Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-371/2024 29.04.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş Şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Beyləqan rayonu, Yuxarı Aqran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı,subay, orta təhsilli, Beyləqan rayonu Yuxarı Aran kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Şəxs idarə etdiyi avtomobillə ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayət olunan, qərəzli avtoxuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:10 radələrində Horadiz-Bəhrəmtəpə yolunun 40-cı kilometrliyində idarə etdiyi “Mercedes Benz 200D” markalı, **-BH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olarkən qəflətən avtomobili sürətləndirməklə əl əyləcini çəkərək avtomobilin fırlanmasına, davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə nəticələnən hərəkətlər törətmişdir. Bununlada Şəxs Azərbaycan Respublikasının İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək əməlini etiraf etdi və göstərdi ki, vətən müharibəsi iştirakçısıdır. xx.xx.2024-cü il tarixdə, saat 17:10 ona məxsus olan “Mercedes Benz 200D” markalı, **-BH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Horadiz-Bəhrəmtəpə yolunun 40-cı kilometrliyinin Beyləqan rayonu ərazisindən keçən hissəsində hərəkətdə olan zaman bilərəkdən qəflətən əl əyləcini çəkərək avtomobilin arxasını fırlatmış, təkrar olaraq avtomobili sürətləndirmək üçün qəflətən qaz vermiş və təkərlər yolun səthində sürtünməklə iz buraxaraq səs çıxarmışdır. Həmin vaxt yolun səthində çoxlu sayda təkər izləri yaranmışdır. Həmin vaxt ərazidə xidmətdə olan Beyləqan rayon PŞ-nin PPXB-nin əməkdaşları onun arxasıyca gələrək ona saxla işarəsi vermiş, lakin o, polis əməkdaşlarının saxla işarəsinə məhəl qoymamış və avtomobili sürərək ərazidən uzaqlaşmışdır. Hal-hazırda hərəkətlərindən peşimandır. Barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Beyləqan rayon PŞ-nin PPXB-nin polis nəfəri polis serjantı X3 məhkəmə iclasında izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 17:10 radələrində Horadiz-Bəhrəmtəpə yolunun Beyləqan rayonu ərazisindən keçən hissəsində PPXB-nün polis nəfəri polis serjantı X5 ilə xidmətdə olarkən “Mercedes Benz” markalı, **-BH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsünün qəflətən avtomobili sürətləndirməklə əl əyləcini çəkərək avtomobilin fırlanmasına, davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və yolun səthində çoxsaylı təkər izlərinin buraxılması, həmçinin avtomobili 2 kruq öz oxu ətrafında fırlatması ilə nəticələnən hərəkətlər törətməklə yol hərəkəti qaydalarını davamlı şəkildə pozması cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə avtoxuliqanlıq hərəkətlərini davam etdirərək avtomobilin arxasını fırlatmış və sol səthində avtomobilin təkəri ilə izlər salmışdır. Ona görə də avtomobilə saxla işarəsi verərək avtomobilin sürücüsünü saxlatmaq istəmişlər. Lakin sürücü onlara məhəl qoymamış və avtomobili sürüb oradan uzaqlaşmışdır. Bundan sonra sürücünün hərəkətləri barədə aidiyyəti üzrə yuxarı rəhbərliyə raporta müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Beyləqan rayon PŞ-nin PPXB-nin polis nəfəri polis serjantı X1 rayon PŞ-nin PPXB-nin polis nəfəri polis serjantı X2 izahatında göstərdiyi xüsusatların doğruluğunu təsdiqləyərək S.Hümbətovla eyni məzmunda izahat verdi. İşə əlavə edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:10 radələrində Horadiz-Bəhrəmtəpə yolunun 40-cı kilometrliyində idarə etdiyi “Mercedes Benz 200D” markalı, **-BH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə ictimai asayişin təşkilininin, dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozması ilə müşayət olunan, qərəzli avto-xuliqanlıq hərəkətləri etmişdir. Toplanmış araşdırma materialları və inzibati xəta əməli törətmiş şəxs Şəxs və şahidlərin izahatları ilə Şəxs xx.xx.2023-cü il tarixdə, saat 17:10 radələrində Horadiz-Bəhrəmtəpə yolunun 40-cı kilometrliyində idarə etdiyi “Mercedes Benz 200D” markalı, **-BH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olarkən qəflətən avtomobili sürətləndirməklə əl əyləcini çəkərək avtomobilin fırlanmasına, davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə nəticələnən hərəkətlər etməsi kifayət qədər sübuta yetmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Törədilmiş xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ilk dəfə olaraq inzibati xəta əməli törətməsini, vətən müharibəsi iştirakçısı olmasını,törətdiyi xəta əməlindən səmimi peşmançılıq hissi keçirməsini, nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsinin sanksiyasına uyğun olaraq nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115 , 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından. Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-371/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-371/2024
29.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver