Məhkəmə qərarları › İş №3(020)-348/2025

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-348/2025

02.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-348/2025 02.07.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhləməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlu, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Vətəndaş Şəxs barəsində tərtib edilmiş 20 aprel 2025-ci il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Beyləqan rayon Polis şöbəsi tərəfindən baxılması üçün 02 iyul 2025-ci il tarixdə aidiyyəti üzrə Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən vətəndaş Şəxs 09 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 469.3-cü maddəsi ilə (EQ25444189 nömrəli inzibati xəta haqqında protokol) təqsirli bilinib 50 manat məbləğində cərimə edilmiş, lakin o, cəriməni qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. Məhkəmə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin icraatını rədd edən halların mövcudluğunu müəyyən etmişdir. Belə ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı “Asanpay” vasitəsilə müəyyən edilmişdir ki, EQ25444189 nömrəli inzibati xəta haqqında protokol əsasında çıxarılmış qərar əsasında təyin edilmiş cərimə və vaxtında ödənilmədiyinə görə hesablanmış dəbbə pulu tam ödənilmişdir. Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsinin qeydinə görə bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikası İXM-nin 53.1-ci maddəsinə görə aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.10. bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda. Həmin Məcəllənin 105.1-ci maddəsinə görtə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, vətəndaş Şəxs EQ25444189 nömrəli inzibati xəta haqqında protokol əsasında çıxarılmış qərar üzrə cəriməni və hesablanmış dəbbə pulunu tam ödədiyindən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında işə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105 və 529-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş 20 aprel 2025-ci il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səbuhi Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar