Məhkəmə qərarları › İş №3(020)-359/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-359/2024

29.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-359/2024 29.04.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quluyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, Tələbkar Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1972-ci ildə Beyləqan rayonu, İmamverdilər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı,orta təhsilli, subay, fərdi əməklə məşğul olan, deməsinə görə məhkum olunmamış, Beyləqan rayonu İmamverdilər kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Beyləqan rayon məhkəməsinin 2(020)-51/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 4750 manat pul alınıb Zərərçəkmiş şəxs verilməlidir. İş üzrə icra sənədi Beyləqan rayon İcra şöbəsinin icraatına daxil olmuş və «icraata başlamaq haqqında» qərar qəbul edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq borclu Şəxs ona verilmiş müddət ərzində icra sənədi üzrə tələbi tam təmin etməmişdir. Ona görə də, icra məmuru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-51/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ondan 4750 manat pul alınıb Zərərçəkmiş şəxs verilməsi barədə məhkəmənin qərarından xəbəri vardır. Lakin maddi imkanı olmadığına görə icra sənədi üzrə borcunu ödəyə bilməmişdir. İcra məmuru tərəfindən rayon İcra və probasiya şöbəsinə dəvət olunmuş, izahatı alınmış, hüququ və vəzifələri izah olunaraq ondan icra sənədi üzrə olan borcunun ödənilməsi tələb olunmuşdur. Hazırda icra sənədində göstərilən tələbi tam olaraq yerinə yetirmiş və icra sənədi üzrə heç bir borcu qalmamışdır. Göstərilənləri nəzərə alıb, icra sənədi üzrə borcunu tam ödədiyini nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-51/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 4750 manat pul alınıb ona verilməlidir. İcra sənədi üzrə borclu Şəxs ona olan borcundan bugünədək heç bir ödəniş etmədiyindən müxtəlif yerlərə şikayətlər ünvanlamışdır. Lakin hazırda Şəxs ona olan borcu tam olaraq ödəmişdir. Şəxs heç bir şikayət və tələbi yoxdur. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-51/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 4750 manat pul alınıb Zərərçəkmiş şəxs verilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Şəxs Beyləqan rayon İcra və probasiya şöbəsinə gəlmiş, icra sənədi üzrə borcunu ödəməsi tələb olunmuşdur. İcra şöbəsində verdiyi izahatında borcunu tam olaraq ödəməyə maddi imkanının olmadığını bildirdiyindən barəsində inzibati protokol tərtib edərək məhkəməyə vermişdir. Hazırda icra sənədi üzrə tələbi tam olaraq yerinə yetrimişdir. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-51/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Şəxs 4750 manat pul alınıb Zərərçəkmiş şəxs verilməlidir. İşə əlavə edilmiş borclu Şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Şəxs icra sənədi üzrə borcunu tam olaraq tələbkar Zərərçəkmiş şəxs ödəmişdir. İşə əlavə edilmiş tələbkr Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, icra sənədi üzrə borclu Şəxs ona olan borcu tam olaraq ödəmişdir. Şəxs heç bir şikayət və tələbi yoxdur. Şəxs barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, tələbkar Zərərçəkmiş şəxs və Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 izahatlarını dinləyib, hesab edir ki, borclu Şəxs tələbkara olan borcunu tam olaraq ödədiyindən onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanın tərkibi yoxdur. Belə ki, Şəxs hazırda icra sənədi üzrə borcunu tələbkar Zərərçəkmiş şəxs ödəmişdir. Tələbkar Zərərçəkmiş şəxs borclu Şəxs heç bir şikayət və tələbi yoxdur. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmədə müəyyən edildi ki, borclu Şəxs hazırda icra sənədi üzrə borcunu tələbkar Zərərçəkmiş şəxs ödəmişdir. Tələbkar Zərərçəkmiş şəxs borclu Şəxs heç bir şikayət və tələbi yoxdur. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində həmin inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Hesab edirəmki yuxarıda göstərilən hallara əsasən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 112, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət vəya protest verilə bilər. Hakim Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar