Məhkəmə qərarları › İş №3(020)-352/2025

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-352/2025

15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-352/2025 15.07.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Mən, Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Muradlı Calal Habil oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Beyləqan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala baxaraq, Müəyyən etdim: Beyləqan Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Beyləqan Rayon Polis Şöbəsindən xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və protokol ətrafında toplanmış materiallar daxil olmuşdur. Daxil olmuş materialdan görünür ki, Şəxs yol hərəkəti qaydalarını pozduğuna görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında iş üzrə qərarı qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məhkəmə inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs inzibati xəta üzrə yaranmış 80 manat cəriməni və dəbbə pulunu iş üzrə məhkəmə qərar qəbul edənədək ödədiyini nəzərə alaraq hesab edir ki, o, İXM-nin 529.3-cü maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən məsuliyyətdən azad olunmalıdır. İşdə olan ödəniş “mPay” ödəniş sistemindən çıxarışdan görünür ki, EQ 24015856 saylı qərar üzrə cərimə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin hesabına ödənilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəməyə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad edilir. Qeyd olunanları, nəzərə alaraq Şəxs inzibati cəriməni dəbbə pulu ilə birlikdə məhkəmə qərarı qəbul edilənədək tam həcmdə ödəməsini nəzərə alaraq onun barəsində inzibati xəta haqqında iş üzrə inzibati məsuliyyətdən azad olunmasını məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40-43, 48-51, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Şəxs barəsində xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokolla daxil olmuş Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə olan inzibati məsuliyyətdən azad olunsun və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar