Məhkəmə qərarları › İş №3(020)-373/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-373/2024

30.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-373/2024 30.04.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs X2 iştirakı ilə, xx.xx.1961-ci ildə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, işsiz, Beyləqan rayonu, Dünyamalılar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19 Beyləqan rayonu, Dünyamalılar kəndində ərazisində məhəllədə qonşusu X6 ilə şəxsi münasibətləri zəmnində mübahisə etmiş və Bəyim Zalovanı döymüşdür. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilmədi və izahat verərək göstərdi ki, Beyləqan rayonu, Dünyamalılar kəndində qeydiyyatda olmaqla yaşayır. X7 və X6 onun qonşularıdır, aralarında ədavət və düşmənçilik yoxdur. Onların evinə gələn yol Babəkgilin evinin qarşısından keçir. Babəkgilin həyətinə gedən su arxı isə onların evinin yanından keçir. xx.xx.2024-cü il tarixdə axşam saat 19 radələrində o, qapıda olarkən çöldən traktor səsi eşitmiş və dərhal çölə çıxaraq Babək və Rahibin traktor gətirərək qapısına gələn yolda su arxı çəkdiklərini görmüşdür. Dərhal onlara nə üçün yolu qazdıqlarını, avtomobilin həyətinə keçə bilməyəcəyini bildirmişdir. Bu zaman onlar da yaxşı etdiklərini, qapılarına su çəkdiklərini bildirmişlər. Buna görə də aralarında mübahisə yaranmış və Rahib ona nalayiq sözlər demişdir. O, da əsəbiləşərək onların ünvanına nalayiq söz demiş və bu zaman Bəyim də oraya yaxınlaşmışdır. Daha sonra qapısına qayıtmışdır. Bundan sonra Rahib, Babək və Bəyim də onun qapısına gəlmişlər və ona nə üçün onlara nalayiq sözlər dediyini bildirmişlər. Bu zaman Babək yumruqla onun başına vurmuş və onun həyətindən çıxmışlar. Aralarında baş vermiş münaqişə məhlədə və qapısında olmuş, hadisəni başqa kimsə görməmişdir. Münaqişə zamanı o, Bəyimi vurmamışdır. Göstərilənləri nəzərə alıb barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayonu, Dünyamalılar kəndində qeydiyyatda olmaqla yaşayır. Məhəmməd və Dilarə onun qonşularıdır, aralarında ədavət və düşmənçilik yoxdur. Məhəmmədgillə onların evinin arasında yol vardır. Bir neçə gün öncə qardaşı Babək həmin yolda su arxı çəkdirmişdir. Lakin Məhəmməd və anası Dilarə onlara etiraz etmişdir. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində həyətdə olarkən çöldən səs eşitmiş və dərhal məhləyə çıxaraq Dilarənin onların evinə tərəf gəldiyini görmüşdür. Dilarə ona nalayiq sözlər deyərək arxı nə üçün qazdırdıqlarını bildirmişdir. Daha sonra Dilarə əliylə onun qolundan tutub qolunu cızmışdır. Biraz sonra Dilarənin oğlu Məhəmməd və onun qardaşı Babək də oraya gəlmişlər. Məhəmməd də onlara nalayiq sözlər deyərək onu itələmiş və o, yerə yıxılmışdır. Bundan sonra aralaşmışlar və münaqişə başa çatmışdır. Aralarındakı münaqişə məhlədə olmuş, hadisəni başqa kimsə görməmişdir. Hazırda Şəxs ilə barışmamış və onu bağışlamamışdır. Dilarə Əliyevdən şikayətçidir. Şəxs qanunda nəzərdə tutulmuş qaydada cəza verilməsini məhkəmədən xahiş etdi. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19 Beyləqan rayonu, Dünyamalılar kəndində ərazisində məhəllədə qonşusu X6 ilə şəxsi münasibətləri zəmnində mübahisə etmiş və Bəyim Zalovanı döymüşdür. İş materiallarını nəzərdən keçirib, inzibati xəta əməlini törətmiş Şəxsnu, zərərçəkmiş şəxs X4 dinləyib hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi vardır. Belə ki, inzibati xəta haqqında işə əlavə edilmiş, Beyləqan RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 04 aprel 2024-cü il tarixli, “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Beyləqan rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X3 tərəfindən baş vermiş hadisə ilə bağlı araşdırma aparılmış, araşdırma zamanı toplanmış materialda həmin fakt üzrə Azərbaycan Respublkası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində həmin maddə ilə tədbir görülməsi üçün qərarın sürəti Beyləqan rayon PŞ-nin İTB-nə göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası SN-nin MTE və PA Birliyinin Beyləqan rayonlararası zona mərkəzinin eksperti Fazil Bayramov tərəfindən X2 adına verilmiş 25 fevral 2024-cü il tarixli, 224/24 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı 1969-cu il təvəllüdlü X1 said nahiyəsində qançır. Sağ mil-bilək oynağınahiyəsində sıyrıq aşkar olunmuşdur. Həmin xəsarətlər, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməmişdir. Toplanmış araşdırma materialları və MTE və PA birliyinin Beyləqan rayon şöbəsinin ekspert rəyi, eləcə də zərərçəkmiş şəxs X2 izahatı ilə müəyyən olunmuşdur ki, Şəxs aralarında olan mübahisə zamanı X5 fiziki zor tətbiq edərək ona dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirməklə döymüşdür. Bu əməlləri ilə Şəxs Azərbaycan Respublikası İXMnin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilməlidir. İşin məhkəmə iclasında araşdırılmış halları ilə hadisə zamanı Şəxs Bəyim Zalovanı döyməsi kifayət qədər sübuta yetmişdir. Həmçinin təhqiqatçı tərəfindən Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olmasına dair qərar qəbul edilmişdir. Lakin Şəxs həmin qərarı mübahisələndirməmiş, qərardan şikayət verməmişdir. Həmin qərar qüvvədə olmaqla hazırda ondan şikayət vermə müddəti başa çatmışdır. Şəxs Bəyim Zalovanı döyməməsi barədə məhkəməyə verdiyi izahatı özünü müdafiə xarakteri dayışır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta əməlini törətmiş Şəxs törətdiyi xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati cərimə növündə cəza tətbiq edilməsini qanuna və məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115 , 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından. Qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar