Məhkəmə qərarları › İş №3(020)-341/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-341/2024

18.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-341/2024 18.04.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X2, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1980-ci ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı,azərbaycanlı, ailəli, orta təhsilli, işsiz, Beyləqan rayonu, RTS qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Beyləqan rayon məhkəməsinin 2(020)-29/2023 saylı, 21 noyabr 2024-cü il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay bir uşağa görə 150 manat sabit pul məbləğində aliment tutularaq xx.xx.2006-cı ildə anadan olan Fidan, xx.xx.2009-cu ildə anadan olan Aydan və xx.xx.2014-cü ildə anadan olan Ayan adlı uşaqlarının saxlanılması üçün X1 verilməlidir. Şəxs icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə Beyləqan rayon məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 3(020)-9/2024 saylı qərarı ilə 8 gün müddətinə inzibati qaydada həbs edilməsinə baxmayaraq həmin qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində həmin icra sənədini üzürsüz səbəbdən icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-29/2023 saylı, 21 noyabr 2024-cü il tarixli icra sənədinə əsasən ondan xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay bir uşağa görə 150 manat sabit pul məbləğində aliment tutularaq xx.xx.2006-cı ildə anadan olan Fidan, xx.xx.2009-cu ildə anadan olan Aydan və xx.xx.2014-cü ildə anadan olan Ayan adlı uşaqlarının saxlanılması üçün X1 verilməlidir. Maddi imkanı olmadığından icra sənədi üzrə alimenti ödəyə bilməmiş, nəticədə icra sənədi üzrə aliment borcu ödənilməmiş qalmışdır. İcra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə icra şöbəsinə çağırılmış və aliment borcunu ödəməsi tələb edilmişdir. Aliment borcunu ödəyə bilmədiyindən icra məmuru tərəfindən barəsində inzibati protokol tərtib edilərək məhkəməyə verilmişdir. Beyləqan rayon məhkəməsinin 12 yanvar 2024-cü il tarixli, 3(020)-9/2024 saylı qərarı ilə 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Həbsdən çıxdıqdan sonra icra sənədi üzrə alimenti ödəmiş, lakin yaranmış aliment borcundan heç bir ödəniş etməmiş, nəticədə icra sənədi üzrə 1650 manat aliment borcu ödənilməmiş qalmışdır. İcra məmuru tərəfindən rayon İcra və probasiya şöbəsinə çağırılmış və icra sənədi üzrə olan aliment borcunu ödəməsi tələb edilmişdir. İcra şöbəsində verdiyi izahatında aliment borucunu ödəmək üçün icra məmurundan vaxt istəmişdir. Gündəlik fərdi işlərlə məşğul olaraq əldə etdiyi qazancı özünün dolanışığına ancaq kifayət edir. Hazırda icra sənədi üzrə aliment borcundan ödəniş edə bilmir. Gələcəkdə maddi imkanı olarsa borcunu alimentlə birlikdə hissə-hissə ödəyəcəkdir. Göstərilənləri nəzərə alıb barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-29/2023 saylı, 21 noyabr 2024-cü il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay bir uşağa görə 150 manat sabit pul məbləğində aliment tutularaq xx.xx.2006-cı ildə anadan olan Fidan, xx.xx.2009-cu ildə anadan olan Aydan və xx.xx.2014-cü ildə anadan olan Ayan adlı uşaqlarının saxlanılması üçün X1 verilməlidir. Şəxs barəsində qanuni icra tədbirləri görülməsinə baxmayaraq icra sənədi üzrə borcundan heç bir ödəniş etməmişdir. Şəxs icra sənədi üzrə borcunu ödəmədiyindən barəsində 12 yanvar 2024-cü il tarixdə protokol tərtib olunmuş, məhkəmənin qərarı ilə 8 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Həbsdən çıxdıqdan sonra qanuni icra tədbirləri görülməsinə baxmayaraq Şəxs aliment borcundan heç bir ödəniş etməmiş, nəticədə icra sənədi üzrə 1650 manat aliment borcu bu günədək ödənilməmiş qalmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Şəxs icra şöbəsinə gəlmiş və izahat verərək aliment borcunu ödəməsi üçün maddi imkanı olmadığını bildirmişdir. Tələbkar isə çoxsaylı şikayətlər edərək alimentin ödənilməsini tələb etmişdir. Ona görə də Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-29/2023 saylı, 21 noyabr 2024-cü il tarixli icra sənədindən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay bir uşağa görə 150 manat sabit pul məbləğində aliment tutularaq xx.xx.2006-cı ildə anadan olan Fidan, xx.xx.2009-cu ildə anadan olan Aydan və xx.xx.2014-cü ildə anadan olan Ayan adlı uşaqlarının saxlanılması üçün X1 verilməlidir. İşdə olan Beyləqan rayon məhkəməsinin 12 yanvar 2024-cü il tarixli, 3(020)-9/2024 saylı qərarından görünür ki, Şəxs icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməməsi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Beyləqan rayon məhkəməsinin 12 yanvar 2024-cü il tarixli, 3(020)-9/2024 saylı qərarı ilə 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilməsinə baxmayaraq həmin qərar qanuni qüvvəyə mindiyi gündən bir il müddətinə həmin icra sənədini üzürsüz səbəbdən icra etməməsi, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kifayət qədər sübuta yetirilmişdir. Ona görə də, Şəxs İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətinixarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini və hazırda da borcunu ödəməməsi, tələbkarın borcun ödənilməsində israrlı olmasını, habelə onun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati həbs növündə cəza verilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 və 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş xəta əməlini törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 18 aprel 2024-cü il tarixdən, saat 17:50-dən hesablansın. Qərardadan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar