Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-375/2024 30.04.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Beyləqan rayonu, Qarallar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, işsiz, evli, Beyləqan rayonu, Qarallar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 02 radələrində DİN-nin 102 zəng xidmətinə zəng edərək xidmətin operatorlarına söyüş söymüş, həmçinin Beyləqan rayonu Qarallar kəndində yerləşən evinin qarşısında xidməti vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bildi və izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə gecə saatlarında spirtıi içki qəbul etdikdən sonra Beyləqan rayon PŞ-nin əməkdaşı Ayxan Məmmədova zəng edərək arvadı Ayselin neçə gündür atası evində olduğunu və evə gəlmədiyini bildirmiş, Ayxan Məmmədov isə bu barədə PŞ-nə müraciət etməsini ona bildirmişdir. Bundan sonra DİNnin 102 zəng xidmətinə zəng etmiş və sərxoş vəziyyətdə olduğundan xidmətin operatorları ilə kobud danışaraq nalayiq ifadələr işlətmişdir. Bundan sonra gecə saat 02 radələrində küçəyə çıxmış və yenidən ucadan nalayiq söyüşlər söyməyə başlamışdır. Həmin vaxt qapısının qarşısından keçən iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmiş və ondan nə üçün söyüş söydünü soruşaraq onu nizam-intizama dəvət etmişlər. O, həmin vaxt sərxoş vəziyyətdə olduğundan özündə olmamış və polis əməkdaşlarına heç bir məhəl qoymayaraq yenidən nalayiq söyüşlər söymüşdür. Bundan sonra polis əməkdaşları onu xidməti avtomobilə mindirərək rayon PŞ-nə gətirmişlər. Əməlindən peşimandır. Hadisə zamanı sərxoş vəziyyətdə olduğundan özündə olmamışdır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Ona görə də, nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində izahat verən Beyləqan rayon polis şöbəsinin PPXB-nün polis nəfəri polis serjantı X1 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Beyləqan rayonu Qarallar kəndində xidmətdə olan zaman təxminən saat 02 radələrində RPŞ-nin NH-dən ona mobil telefon vasitəsi ilə zəng olunaraq bildirilmişdir ki, Qarallar kənd sakini Şəxs DİN-nin 102 xidmətinə bir neçə dəfə zəng edərək qeyri-etik danışıqlara yol verdiyi üçün RPŞ-nə gətirilməsi barədə göstəriş verilmişdir. Həmin vaxt Şəxs ünvanına yaxınlaşan zaman onun küçədə dayandığını görmüş və Şəxs yaxınlaşaraq özünü təqdim edərək Şəxs nizam-intizama nizam-intizama dəvət etmişdir. Lakin Şəxs onun qanuni tələbinə məhəl qoymayaraq etdiyi qanunsuz hərəkətləri davam etdirmişdir. Ona görə də Şəxs xidməti avtomobilə mindirərək rayon PŞ-nə gətirərək NH-yə təhvil vermişdir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 02 radələrində DİN-nin 102 zəng xidmətinə zəng edərək xidmətin operatorlarına söyüş söymüş, həmçinin Beyləqan rayonu Qarallar kəndində yerləşən evinin qarşısında xidməti vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs DİN-nin 102 xidmətinə zəng edərək xidmətin operatorlarına qarşı nalayiq ifadələr işlətməsi, həmçinin polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmaması Şəxs etirafı ilə yanaşı iş materialları və şahidin izahatı ilə kifayət qədər sübuta yetmişdir. Hesab edirəm ki, Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibi vardır. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbirləri görülməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xəta əməli törətmiş şəxs Şəxs şəxsiyyətini,törətdiyi xətanin xarakterini, onun təqsirinin dərəcəsini, hadisəni əsəbi vəziyyətdə törətməsini nəzərə alıb Zaur Məmmədova təqsirləndirildiyi maddənin sanksiyası daxilində inzibati həbs təyin edilməsini qanuna müvafiq hesab edirəm. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 02:40-da inzibati qaydada tutulmuşdur. Ona görə də onun həbsinin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 30 aprel 2024-cü il tarixdən saat 02:40-dan hesablansın Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-375/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-375/2024
30.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver