Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-36/2024 02.02.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Ramiz Vəliş oğlu Nurullayevin sədrliyi, Zaur Qulu oğlu Quliyevin katibliyi ilə, xx.xx.1965-ci ildə Beyləqan rayonunun Tatalılar kəndində anadan olmuş, evli, ali təhsilli, Beyləqan rayonu Tatalılar kənd bələdiyyəsinin sədri işləyən, Beyləqan rayonunun Tatalılar kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli Regional Ədliyyə İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M ü ə y y ə n e t d i m: Beyləqan rayonu Tatalılar bələdiyyəsinin sədri Şəxs bələdiyyənin mütləq təqdim edilməli olan xx.xx.2023-cü il tarixli, 20 saylı iclas protokolunu inzibati nəzarəti həyata keçirən orqana 5 (beş) iş günündən gec göndərmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Beyləqan rayonunun Tatalılar kənd bələdiyyəsinin sədri Şəxs və İmişli Regional Ədliyyə İdarəsinə məhkəmə bildirişi göndərilmiş, İmişli Regional Ədliyyə İdarəsi tərəfindən məhkəməyə məktub göndərilərək iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə iclasından iştirak edə bilməyəcəklərini bildirmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs isə məhkəmə bildirişini şəxsən almasına baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəməyə gəlməmişdir. Məhkəmə işə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Beyləqan rayon Tatalılar Bələdiyyəsinin sədri Şəxs və İmişli Regional Ədliyyə İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab edir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Beyləqan rayonu Tatalılar Bələdiyyəsinin 18 dekabr 2023-cü il tarixli, 20 saylı iclas protokolunda göstərilən aktları surətini Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli Regional Ədliyyə İdarəsinə 25 dekabr 2023-cü il tarixdə, yəni qanunla müəyyən edilmiş müddət keçdikdən sonra göndərmişdir. Şəxs həmin əməli törətməsi iş materialları ilə kifayət qədər təsdiq edilmiş və onun hərəkətlərində İXM-nin 549.2-ci maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin məcəllənin 31.2-ci maddəsində deyilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi,əmlak vəziyyəti,habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanın xarakteri, təqsirinin dərəcəsi nəzərə alınmaqla ona xəta törətdiyi maddənin sanksiyası daxilində cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128- 130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-36/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-36/2024
02.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver