Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-360/2024 26.04.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1977-ci ildə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, işsiz, evli, Beyləqan rayonu SMD-4 qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində Beyləqan şəhəri SMD-4 qəsəbəsində küçədə sərxoş vəziyyətdə uca səslə qışqıraraq nalayiq ifadələr işlətməklə xidməti vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bildi və izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində toy məclisində yeyib-içdikdən sonra sərxoş olmuş və toydan çıxaraq evinə gəlmişdir. Beyləqan şəhəri, SMD-4 qəsəbəsində məhlədə olan zaman qonşusu Nəzakət Vəliyeva ilə qarşılaşmışdır. Bundan sonra Nəzakət Vəliyeva ilə aralarında mübahisə baş vermişdir. Sərxoş vəziyyətdə olduğundan özündə olmamış və küçədə ünvansız nalayiq ifadələr işlətmişdir. Həmin vaxt Nəzakət Vəliyeva onun barəsində DİN-nin 102 xidmətinə şikayət vermişdir. Bir neçə dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gələrək ona yaxınlaşmış və özlərini təqdim edərək ona söyüş söyməməyi bildirərək onu nizam-intizama dəvət etmişlər. Lakin o, polis əməkdaşlarıyla da uca səslə danışmış və buna görə də polis əməkdaşları onu PŞ-nin inzibati binasına apararaq NH-yə təhvil vermişlər. Əməlindən peşimandır. Hadisə zamanı sərxoş vəziyyətdə olduğundan özündə olmamışdır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Ona görə də, nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində izahat verən Beyləqan rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili polis kapitanı X5 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində rayon polis şöbəsinin istintaq əməliyyat qrupunda RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru Bəxtiyar Qədirov, RPŞ-nin TB-nin təhqiqatçısı polis mayoru Əli Haciyev və RPŞ-nin növbətçi hissəsinin sürücü polis nəfəri polis baş serjantı Elnur Fərzəliyevlə birlikdə Beyləqan rayon SMD-4 qəsəbəsində yaşayan X2 DİN-nin 102 xidməti zəng mərkəzi sisteminə verdiyi məlumatın icrası ilə əlaqədar həmin ünvana getmişlər. Həmin vaxt Beyləqan rayon SMD-4 qəsəbə sakini Şəxs sərxoş vəziyyətdə onlarla mübahisə edərək küçədə səs-küy salaraq onların ünvanına nalayiq ifadələr işlətmişdir. Onlar Şəxs nizam-intizama dəvət etsələr də Şəxs öz hərəkətlərinə davam etmişdir. Ona görə də Şəxs rayon PŞ-nə gətirərək NH-yə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində izahat verən Beyləqan rayon polis şöbəsinin NHnin sürücüsü polis baş serjantı X1 rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili polis kapitanı X5 ilə eyni məzmunda izahat verərək Ə.Kərimzadənin izahatında göstərdiyi xüsusatların doğruluğunu təsdiq etdi. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində Beyləqan şəhəri SMD-4 qəsəbəsində küçədə sərxoş vəziyyətdə uca səslə qışqıraraq nalayiq ifadələr işlətməklə xidməti vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İşə əlavə edilmiş “İnsan psixikasına təsir edən maddələrin istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi müayinə barədə” 25 aprel 2024-cü il tarixli 329 saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə orta dərəcə sərxoş vəziyyətdə olmuşdur. Şəxs polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmaması Şəxs etirafı ilə yanaşı iş materialları və şahidlərin izahatları ilə kifayət qədər sübuta yetmişdir. Hesab edirəm ki, Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibi vardır. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbirləri görülməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xəta əməli törətmiş şəxs Şəxs şəxsiyyətini,törətdiyi xətanin xarakterini, onun təqsirinin dərəcəsini, hadisəni əsəbi vəziyyətdə törətməsini nəzərə alıb Şəxs təqsirləndirildiyi maddənin sanksiyası daxilində inzibati həbs təyin edilməsini qanuna müvafiq hesab edirəm. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:15-də inzibati qaydada tutulmuşdur. Ona görə də onun həbsinin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 25 aprel 2024-cü il tarixdən saat 20:15-dən hesablansın Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-360/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-360/2024
26.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver