Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-339/2024 02.05.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Cəbrayıl rayonu, Qışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, işsiz, orta təhsilli, ailəli, Cəbrayıl rayonu, Qışlaq kəndində qeydiyyatda olan, Beyləqan rayonu Qəhrəmanlı qəsəbəsində yaşayan Şəxs barəsində Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Şəxs 11 aprel 2024-cü il tarixdə saat 20.05 radələrində özünə məxsus iri buynuzlu heyvanları otlaq sahəsində evinə aparan zaman Beyləqan rayon Qəhrəmanlı qəsəbəsində hərəkətdə olan “Daymler-Benz 124” markalı, **-VA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil yolda olan 1 baş iribuynuzlu malı vurmuşdur. Hadisə zamanı Zərərçəkmiş şəxs məxsus avtomobil əzilmiş, Zərərçəkmiş şəxs maddi zərər dəymişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı olmadan işdə olan sənədlər əsasında baxılmağı mümkün hesab etdi. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, 11 aprel 2024-cü il tarixdə axşam saat 20:05 radələrində “Daymler-Benz 124” markalı, **-VA- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Beyləqan rayon Qəhrəmanlı qəsəbəsi ərazisində sutkanın qaranlıq vaxtı olduğu üçün yaxın vuran işıqlardan istifadə edərək hərəkətdə olan zaman yolun sağında həmkəndlisi Şəxs Ehtibar oğlunun atla hərəkət edərək qarşısında bir baş iribuynuzlu heyvan apardığını görmüşdür. Həmin heyvanın yanından keçərkən heyvan qəfl avtomobilin qabağına qaçmışdır. O, avtomobili sola tərəf yolun mərkəzinə çəksə də, avtomobillə bir baş heyvanı vurmuşdur. Heyvan hadisə yerində ölmüşdür. Avtomobili idarə edən zaman avtomobildə tək olmuşdur. Yol-nəqliyyat hadisəsi zamanı ona məxsus avtomobilə 2676 (iki min altı yüz yetmiş altı) manat maddi zərər dəymişdir. Dəymiş zərər Şəxs tərəfindən ödənilməmişdir. Zərərin ödənilməsini tələb edir. Şəxs heyvanı yola yaxın məsafədə apardığına görə hadisə baş vermişdir. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 11 aprel 2024-cü il tarixdə saat 20.05 radələrində özünə məxsus iri buynuzlu heyvanları otlaq sahəsində evinə aparan zaman Beyləqan rayon Qəhrəmanlı qəsəbəsində hərəkətdə olan “Daymler- Benz 124” markalı, **-VA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil yolda olan 1 baş iribuynuzlu malı vurmuşdur. Hadisə zamanı Zərərçəkmiş şəxs məxsus avtomobil əzilmiş, Zərərçəkmiş şəxs maddi zərər dəymişdir. Qəza zamanı Zərərçəkmiş şəxs idarə etdiyi “Daymler-Benz 124” markalı, **-VA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə maddi zərər dəyməsi iş materialları ilə kifayət qədər sübuta yetrilmişdir. İşə əlavə edilmiş “İnsan psixikasına təsir edən maddələrin istehlak və sərxoşluq hallarının bütün növlərini təyin Zərərçəkmiş şəxs hadisə vaxtı sərxoş vəziyyətdə olmamışdır. İşdə olan "xxxx" MMC tərəfindən yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın müəyyən edilməsi üçün tərtib olunmuş 16 aprel 2024-cü il tarixli, SA-051 saylı ziyan aktından görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs idarə etdiyi “Daymler-Benz 124” markalı, **-VA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil əzilmiş, qırılmış deformasiyaya uğrayaraq yarasız vəziyyətə düşməsi nəticəsində 2676 (iki min altı yüz yetmiş altı) manat dəyərində ziyan dəyməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 338.5.1-ci maddəsinə görə mal-qaranın yolda nəzarətsiz qoyulmasına; 338.5.2. mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə; Həmin Məcəllənin 338.7-ci maddəsinə görə Bu Məcəllənin 338.4 və 338.5ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXMnin 338.7-ci maddəsinin tərkibi vardır. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə müəyyən edildi ki, xx.xx.2024-c il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs idarə etdiyi “Daymler-Benz 124” markalı, **-VA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş 2676 (iki min altı yüz yetmiş altı) dəyərində ziyan Şəxs tərəfindən ödənilməmişdir. Azərbaycan Respublikası İXM-nin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Zərərçəkmiş şəxs dəymiş zərərlə bağlı mübahisə olması müəyyən edildiyindən mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququ olması izah edilməlidir. İnzibati xəta törədən Şəxs törətdiyi xətanın xarakterini, xüsusiyyətlərini onun təqsirinin dərəcəsini alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini qanuna və məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117,128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından, Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Zərərçəkmiş şəxs dəymiş zərərlə bağlı gələcəkdə mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququ olması izah edilsin Qərardan onun sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-339/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-339/2024
02.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver