Məhkəmə qərarları › İş №3(020)-372/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-372/2024

30.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-372/2024 30.04.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Beyləqan rayonu, Dünyamalılar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, fərdi əməklə məşğul olan, Beyləqan rayonu, Dünyamalılar kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində Beyləqan rayonu, Dünyamalılar kəndində məhəllədə Zərərçəkmiş şəxs ilə şəxsi münasibətləri zəmnində mübahisə etmiş və Zərərçəkmiş şəxs döymüşdür. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilmədi və izahat verərək göstərdi ki, Beyləqan rayonu, Dünyamalılar kəndində qeydiyyatda olmaqla yaşayır. Zərərçəkmiş şəxs Maqsud qızı qonşusudur, onunla aralarında ədavət və düşmənçilik yoxdur. Dilarəgilin evinə gedən yol onların evinin qarşısından keçir. Həmin yolu isə vaxtilə atası Musa çəkdirmişdir. Onların həyətinə gələn su isə Dilarəgilin evinin həyətindən keçir. Onların qapısına isə arxın içərisi zibilli olduğu üçün bir müddətdir ki, su gəlmir. Buna görə də xx.xx.2024-cü tarixdə o, traktor gətirdərək həmin arxın içərisini təmizlətməyə başlamışdır. Bu zaman Dilarə evindən çıxaraq traktorçunun yanına gəlmiş və onun yaxasından tutaraq traktorçunu söymüşdür. O, yaxınlaşıb həmin yeri onun qazadırdığını bildirmişdir. Həyətlərinə suyun getmədiyini bildirmişdir. Dilarə ona qarşı nalayiq ifadələr işlətmişdir. onların yanına yaxınlaşmış və ona “nə üçün arx qazdırdıqlarını bildirmişdir”. O, da Dilarəyə suyun gəlmədiyini bildirmişdir. Bu zaman bacısı Bəyim də onların yanına yaxınlaşmışdır. Dilarə bacısı Bəyimin qolundan tutub cızmışdır. O, da buna görə Dilarəni aralamağa çalışmış və qolundan tutub Dilarəni itələmişdir. Mübahisə zamanı Dilarənin oğlu Məhəmməd də oraya gələrək onlarla mübahisə edərək arxı çəkdirməmələrini onlara bildirmişdir. Daha sonra isə Məhəmməd də Bəyimə əl-qol ataraq ona xəsarət yetirmişdir. Biraz sonra münaqişə başa çatmışdır. Münaqişə zamanı o, Dilarə ilə bacısı Bəyimi aralayan zaman Dilarəni itələsə də, onu vurmamışdır. Göstərilənləri nəzərə alıb barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayonu, Dünyamalılar kəndində qeydiyyatda olmaqla yaşayır. Şəxs onun qonşusudur, aralarında ədavət və düşmənçilik yoxdur. Onların evinə gələn yol Babəkgilin evinin qarşısından keçir. Babəkgilin həyətinə gedən su arxı isə onların evinin yanından keçir. xx.xx.2024-cü il tarixdə, axşam saat 19 radələrində o, qapıda olarkən çöldən traktor səsi eşitmiş və dərhal çölə çıxaraq qonşuları Babək və Rahibin traktor gətirərək qapısına gələn yolda su arxı çəkdiklərini görmüşdür. Dərhal onlara nə üçün yolu qazdıqlarını, avtomobilin həyətinə keçə bilməyəcəyini bildirmişdir. Bu zaman onlar da yaxşı etdiklərini, qapılarına su çəkdiklərini bildirmişlər. Buna görə də aralarında mübahisə yaranmış və Rahib ona nalayiq sözlər demişdir. O, da əsəbiləşərək cavab olaraq onların ünvanına nalayiq söz demiş və bu zaman onların bacısı Bəyim də oraya yaxınlaşmışdır. Daha sonra qapıya qayıtmışdır. Bu zaman Rahib, Babək və Bəyim də qapısına gəlmişlər və ona nə üçün onlara nalayiq sözlər dediyini bildirmişlər. Mübahisə zamanı Babək yumruqla onun başına vurmuşdur. Bundan sonra onlar həyətdən çıxıb getmişlər. Münaqişə məhlədə və qapısında olmuş, hadisəni başqa kimsə görməmişdir. Hazırda Şəxsla barışmamış və onu bağışlamamışdır. Şəxs şikayətçidir. Şəxs qanunda nəzərdə tutulmuş qaydada ciddi cəza verilməsini məhkəmədən xahiş etdi. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində Beyləqan rayonu, Dünyamalılar kəndində məhəllədə Zərərçəkmiş şəxs ilə şəxsi münasibətləri zəmnində mübahisə etmiş və Zərərçəkmiş şəxs döymüşdür. İş materiallarını nəzərdən keçirib, inzibati xəta əməlini törətmiş Şəxs, Zərərçəkmiş şəxs dinləyib hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi vardır. Belə ki, inzibati xəta haqqında işə əlavə edilmiş, Beyləqan RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 04 aprel 2024-cü il tarixli, “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Beyləqan rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X1 tərəfindən baş vermiş hadisə ilə bağlı araşdırma aparılmış, araşdırma zamanı toplanmış materialda həmin fakt üzrə Azərbaycan Respublkası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində həmin maddə ilə tədbir görülməsi üçün qərarın sürəti Beyləqan rayon PŞ-nin İTB-nə göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası SN-nin MTE və PA Birliyinin Beyləqan rayonlararası zona mərkəzinin eksperti Fazil Bayramov tərəfindən Zərərçəkmiş şəxs adına verilmiş 25 fevral 2024-cü il tarixli, 228/24 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı 1961-ci il təvəllüdlü Zərərçəkmiş şəxs təpə nahiyəsində yumşaq toxumaların şişkinlik halında əzilməsi aşkar olunmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, muayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Toplanmış araşdırma materialları və MTE və PA birliyinin Beyləqan rayon şöbəsinin ekspert rəyi, eləcə də Zərərçəkmiş şəxs izahatı ilə müəyyən olunmuşdur ki, Şəxs aralarında olan mübahisə zamanı Zərərçəkmiş şəxs fiziki zor tətbiq edərək ona dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirməklə döymüşdür. Bu əməlləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilməlidir. İşin məhkəmə iclasında araşdırılmış halları ilə hadisə zamanı Şəxs Zərərçəkmiş şəxs döyməsi kifayət qədər sübuta yetmişdir. Həmçinin təhqiqatçı tərəfindən Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olmasına dair qərar qəbul edilmişdir. Lakin Şəxs həmin qərarı mübahisələndirməmiş, qərardan şikayət verməmişdir. Həmin qərar qüvvədə olmaqla hazırda ondan şikayət vermə müddəti başa çatmışdır. Şəxs Zərərçəkmiş şəxs döyməməsi barədə məhkəməyə verdiyi izahatı özünü müdafiə xarakteri daşıyır və işin araşdırılmış halları ilə təkzib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta əməlini törətmiş Şəxs törətdiyi xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, habelə zərərçəkmiş şəxsin ondan şikayətçi olamasını nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati həbs növündə cəza tətbiq edilməsini qanuna və məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115 , 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından. Qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 30 aprel 2024-cü il tarixdən, saat 11:55-dən hesablansın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar