rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-338/2024
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №3(020)-338/2024
17.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver