Məhkəmə qərarları › İş №3(020)-346/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-346/2024

23.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-346/2024 23.04.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs, İnzibati xəta əməlindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs Xanəhməd qızının iştirakı ilə xx.xx.1974-cü ildə Beyləqan rayonunda anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 98-də qeydiyyatda olan, Beyləqan şəhəri, SMD-4 qəsəbəsində yaşayan Şəxs barəsində Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 01 radələrində Beyləqan rayonu, SMD-4 qəsəbəsində keçmiş qaynanası Zərərçəkmiş şəxs Xanəhməd qızı ilə şəxsi münasibətlər zəmnində mübahisə edərək onu döymüşdür. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilmədi və izahat verərək göstərdi ki, Zərərçəkmiş şəxs Xanəhməd qızının qızı Əfsanə ilə 2015-ci il tarixdə qeyri rəsmi ailə qurmuş, sonradan Əfasanə ilə ayrılmış, hazırda Beyləqan rayon SMD-4 qəsəbəsində 1 saylı yataxanada tək yaşayır. O, Əfsanə Məhərrəmovadan ayrıldıqdan sonra Əfsanənin evinə getməmiş, Əfsanə Məhərrəmova və anası Zərərçəkmiş şəxs ilə onun arasında heç bir dava-dalaş olmaamışdır. Əfsanə Məhərrəmovanı nədə ki, anası Zərərçəkmiş şəxs vurmamışdır. Onlara hər hansı bir xəsarət yetirməmişdir. Əfsanə Məhərrəmovadan ayrıldığı üçün Əfsanə və anası Zərərçəkmiş şəxs onun barəsində göstərilən məzmunda həqiqətə uyğun olmayan məlumat verərək onu şərləyib tudıırmaq istəmişlər. xx.xx.2024-cü il tarixdə saat 01 radələrində evində olmuş, həmin gün və qeyri vaxtları Zərərçəkmiş şəxs evinə getməmiş, Suqranı vurmamış, adları qeyd olunan şəxslər onu şərləmək məqsədi ilə göstərilən məzmunda yalan və böhtan xarakterli məlumatlar vermişdir. Hal-hazırda Zərərçəkmiş şəxs onunla barışmışdır. Ona görə də barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs Xanəhməd qızı məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəxs qızı əfsanə ilə 2015-ci il tarixdə qeyri rəsmi ailə qurmuş, bir övladları olmuş, Şəxs ilə qızı Əfsanə Məhərrəmova 2020-ci il tarixə kimi bir yerdə yaşamış, sonra Ramiz spirtli içkiyə qoşulmuş və mütamadi olaraq spirtli içki qəbul edərək sərxoş olub evdə heç bir səbəb olmadan qızı ilə mübahisə və münaqişə etmişdir. Buna görə də qızı Əfsanə Şəxs ayrılmış, hazırda onunla bir yerdə yaşayır. xx.xx.2024-cü il tarixdə gecə saat 01 radələrində Şəxs onun və qızı Əfsanənin yaşadığı evə gəlmiş, yaşadıqları evin qapısını döymüş, onlar qapını açmamış, qorxduqlarına görə DİN-nin 102 xidmətinə zəng edərək Şəxs onları döyməsi barədə məlumat vermişdir. Lakin həmin vaxt Şəxs onu və qızını döyməmişdir. Şəxs şikayət və tələbi yoxdur. Şəxs barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etdi. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 01 radələrində Beyləqan rayonu, SMD-4 qəsəbəsində keçmiş qaynanası Zərərçəkmiş şəxs Xanəhməd qızı ilə şəxsi münasibətlər zəmnində mübahisə edərək onu döymüşdür. İşdə olan 16 mart 2024-cü il tarixli 224/2024 saylı rəydən görünür ki, Azərbaycan Respublikası SN-nin MTE və PA birliyinin Beyləqan rayonlar arası şöbəsinin rəisi X1 vətəndaş Zərərçəkmiş şəxs Xanəhməd qızının adına vermiş olduğu 23 mart 2024-cü il tarixli müayinə aktından məlum olur ki, məhkəmə tibbi müayinəsi zamanı 1971-cü il təvəllüdlü Zərərçəkmiş şəxs Xanəhməd qızının döş qəfəsində qançır olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İnzibati xəta haqqında işə əlavə edilmiş, Beyləqan RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 27 mart 2024-cü il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, təhqiqatçı, polis kapitanı X3 tərəfindən baş vermiş hadisə ilə bağlı araşdırma aparılmış, araşdırma zamanı toplanmış materialda Şəxs əməllərində cinayət tərkibi əlamətləri olmadığından, həmin fakt üzrə Azərbaycan Respublkası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Lakin Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində həmin maddə ilə tədbir görülməsi üçün qərarın sürəti Beyləqan rayon PŞ-nin İTB-nə göndərilmişdir. Beləliklə məhkəmə iş materiallarını və inzibati xəta əməli törtmiş şəxslə zərərçəkmiş şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə tərtib olunmuş protokol üzrə işə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 39.1, 112, 114, 115 , 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilən şəxs Şəxs zərərçəkmiş şəxslə barışdığından onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar