Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-344/2024 22.04.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X4, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Beyləqan rayonu, Dünyamalılar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, “Starlux” spirt sexində işləyən, Beyləqan rayonu, Dünyamalılar kəndində qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində Binə atcılıq qəsəbəsində yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1738/2023 saylı, xx.xx.2023-cu il tarixli məhkəmə əmrinə əsasən Şəxs 17000 (on yeddi min) manat və dövlət rüsumu kimi ödənilmiş 141 manat pul alınıb X3 veriləməlidir. İş üzrə icra sənədi Beyləqan rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş və «icraata başlamaq haqqında» qərar qəbul edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq borclu Şəxs ona verilmiş müddət ərzində icra sənədi üzrə tələbi təmin etməmişdir. Ona görə də, icra məmuru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1738/2023 saylı, xx.xx.2023-cu il tarixli məhkəmə əmrinə əsasən ondan 17000 (on yeddi min) manat və dövlət rüsumu kimi ödənilmiş 141 manat pul alınıb X3 veriləməlidir. İcra sənədi üzrə borcunu ödəməsi üçün rayon İcra şöbəsindən onun ünvanına bir neçə dəfə çağırış məktubu göndərilmiş, icra məmurunun çağırış məktubunu aldıqdan sonra icra şöbəsinə getmiş və icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah olunaraq icra sənədi üzrə borcunu ödəmək üçün 10 gün könüllü vaxt verilmişdir. Həmin vaxt icra məmuruna hazırda maddi imkanının olmadığını, lakin tezliklə icra sənədi üzrə borcundan bir qismini ödəyəcəyini bildirmişdir. Lakin rəsmi olaraq işləmədiyindən və maddi imkanı olmadığından icra sənədi üzrə borcundan tələbkara ödəniş edə bilməmişdir. Bir neçə aydır ki, “Starlux” spirt sexində işə düzəlmiş və işə düzəldikdən sonra bir neçə aydır ki, icra sənədi üzrə borcundan hissə-hissə ödənişlər. edir. İcra məmuru tərəfindən rayon icra şöbəsinə çağırılmış icra məmuru onunla söhbət apararaq borcunu tam olaraq ödəməsini ondan tələb etmiş, lakin icra məmuruna borcunu tam ödəmək üçün maddi imkanının olmadığını bildirmişdir. Ona görə də icra məmuru barəsində inzibati xəta haqqında protokol tərtib edərək onu məhkəməyə gətirmişdir. Məhkəməyə gələn zaman ailə üzvlərinə və qohumlarına məhkəməyə aparıldığını bildirmiş və hazırda qohumlarının köməyi ilə icra sənədi üzrə borcundan tələbkara 2000 manat ödəniş etmiş, qalan borcunu isə hər ay hissə ödəyəcəkdir. İcra sənədi üzrə borcundan hazırda 2000 manat ödədiyini, icra sənədi icra etməkdən boyun qaçırmadığını nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1738/2023 saylı, xx.xx.2023-cu il tarixli məhkəmə əmrinə əsasən Şəxs 17000 (on yeddi min) manat və dövlət rüsumu kimi ödənilmiş 141 manat pul alınıb X3 veriləməlidir. Borclu Şəxs barəsində qanuni icra tədbirləri görülmüş, borclu son aylarda icra sənədi üzrə borcundan bir neçə dəfə hissə-hissə ödəniş etmişdir. Lakin tələbkar hissə-hissə ödənişlə razılaşmadığından yuxarı instansiyaya birneçə dəfə şikayətlər ünvanlamışdır. Ona görə də Şəxs icra şöbəsinə dəvət olunmuşdur. Onun çağırışı əsasında Şəxs rayon İcra və probasiya şöbəsinə gəlmiş və icra şöbəsində izahat verərək icra sənədi üzrə borcundan hazırda heç bir edə bilməyəcəyini bildirmişdir. Ona görə də Şəxs barəsində inzibati protokol tərtib edərək məhkəməyə vermişdir. Şəxs hazırda məhkəməyə gətrildikdən sonra icra sənədi üzrə borcundan 2000 manat ödəyəcəyini qalan borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-1738/2023 saylı, xx.xx.2023-cu il tarixli məhkəmə əmrindən görünür ki, Şəxs 17000 (on yeddi min) manat və dövlət rüsumu kimi ödənilmiş 141 manat pul alınıb X3 veriləməlidir. İş materialına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, icra sənədi üzrə borclu Şəxs icra sənədi üzrə borclu olduğu puldan 2000 (iki min) manat pulu tələbkar X1 hesabına ödəmişdir. Məhkəmə iş materiallarını araşdırıb, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru Azər Quliyevin izahatlarını dinləyib, hesab edir ki, borclu Şəxs icra sənədi üzrə borcunu maddi imkanı olmadığından ödəməmiş, hazırda isə icra sənədi üzrə borcundan 2000 manat pulu tələbkarın kartına ödəmiş, qalan borcunu isə hissə-hissə ödəyəcəyi barədə söz vermişdir. Onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanın tərkibi yoxdur. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmədə müəyyən edildi ki, icra sənədi üzrə borcu Şəxs icra sənədi üzrə borcundan 2000 (iki min) manat pulu tələbkar X1 hesabına ödəmişdir. Qalan borcunu isə hər ay hissəhissə ödəyəcəyi barədə söz vermişdir. Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməkdən boyun qaçırması məhkəmə iclasında sübuta yetməmişdir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində həmin inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Hesab edirəmki yuxarıda göstərilən hallara əsasən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 112, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət vəya protest verilə bilər. Hakim Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-344/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-344/2024
22.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver