Məhkəmə qərarları › İş №3(020)-343/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-343/2024

19.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-343/2024 19.04.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1985-ci ildə Beyləqan rayonu Örənqala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, Beyləqan rayonu Örənqala qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 10:30 radələrində Beyləqan rayonu Örənqala qəsəbəsinin mərkəzində ictimai yerdə sərxoş vəziyyətdə ucadan ünvansız nalayiq söyüşlər söyərək xırda xuliqanlıq hərəkətləri etmişdir. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bildi və izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 10:30 radələrində Beyləqan rayonu Örənqala qəsəbəsində yerləşən marketdən “Go” spirtli içki alıb içə-içə qəsəbənin mərkəzinə getmişdir. Qəsəbənin mərkəzində olan zaman uca səslə ünvansız nalayiq ifadələr işlətmişdir. Bundan sonra rayon PŞ-nin əməkdaşı ona yaxınlaşaraq özünü təqdim etmiş və ona söyüş söyməməyi bildirmişdir. O, həmin vaxt sərxoş olduğundan polis əməkdaşına məhəl qoymamış və yenidən nalayiq ifadə işlətmişdir. Bundan sonra polis əməkdaşı onu polis şöbəsinə dəvət etmişdir. O, polis əməkdaşı ilə rayon polis şöbəsinə getmişdir. Hadisə zamanı sərxoş vəziyyətdə olduğundan özündə olmamışdır. Törətdiyi əməldən peşimandır. Birdaha belə hərəkətlər yol verməyəcəkdir. Göstərilənlərin nəzərə alınmasını və barəsində qanuni qərar verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Beyləqan rayon PŞ-nin İTB-nin polis sahə nəfəri polis serjantı X1 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 10:30 radələrində RPŞ-nin polis sahə nəfəri polis serjantı Vüqar Hümbətovla birlikdə Beyləqan rayon Örənqala kəndində xidmətdə olan zaman bir nəfər şəxsin kənd ərazisində ictimai yerdə ünvansız nalayiq söyüşlər söydüyünü eşitmişdir. Bu zaman o, həmin şəxsə yaxınlaşmış və özünü təqdim edərək həmin şəxsi nizam-intizama dəvət etmişdir. Lakin həmin şəxs onun qanuni tələbinə tabesizlik edərək ona məhəl qoymamış, qanunsuz hərəkətlərini davam etdirərək küçədə ucadan nalayiq ifadələr işlədərək orada olan kənd sakinlərinin narahatçılığına səbəb olan xırda xuliqanlıq hərəkətləri etmişdir.Bu səbəbdən də həmin şəxsi rayon PŞ-nin inzibati binasına gətirərək NH-yə təhvil vermişdir. Polis şöbəsində həmin şəxsin Beyləqan rayonu Örənqala qəsəbə sakini Şəxs olduğu məlum olmuşdur. İş materiallarına əlavə olunmuş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 10:30 radələrində Beyləqan rayonu Örənqala qəsəbəsinin mərkəzində ictimai yerdə sərxoş vəziyyətdə ucadan ünvansız nalayiq söyüşlər söyərək xırda xuliqanlıq hərəkətləri etmişdir. Şəxs xırda xuliqanlıq hərəkətləri etməsi iş materialları, özünün etirafı və şahidin izahatı ilə kifayət qədər sübuta yetmişdir. Hesab edirəm ki, Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 510cu maddəsinin tərkibi vardır. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbirləri görülməlidir Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Törədilmiş xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini, sərxoş vəziyyətdə xırda xuliqlanlıq hərəkətləri etməsini, onun təqsirinin dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasına uyğun olaraq həbs növündə inzibati tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 13:00-da inzibati qaydada tutulmuşdur. Ona görə də onun həbsinin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, 7 (yeddi) gün müddətində inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 18 aprel 2024-cü il tarixdən, saat 13:00-dan hesablansın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar